Şuşa bizi türk dünyasına daha da yaxınlaşdıracaq

 

ci il Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə “Şuşa ilielan edilmişdir. Xalqımız üçün müqəddəs, əziz məkan və Zəfər rəmzi olan Şuşa şəhəri, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir. Təbii ki, buna bizi daha çox yaradıcılıqla məşğul olmağa, mədəniyyətimizi inkişaf etdirməyə, nailiyyətlərimizi dünya miqyasında bəyan etməyə və bütün azərbaycanlıların həyat eşqinin, ruhyüksəkliyinin artmasına rəvac vermişdir.

 

Azərbaycanın müasir tarixində son 30 ildə baş vermiş qanlı, faciəli hadisələri unutmamışıq. Qaraba­ğın, Şuşanın işğalı, həqiqətən də, bizim üçün olduqca böyük faciə idi, qəlbimizdə sızlayan yaraya çevrilmişdi. Və bir gün möhtərəm Prezidentimi­zin Qələbə müjdəsini eşitdik, onun dediyi: “Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq. Biz səni dirçəldəcəyik” sözləri hələ də qulaqlarımızda səslənir, dilimizin əzbərinə çevrilmişdir. Biz günü-gündən bu sözlərin həqiqətən də reallaşmasının şahidi oluruq. Bu istiqamətdə görülən böyük qurucu­luq və bərpa işləri göz qabağındadır. Şuşada vaxtilə yalnız arzu etdiyimiz festivalların, konsertlərin, sərgilərin, görüşlərin keçirilməsi indi həyatımızın gerçəkliyinə çevrilib.

 

Qarabağın və onun əzəli paytaxtı olan, hər daşı, qayası, torpağı, meşəsi, gülü, çiçəyi, mədəniyyət abidələri, küçələri, binaları bir tarix danışan Şuşa xalqımız üçün müqəddəs bir şəhərdir. Şuşa şəhərinin Azərbaycan və türk aləminə, eləcə də bütün dünya mədəniyyətinə verdiyi töhfələr çoxdur. Qədim dövrlərdən Şuşa mədəniyyət beşiyi kimi tanınmış, dünyanın musiqili şəhərlərindən birinə çevrilmişdir. Şuşalı musiqiçilərin sorağı dünyanın bir çox yerlərinə yayılmışdır. Təsadüfi deyil ki, Şuşanı “Qafqazın konservatoriyası” adlandırırlar.

 

ŞuşadaQarabağda Azərbaycan mədəniyyət tarixində böyük rol oy­namış bir sıra musiqiçi nəsillər yetiş­mişdir. ŞuşaÜzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Mir Möhsün Nəvvabın, Mirzə Sadıq Əsəd oğlu­nun, Aşıq Valehin, Qurban Primovun, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bül­bülün, Məcid Behbudovun, Rəşid Behbudovun, Məşədi Cəmil Əmirovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abba­sovun, Nazim Əliverdibəyovun, Zülfü Adıgözəlovun, Vasif Adıgözəlovun və neçə-neçə musiqiçi nəsillərinin, onların övladlarının vətənidir. Bu adlar, soyadlar musiqi tariximizə qızıl hərflərlə yazılmışdır. Şuşada boya-başa çatmış çox sayda musiqi­çi – bəstəkarlar, müğənnilər, dirijor­lar, ifaçılar Azərbaycan musiqisinin şöhrətini dünyaya yayırlar. Bu gün də onların əsərləri səslənir və insanlara zövq aşılayır. Müasir dövrdə də musiqi­çi nəsillərinin davam etməsi Şuşanın canlı musiqi ənənələrinin yaşadılması deməkdir.

 

Şuşada yaranmış musiqi ənənələri çoxduronlar bu gün mədəniyyətimizin inkişafında mühüm əhəmiyyətə malikdir. Şuşadan baş­layan, əsası böyük şair Xurşidbanu Natəvan və musiqi alimi Mir Möhsün Nəvvab tərəfindən qoyulmuş poeziyamusiqi məclislərinin keçirilməsi, böyük tarzən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) tərəfindən Azərbaycan ta­rının yaradılması, görkəmli xanəndələr Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin və başqalarının muğam konsertləri, Üzeyir Hacıbəylinin yarat­dığı muğam operaları, Fikrət Əmirovun və Niyazinin simfonik muğamları, Bülbülün, Rəşid Behbudovun insanları valeh edən ifası mədəniyyətimizdə yüksəliş dalğası əmələ gətirmişdir. Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin və Bi­rinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycan muğamının, Azərbaycan tarının, Azərbaycan aşıq sənətinin UNESCO-nun dünya xalqlarının şah əsərləri si­yahısına salınmasına təkan vermişdir. Bu gün də Qarabağın musiqi mühitində yetişmiş, musiqi ənənələrindən qida­lanmış görkəmli sənətkarlarımız öz yaradıcılıqları ilə Azərbaycan musiqisi­nin şöhrətini dünyada təbliğ edirlər.

 

Şuşa şəhəri mənim ulu babalarımın vətənidir. Bu torpaqda doğulub-ye­tişmiş Bədəlbəylilər nəslinin bir çox nümayəndəsi Azərbaycan tarixinə və mədəniyyətinə böyük töhfələr vermiş­dir. Bu nəsli Şuşanın və Azərbaycanın bir sıra köklü bəy nəsilləri ilə qohum­luq əlaqələri birləşdirir. Onların nəsil şəcərəsi böyük bir ağacı xatırladır və bu günöz bəhrəsini verməkdə davam edir.

