“Vətənə qovuşduğumuza görə ordumuza, hər zaman yanımızda olan Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk

 

 Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 18-də Laçın işğal edildi. Düşmənin öz çirkin məqsədinə çatmasının əsas səbəblərindən biri o vaxtkı AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti, səriştəsizliyi idi. Həmin dövrdə ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi o dərəcədə kəskinləşmişdi ki, düşmənlə qeyri-bərabər döyüşlərdə əsl qəhrəmanlıq göstərən Laçının müdafiəsi unuduldu, arxa plana keçdi. Laçındakı döyüşçülərin xeyli hissəsi Bakıya çağırılaraq, hakimiyyət çevrilişinə cəlb edildi. Düşmən qarşısında tək buraxılan, köməksiz qalan bir qrup laçınlı isə mərdliklə döyüşərək, qəhrəmanlıq salnaməsi yazdı. Çox sayda qurbanlar verilsə də, Laçın düşmən əlinə keçdi.

Beləliklə, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qaldı və 77 min 518 nəfər sakinin respublikamızın müxtəlif bölgələrində məcburi köçkün həyatı başlandı.

Ermənistanın işğalı nəticəsində rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyektləri talan edilərək, sıradan çıxarıldı. Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qaldı. O cümlədən, VI əsrə aid Alban Ağoğ­lan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq vi­ran edildi, Laçın Tarix Muzeyionun qızıl, gümüştunc sikkələrdən ibarət qədim kolleksiyası talandı.

Beynəlxalq humanitar hüququ, o cümlədən, Cenevrə konvensi­yaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistan işğal dövründə digər Azərbaycan ərazilərində olduğu kimi, Laçında da qeyri-qanuni fəaliyyəti davam etdirdi, coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını dağıtdı, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirdi, eyni zamanda, məqsədyönlü məskunlaşma siyasəti apararaq bölgənin demoqrafik tərkibini dəyişdirdi.

Yeri gəlmişkən, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Laçın rayonundan məcburi qovulan Azərbaycan vətəndaşlarının xeyrinə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək, onların İnsan Hüquqları və Fundamental Azadlıq­ların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququnun, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonunun, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında isə Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi, habelə yandırılması öz təsdiqini tapıb.

Bu məqamda onu da xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycan ərazilərinin işğalını pisləyib, respub­likamızın ərazi bütövlüyünü, suve­renliyinikeçmiş Dağlıq Qaraba­ğın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyərək, işğalçı qüvvələrin zəbt olunan ərazilərdən dərhal, qeyd-şərtsiz, tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şura­sının qətnamələrinin, eləcə də digər beynəlxalq təşkilatların qərarlarının tələblərinə 30 ilə yaxln bir dövrdə məhəl qoymayaraq onları ciddi şəkildə pozub və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdüb.

Təəssüf ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla güddüyü siyasi məqsədlərinə nail ola bilməyəcəyini anlamadı, torpaqlarımı­zın işğalına əsaslanan status-kvonun qəbuledilməzliyini dərk etmədi.

Beləliklə, işğalçı 30 ilə yaxın bir dövrdə qəsbkar siyasət yürütməklə bölgədə, o cümlədən, Ermənistanda sülh, sabitlik və təhlükəsizliyin inkişafına imkan vermədi.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı neçə illər həsrətlə gözlənilən o gün gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyev “Twitter” səhifəsində paylaşım etdi: “Bu gün, av­qustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. ZabuxSus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlı­ları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Bu xəbərdən hamı sevinir, fərəh, qürur hissi keçirir, şəhidlərimizi anır, qazilərimizə, ordumuza, Ali Baş Komandana minnətdarlıq bildirirdi. Xüsusilə dövlətimizin başçısının bu məsələdə qətiyyəti, müdrik siyasəti, uzaqgörənliyi qeyd edilir, bununla bağlı 10 noyabr 2020-ci il tarixli Bəyanatda öz ifadəsini tapan bəndin əhəmiyyəti yüksək dəyərləndirilirdi.

