Vətən uğrunda döyüşlərdə hünər göstərmiş qardaşlar

 

Onlar Cəlilabad rayonunun Kövüzbulaq kəndinin sakinləridir. Kənan, Novruz, Faiq Zəka Nadirli qardaşları Vətən müharibəsi başlananda birlikdə döyüşlərə qatılıblar. Nadirlilər torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşında hünər göstəriblər. Kənan isə döyüşlərin şiddətli vaxtında, noyabrın 6-da Qubadlı rayonunda şəhidlik zirvəsinə ucalıb.

Müharibədən bir il əvvəl Daxili Qoşunların Bakı şəhərində yerləşən N. saylı hərbi hissəsində xidmətini başa vurub ehtiyata bura­xılmış Kənan 2020-ci il sentyabrın 29-dan könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda mərdliklə vuruşub, canını Vətəndən əsirgəməyib. Şəhid Kənan Nadirli ölümündən sonraVətən uğrunda”, “Cəbrayılın azad olunmasına görəQubadlının azad olunmasına görəmedallarına layiq görülüb.

İgid qardaşlar qələbə estafetini sonadək davam etdirib onlar da müxtəlif medallarla təltif olunublar. Novruz qazidir, döyüşlərin qızğın vaxtı yaralansa da, sağalan kimi yenidən qaynar nöqtələrə qayıdıb. Hazırda doğma kənd məktəbində hərbi hazırlıq müəllimidir.

2014-2016-cı illərdə təmas xəttinə yaxın ərazidəki N. saylı hərbi hissədə həqiqi əsgəri xidmət keçmiş Faiq İkinci Qarabağ müharibəsi başlanan kimi könüllü olaraq cəbhəyə gedib, haqq savaşımıza qatılıb. HazırdaAzərpoçt” MMC-nin Cəlilabad Regional Poçt filialının Kövüzbulaq kənd poçtunda çalışır. Şəhid Kənanın əkiz qardaşı Zəka müharibədən əvvəl Naxçıvanda müddətdən artıq xidmətdə olub, çox istəsə , aktiv döyüşlərdə iştirak etmək fürsəti qazanmayıb. Yeri gəlmişkən, qardaşların yeganə bacısı Fərizənin həyat yoldaşı Əfrayıl Əzizəliyev hərbçidir, Milli Ordunun kapitanı kimi döyüşlərdə yaxından iştirak edib. Hazırda da hərbi qulluqdadır.

Şəhid Kənan Nadirlinin atası İlqar müəllim , anası Reyhan xanım da, elə bütün el-oba da həm onunla, həm digər cəsur qardaşlarla fəxr edirlər. Onların hamısı dövlətimiz tərəfindən şəhid ailələrinə qazilərə göstərilən diqqətdən razıdırlar. Faiq Nadirlinin bu barədə dedikləri:

Qürur duyuruq ki, biz qardaşlar bu gün Vətənə, xalqa xidmət edə bilirik. Mən öz işimdən çox razıyam. Sevdiyim peşədir, odur ki, yorulmur, əksinə, zövq alıram. Cəlilabadın əlaqədar təşkilatları, o cümlədən regional poçt filialının rəhbərliyi müharibə iştirakçılarına, qazilərə hər zaman dəstək olurlar. Bu isə bizə yaşayıb-yaratmaq üçün stimul verir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.5.