 

Şuşanın hər bir guşəsi, hər bir məhəlləsi müəyyən bir musiqiçi nəslinin adı və xatirəsi ilə bağlıdır. Onların narahat ruhu vaxtilə yaşadıq­ları evlərin üzərində dolaşır. Yəqin ki, bu evlər də digər mədəniyyət abidələri kimi tədricən bərpa olunaraq, yenidən böyük sənətkarlarımızın xatirəsini yaşadacaqdünyaya bəyan edəcək, musiqi məbədinə çevriləcək. Artıq Şuşada Üzeyir Hacıbəylinin, Xurşid­banu Natəvanın, Vaqifin heykəllərinin, Bülbülün ev-muzeyinin bərpa olunması bu işlərin davamlı olmasına zəmin yaradır.

 

Azərbaycanın Birinci vitse-prezi­denti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən Şuşadakı böyük musiqi layihələrində biz ruh yüksəkliyi ilə yaxından iştirak edirik. Şuşaya hər səfərimiz isə olduqca zəngin təəssürat doğurur. Mən hər səfərimdə tədricən bərpa olunan, dirçələn, yenilənən Şuşanı görürəm. Görürəm ki, şəhər gün-gündən dirçəlir, səması aydınla­şır, havası belə təmizlənir. Şuşa sanki yaradıcı insanların gəlişinə sevinir.

 

Böyük sevinclə iştirak etdiyimiz “Xarı bülbül” festivalını xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu möhtəşəm festival Azərbaycanın mədəniyyət ənənələrinin ölməzliyinin dünyaya nümayişi oldu. Xüsusilə dünya ulduzuna çevrilmiş azərbaycanlı musiqiçilərin, görkəmli musiqi xadimlərinin və musiqi kollektivlərinin, ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin bu konsertlərdə işti­rakı Azərbaycançılıq ideyalarının, res­publikamızda hökm sürən tolerantlıq mühitinin tərənnümü ilə bağlıdır. Biz bu festivalın iştirakçısı olaraq, həqiqətən də ürəkdən sevinirdik. Sanki Şuşa təbiəti özü bizə dəstək olurdu. Hətta, Cıdır düzündəki açıq səhnədə Murad Adıgözəlzadə ilə birlikdə çıxışımız zamanı göydə qartalın süzməsi elə bir əsrarəngiz hiss yaratdı ki, bu, bizi çox təsirləndirdi. Musiqi Şuşanın şüşə kimi saf havasında cingildəyərək əks-səda verirdi. İnsanlar çox səmimiyyətlə öz hisslərini, təəssüratlarını bir-birilə bö­lüşür, səhnədən kənarda da çalıb-oy­nayır, Şuşaya qayıdış sevincini qəlbən yaşayırdılar.

 

Şuşanın rəmzinə çevrilmiş Xarıbül­bü çiçəyi – həm də mədəniyyətimizdə möhtəşəm Beynəlxalq Musiqi Festivalı kimi əbədiləşdi. Əminik, bu festival davamlı olacaq, yeni ənənələr yarada­caq. Bu festival, eyni zamanda, digər mədəniyyət tədbirlərinin keçirilməsinə də yol açdı. Vaqif Poeziya günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və digər tədbirlər bunun sübutudur. Bunlar hamısı bizim mədəniyyətimizin böyüklüyünü nüma­yiş etdirir.

 

Şuşa ilinin qeyd olunma­sı son dərəcə əlamətdardır. Bu il Azərbaycanın hər yerində, mədəniyyət müəssisələrində, təhsil ocaqlarında, mediada Şuşanın tarixi, mədəniyyəti ilə bağlı geniş tədbirlər təşkil edilir, kitablar, disklər nəşr olunur, konsertlər keçirilir, Şuşaya həsr olunmuş mu­siqi əsərləri yaranır. Bütün bunlar Şuşanın Azərbaycan tarixində və mədəniyyətində rolunu və əhəmiyyətini nümayiş etdirmək, musiqi ənənələrini dirçəltmək, onların dünyada təbliği üçün mühüm əhəmiyyətə malikdir. Bunun davamı olaraq, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması da böyük məna daşıyır. Düşünürəm ki, biz hamımız Şuşanın musiqi ənənələrinin yaşadılması üçün var qüvvəmizlə çalışmalıyıq.

 

Azərbaycanın milli bəstəkarlıq məktəbinin, müasir musiqi mədəniyyətinin və musiqi təhsilinin qu­rucusu, dahi Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasında da bu istiqamətdə mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin hər biri mədəniyyət paytaxtımız Şuşanın adı ilə bağlıdır. Mən hər zaman deyirəm ki, Üzeyir bəy olmasaydı, bəlkə biz də olmazdıq. Məncə, Üzeyir bəyin və bütün digər şuşalı sənətkarların ruhu bizimlədir. Biz onların adını, sənətini yaşatmaqla, Azərbaycan musiqi­sinin tərəqqisinə çalışırıq, musiqi mədəniyyətimizi dünyada tanınan yeni adlarla, ifalarla zənginləşdiririk. Bütün bunlar bizim Şuşaya ən gözəl töhfəmizdir.

 

Fərhad BƏDƏLBƏYLİ,

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,

 

Xalq artisti, professor

 

Xalq qəzeti  2022.- 16 aprel.- S.10.