Yeri gəlmişkən, Laçın dəhlizinə alter­nativ yol salındıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda yerləşən yaşayış məntəqələrinin, o cümlədən, ermənilərin 30 il ərzində məskunlaşdıqları Laçın şəhəri, ZabuxSus kəndlərinin Azərbaycana təhvil veriləcəyi adıçəkilən sənəddə qeyd edilərək göstərilib: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində keçmiş Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublika­sı Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Beləliklə, sözügedən Bəyanatda yeni alternatv yolun üç il ərzində çəkiləcəyi planlaşdırılıb və bu məsələnin kapitulyasiya aktına salınması isə məhz Prezi­dent İlham Əliyevin qətiyyəti, iradəsi ilə reallaşıb.

Dövlətimizin başçısı avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televizi­yasına müsahibəsində də barədə deyib: “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”.

Xatırladaq ki, Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə Ermənistanı Xankəndi ilə birləşdirən 32 ki­lometr uzunluğunda olan yeni alternativ yol bir ildən bir qədər artıq vaxt ərzində inşa edilib və hazırda Rusiya sülhməramlıları həmin yol ətrafında qərarlaşıb. Təbii ki, Laçın şəhəri, ZabuxSus kəndlərindən qanunsuz məskunlaşdırılan ermənilər də həmin yaşayış məntəqələrindən tamamilə çıxarılıb.

Dövlətimizin başçısı yuxarıda adıçəkilən müsahibədə ermənilərin o ərazilərdə yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qay­daları ilə ziddiyyət təşkil etdiyini vurğula­yıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaq”.

Beləliklə, 30 il əvvəlki hadisələrin əksinə olaraq, Azərbaycan bütün beynəlxalq hüquq prinsipləri əsasında həm hərb meydanında, həm də diplomatik sahədə Ermənistan tərəfinin vaxtilə işğala məruz qoyduğu bu ərazilərdən çıxmağa məcbur etdi.

Burada onu da qeyd edək ki, ermənilər azərbaycanlılara məxsus o yaşayış sahələrindən çıxarılarkən, yenə də vəhşiliklər, barbarlıqlar nümayiş etdirdilər. Evləri, meşələri yandırdılar, hətta öz doğmalarının qəbirlərini də dağıdaraq cəsədləri özləri ilə apardılar.

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin Laçın şəhərində, ZabuxSus kəndlərində yaşıllığın məhvinə münasibət bildirib. Bu barədə nazirliyin sözçüsü Leyla AbdullayevaTwitter” səhifəsində yazıb: “Görün, Laçın şəhəri, ZabuxSus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandır­lır. Meşələr yanır, florafaunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”.

Yeri gəlmişkən, bu, ermənilərin törətdikləri ilk barbarlıq əməli deyil, düşmən oxşar vəziyyəti 2020-ci ildə Ağdam və Kəlbəcərdən çıxarılanda da ya­radıb, apara bildiyini aparıb, bilmədiyini isə od vurub yandırıb, meşələri qırıb, torpağı minalayıb.

Ermənilər ötən 30 il ərzində yaxşı bilirdilər ki, gec-tez bu torpaqların əsl sahibləri gələcək və onlar bu əraziləri tərk edəcəklər. Amma indi vandal əməllər törətməklə – evləri, meşələri yandırmaqla, infrastrukturu dağıtmaqla bütün dünya­ya naqisliklərini, vəhşiliklərini göstərirlər. Amma bilməlidirlər ki, onlar bu murdar­lıqları ilə heç nəyə nail ola bilməyəcəklər. İndi xaraba qoyduqları bu yerlər də Şuşa, Füzuli, Zəngilan və digər şəhər və rayonlarımız kimi yenidən tikilib-qurulacaq, dünyanın ən abad məkanlarından birinə çevriləcək.

