Şuşa ilə qardaşlaşmış şəhərlərin sayı artmaqdadır

 

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Ermənistanın 30 illik işğalından sonra qəhrəman Azərbaycan Ordusu tətrəfindən azad edilib. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilinŞuşa ilielan edilməsi haqqında sərəncam imzalayıb. Bununla yanaşı, azad edildiyi gündən başlayaraq, Şuşaya yeni yolun inşasına başlanılıb, şəhərin su təchizatı, infrastrukturun, eləcə də tarixi-mədəni abidələrin bərpası istiqamətində təcili addımlar atılıb. Prezident İlham Əliyev şəxsən dəfələrlə şəhərdə olub, Şuşanın mədəniyyət paytaxtı kimi yenidən formalaşdırılması üçün tədbirlər görüb. Məhz dövlət başçısının təşəbbüsü ilə Şuşada “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri və s. kimi böyük tədbirlər keçirilib.

PrezidentinŞuşa ili” ilə bağlı sərəncamında deyilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyu­lanbu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oy­namışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmiicti­mai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmış­dır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulma­sı ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevik­liyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi siması­nın bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Mol­la Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyininÜzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və me­marlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək, əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Bütün bunlarla yanaşı, azad Şuşa şəhərinin qonşuqardaş ölkələrin ayrı-ayrı şəhərləri ilə qar­daşlaşması prosesinə start verilib. Bu məsələ də Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Birmənalı şəkildə qərara alınıb ki, Şuşa şəhəri müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmalıdır. Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyiŞuşa ili” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında Xarici İşlər Nazirliyinə 2022-ci ildə Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi tapşırılıb.

Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi isə 2022-ci il ərzində UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerlixarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsini təmin etməlidir.

Çox keçmədən Şuşanın qardaş Türkiyədəki Konya şəhəri ilə qardaş statusu təmin edilib. Təbii ki, Azərbaycanın ərazi bü­tövlüyü uğrunda apardığı Vətən müharibəsində Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan və bütün türk xalqı ölkəmizə daim böyük siyasi dəstək verib. Bu ba­xımdan, Şuşanın ilk qardaşlaşmış şəhər kimi Konyanı seçməsi də təsadüfi sayıla bilməz.

Bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin Bakıya səfəri zamanı da “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” imzalandı. Göründüyü kimi, bu istiqamətdə qardaş türk dövlətləri öz dəstəyini göstərməkdədir. Ümid edirik ki, yaxın gələcəkdə Şuşa ilə qardaşlaşan şəhərlərin sayı artacaq. Çünki Azərbaycanın qələbəsinə sevinən, Şuşanın azad olmasından məmnunluq duyan dost ölkələrin sayı çoxdur.

Amma bir məsələni də qeyd etməliyik ki, Şuşa Ermənistanın işğalı altında olarkən ermənilər də onun müxtəlif şəhərlərlə qardaş­laşması istiqamətində addım­lar atıblar. Bu, təbii ki, Şuşanı özününküləşdirmək, onun tarixini saxtalaşdırmaq məqsədilə edilib. Bu məsələdə ilk növbədə, təbii ki, Fransa qabağa düşüb. Amma sonradan Azərbaycanın təşəbbüsü ilə bu kimiqardaşlaşmalarFransa məhkəmələri tərəfindən ləğv edilib.

Qeyd edək ki, Los-Anceles Şəhər Şurası da 2012-ci ildə Şuşanın bu şəhərlə qardaşlığını tanıyıb. Sosial Tədqiqatlar Mərkəzinin yaydığı məlumata görə, 17 mart 2021-ci ildə bu saxta “qardaşlı­ğa” da son qoyulub. Ermənistan KİV-in məlumatına görə, səbəb guya Azərbaycanın Şuşanı işğal etməsidir. Maraqlıdır, doğma tor­paqlarını işğaldan azad edən ölkə nə vaxtdan “işğalçı” adlandırılır?!

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2022.- 28 avqust.- S. 4.