Xüsusi karantin rejiminin müddətinin uzadılması
və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə
bağlı əlavə tədbirlər
barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 171 Bakı şəhəri,
22 aprel 2022-ci il
“Sanitariya-epidemioloji salamatlıq haqqında”
Azərbaycan Respublikası Qanununun 25-ci
maddəsinə və Azərbaycan Respub-likası Nazirlər
Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və
kütləvi qeyri-yoluxucu
xəstəliklərin əmələ
gəlməsi,
yaxud yayılması
təhlükəsi yarandıqda
karantintəşkilat,
profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na
əsasən Azərbaycan
Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Koronavirus
(COVID-19) infeksiyasının
ölkə ərazisində
yayılmasının, onun
törədə biləcəyi
fəsadların qarşısının
alınması məqsədilə
Azərbaycan
Respublikasının ərazisində
xüsusi karantin rejiminin
müddəti 2022-ci il
1 iyul saat 06:00-dək uzadılsın.
2. Müəyyən
edilsin ki, 2022-ci il mayın
1-dən
etibarən xüsusi
karantin rejimində tənəffüs yollarını
qoruyan fərdi
vasitələrdən (tibbi
maska, parça maska,
respirator və
s.) istifadə tələbi ləğv edilir.
3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər
barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2020-ci il
12 sentyabr tarixli 336 nömrəli
Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 9, maddələr
1209, 1231,
¹ 10, maddələr
1274, 1275, 1278, 1283, 1298, 1314,
1315, ¹ 11, maddələr
1387, 1394, ¹ 12 (V kitab),
maddələr 1588, 1592, 1612; 2021, ¹ 1, maddələr 92,
106, ¹ 3, maddələr
267, 290, 291, ¹ 4, maddə 403,
¹ 5, maddə 530,
¹ 6 (IV kitab), maddələr
683, 692,
¹ 7, maddələr
868, 882, ¹ 8, maddə 974,
¹ 9, maddə 1079,
¹ 10, maddə 1191, ¹ 12,
maddələr 1514, 1524; Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
2022-ci il 24 fevral tarixli 52
nömrəli və 5
mart tarixli 71 nömrəli
qərarları) 1.1-ci
bəndində “may” sözü
“iyul” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il
11 iyun tarixli 199 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 6, maddə
789; 2021, ¹ 5, maddə
504, ¹ 6 (IV kitab), maddələr 662, 673, ¹ 7, maddə
884, ¹ 10, maddə
1197, ¹ 12, maddə 1532; 2022,
¹ 1, maddə 78;
2022-ci il 4 aprel tarixli 131 nömrəli
və 14 aprel tarixli 152 nömrəli qərarları) ilə təsdiq
edilmiş “Koronavirus
(COVID-19) pandemiyası
dövründə Azərbaycan
Respublikasında uçuşların
və hava nəqliyyatı ilə sərnişin daşımalarının
təşkili
üzrə müvəqqəti
Qaydalar”da aşağıdakı
dəyişikliklər
edilsin:
4.1. 2.3-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.3. Hava limanı ərazisində və uçuş zamanı tibbi
maskalardan istifadə
tövsiyə edilir.”;
4.2. 3.3-cü, 12.2-ci, 12.9-cu, 5.1-ci bəndlər,
5.1.1-5.1.5-ci və
9.1.1-ci yarımbəndlər ləğv edilsin;
4.3. 6.2-ci bənddən
“, həmçinin tibbi
maskası
olmayan sərni-şinlərə
maska təqdim edilir” sözləri
çıxarılsın;
4.4. 7.2-ci bənddən
“tibbi maskalardan istifadə,”
sözləri çıxarılsın;
4.5. 9.2.1-ci, 10.1.1-ci və
10.2.1-ci
yarımbəndlərdən “maska, eynək,” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il
10 sentyabr tarixli 332 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu,
2020, ¹ 9, maddə
1205; 2021, ¹ 9, maddə 1074)
ilə təsdiq
edilmiş “Xüsusi karantin rejimi dövründə
Azərbaycan Respublikasında
fəaliyyət göstərən
təhsil
müəssisələrində tədris
və təlim-tərbiyə
prosesinin
təşkilinin müvəqqəti
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 4.2.4-cü yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
“4.2.4. iş prosesində tənəffüs
yollarını qoruyan
fərdi vasitə-lərdən
(tibbi maska, parça maska, respirator
və s.) istifadə tövsiyə
edilir.”;
5.2. 4.1.5-ci, 4.3.1-ci, 4.4.3-cü,
4.4.4-cü, 4.4.6-cı,
4.10.4-cü yarımbəndlər
və 6.3-cü bənd
ləğv edilsin;
5.3. 4.9.4-cü yarımbəndə
“etməli, əlcək
və tibbi
maska taxmalıdır”
sözləri “etməlidir”
sözü ilə əvəz
edilsin.
6. “Xüsusi karantin rejiminin müddətinin uzadılması
və bəzi
məhdudiyyətlərin aradan
qaldırılması
ilə bağlı
tədbirlər barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2021-ci il 26 may tarixli 151
nömrəli Qərarının
(Azərbaycan Respublikasının
Qanun-vericilik Toplusu,
2021, ¹ 5, maddə 530,
¹ 6 (IV kitab), maddələr 668, 679, 683, ¹ 7,
maddələr 872, 890, 891, ¹ 8, maddələr 957, 971,
¹ 9, maddələr 1051, 1079, ¹ 10, maddə 1182,
¹ 12, maddələr 1514, 1533, 1543; 2022, ¹ 1,
maddələr 61, 80; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli, 5
mart tarixli 71 nömrəli və 14 aprel tarixli 152 nömrəli
qərarları) 2.5-3.5-ci bəndi
ləğv edilsin.
7. “Xüsusi karantin rejimində tənəffüs yollarını
qoruyan fərdi
vasitələrdən istifadə
tələbləri barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il
29 may tarixli 189 nömrəli
Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu,
2020, ¹ 5, maddə
660; 2021, ¹ 5, maddə 530,
¹ 10, maddə
1197) ləğv edilsin.
8. Bu Qərar
2022-ci il 1 may tarixindən qüvvəyə
minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti
2022.- 23 aprel.- S.8.