Erməni barbarlığı təkcə dağıntılarla, yanğınlarla bitmir. Onlar özlərini dünya­ya məzlum göstərərək, “doğma yurd­larından” zorla çıxarıldıqlarını da iddia edirlər, heç bir əndazəyə sığmayan fikirlər səsləndirirlər, guya onlar üçün dogma olan bu yerlərdən “didərgin” salınırlar. Amma çox şübhəsiz ki, düşmən bura haradan və nə niyyətlə köçürüldüyünü yaxşı bilir.

Xatırladaq ki, Laçının Zabux kəndinin hazırda Azərbaycanı haqsızlıqda ittiham edən erməni “sakinləri” Yaxın Şərqdən köçürülüblər. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar fəal rol oynayıblar. İndi qəribədir ki, 30 il bundan əvvəl həmin gəlmə ermənilər işğal olunmuş ərazilərə yerləşdirilmələrinin və aldanmalarının belə fərqində deyillər…

Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev mətbuata açıqlamasında bu barədə deyib: “Zabux inzibati ərazi vahidi 4 kəndi əhatə edir. Bunlar Zabux, Sus, Qızılca və Bəylik kəndləridir. Bu kəndlərin heç birində erməni əhali yaşamayıb. Ermənilər o kəndlər 1992-ci ildə işğal olunduqdan sonrakı illərdə orada qanunsuz olaraq məskunlaşdırılıb”.

Elsevər Əliyevin sözlərinə görə, həmin kəndlərin ərazisində VII – VIII əsrə aid azərbaycanlılara məxsus abidələr var idi. Abidələrin hamısı düşmən tərəfindən tamamilə dağıdılıb. İşğalşı Zabuxda və digər kəndlərdəki azərbaycanlılara məxsus evləri söküb, ya da yandırıb. Zabuxda indi qoyub köçdükləri evlərin əksəriyyətini azərbaycanlıların - bizim ata-babalarımızın qəbirləri olan məzarlığın üzərində inşa edib. Qəbirləri traktorla kürü­yüb dağıdaraq, məzarlıqda evlər tikib.

Bu gün laçınlılar həyatlarında ən qürurlu anları, ən sevincli günləri yaşayırlar. Zabux kənd sakini Rövşən Həsənov 30 illik doğma el-oba həsrətinin sona çatdığını kövrək hisslərlə dilə gətirərək deyir: “1989-cu ildən könüllü olaraq tabora yollandım. 1992-ci ilədək düşmənlə döyüşlərdə iştirak etdim. Sonda isə dədə-baba torpaqlarımızı tərk etməli olduq. Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq. Bu illər ərzində Azərbaycanın müxtəlif dilbər guşələrində yaşadıq. Ən son olaraq Bakıda məskən saldıq”.

Bugünkü xoş xəbəri eşidən Rövşən Həsənov daha sonra söyləyir ki, Zabuxu tərk edərkən ailədə 5 nəfər olublar: “Atam, anam, bacım və qardaşımla birgə didərgin düşdük. Atam torpaq həsrəti ilə bu dün­yadan köçdü. Şükürlər olsun, anama 86 yaşında Zabuxun yenidən Azərbaycan torpağı olması xəbərini verə bildik. İndi mənim 8 nəvəm var. Ailəmlə oraya köçəcəyik. Nəvələrimə hər dağı, dağ ətəklərini, çayları - bir sözlə, kəndimizin bütün gözəlliklərini göstərəcəyəm”.

Sus kəndinin sakini Lazım Hüseynov isə doğma yurdlarına qayıdıb o yerləri yenidən canlandıracaqlarını bildirir: “Özümüzə yenidən gün-güzəran quracağıq. Dədə-baba torpaqlarımıza qayıdaraq, bütün ömrümüz boyu yenidən orada yaşamaq istəyirik. Dövlətimizin başçısı­na təşəkkür edirik ki, bizi doğulduğumuz yerlərə qaytarır”.

L.Hüseynov daha sonra deyir: “Hər bir insan üçün böyüyüb boya-başa çatdığı yerlərə qayıtmaq xoşbəxtlikdir. Bu anları bizə yaşadan ordumuza, hər zaman yanımızda olan cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk”.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 28 avqust.- S. 1; 2.