Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 20 yanvar tarixli 10 nömrəli
Qərarı
ilə təsdiq edilmiş
“Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir
kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 169 Bakı şəhəri,
21 aprel 2022-ci il
“Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti
haqqında”, “Enerji resurslarından istifadə haqqında”,
“Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”,
“Energetika haqqında”, “Lisenziyalar və icazələr
haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə
əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə
əsasında həyata keçirilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2021-ci il 27
may tarixli 337-VIQD nömrəli Qanununun tətbiqi
və Azərbaycan
Respublikası Prezidentinin
“Yerin
təki haqqında”
Azərbaycan Respublikası
Qanununun
tətbiq edilməsi
barədə” 1998-ci il
27 aprel tarixli 701
nömrəli, “Qaz təchizatı haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq
edilməsi barədə”
1998-ci
il 28 sentyabr
tarixli 773 nömrəli,
“Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə
təsdiq edilmiş
Azərbaycan Respublikasının
Torpaq
Məcəlləsinin icrasının
təmin edilməsi barədə” 2000-ci
il 6 mart tarixli
291 nömrəli, “Azərbaycan
Respublikası
İnzibati Xətalar
Məcəlləsinin təsdiq
edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi
barədə” 2016-cı il
15 fevral tarixli 795 nömrəli,
“İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti
olan vəzifəli
şəxslərin Siyahısı”nın
təsdiq edilməsi
barədə” 2017-ci il
23 fevral tarixli 1256 nömrəli və
“Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin
fəaliyyət istiqamətləri
üzrə müvafiq
işlərin görülməsi
üçün alınması
tələb olunmayan lisenziya və icazələrin
siyahısının təsdiq
edilməsi haqqında”
2020-ci il 1 iyul
tarixli 1079 nömrəli
fərmanlarında dəyişiklik
edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2021-
ci il 13 iyul tarixli 1394 nömrəli Fərmanının
8.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il
20 yanvar tarixli 10 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu,
2017, ¹ 1, maddə
124; 2020, ¹ 5, maddə 635; 2021,
¹ 6 (IV kitab), maddə 676; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2022-ci il 26 fevral tarixli
61 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Torpaqların
kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan
digərinə keçirilməsi
Qaydaları”nın 3.2.1.4-cü
yarımbəndində “və dağ-mədən işləri,
dağ və buruq
qazmalarının aparılması
üçün lisenziya
verilməsi ilə
əlaqədar Azərbaycan
Respublikası Fövqəladə
Hallar
Nazirliyinin rəyləri”
sözləri “rəyi”
sözü ilə əvəz
edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti 2022.- 23 aprel.-
S.8.