Professional media prinsiplərinin alternativi yoxdur

 

Hər bir fəaliyyət sahəsinin yaranması və inkişafı, tarixən, onun insanın zəruri tələbatlar sistemində gərəkliyi və oynadığı rol ilə bağlı olmuşdur. Bu baxımdan cəmiyyət həyatının yeniliklərinə olan ümumi marağın və insanın ətraf aləmə münasibətini azad surətdə ifadə etmək və yaymaq ehtiyacının qarşısıalınmazlığı olaraq jurnalistika xeyli gecorta əsrlərin son dövründə meydana gəlmişdir.

Lakin kütləvi informasiya yayımı vasitəsi olan bu ictimai fəaliyyət inkişaf etmiş cəmiyyətlərin həyatında o qədər önəmli və ciddi yer tutmuşdur ki, sonrakı elmi-texniki tərəqqinin inqilabi yeniliklərinin tətbiq edildiyi ilk sahələrdən biri də məhz jurnalistika olmuşdur. Yazılı surətçıxarmanın sürətli üsulu kimi çap texnologiyasının yaranması o vaxtadək nüsxəsi əlyazısı ilə çoxaldılan kitab nəşrində yeni dövr açmaqla yanaşı, ilk qəzet-jurnalların da ərsəyə gəlməsinə səbəb olmuşdur. Şəkil, səs və canlı təsvirin məsafədən ötürülməsi imkanı da ilk addımlarını həm də jurnalistikada ataraq kütləvi yayımın yüksək təsirli sahələri olan radio və televiziyanın yaranması ilə nəticələnmişdir.

Kütləvi yayım imkanlarının sürətli inkişafı jurnalistikanın ictimai həyatda mötəbər mövqe tutmasına səbəb olduğu kimi, sözfikir azadlığının ge­niş yayılmasından narahatlıq və ondan şəxsi maraqlar üçün istifadə cəhdləri də ilk günlərdən dövrümüzədək davam etməkdədir. Demokratiyanın olmadığı dövrlərdə azad informasiyanın yayıl­masından narahat olan rejim dövlətlər kütləvi yayım vasitələri üzərində nəzarət-senzura tətbiq etmişlər. Mətbuatda yalan və yalnış informasiya­lar yayılmasına cəhdlər də jurnalistika­nın ictimai rolunun əngəllənməsi olaraq qəbuledilməz sayılmışdır.

Zəmanəmizdə canlı yayımı texnoloji baxımdan sadələşdirib, hər bir adam üçün əlyetən eləmiş internetin yaran­ması, uzcuzrahat elektron yayım cihazlarının yetərli istehsalı jurnalisti­kanın bütün sahələrində əsl inqilab ya­ratmaqla yanaşı, sosial media adlanan kütləvi yayım vasitəsinin yaranması ilə hər biri adamı xəbər yaymaq və qəbul etmək imkanına qovuşdurmuş­dur. Yaxşıdır, ya pis? Hazırda bütün dünya bu inqilabi yeniliyin müsbət və mənfi tərəflərini qızğın müzakirə edir. Dövrümüzdə media sözü ilə populyar­laşmış jurnalistikanın inkişafında inter­netin yaratdığı üstünlüklər təqdir olunur, onun nüfuzunu aşağı salan, fəliyyətinə əngəl olan neqativ hallar pislənir və inkar edilir.

Belə neqativ hallardan biri sosial mediada şəxsi maraqların kütləvi yayımın ictimai mahiyyəti ilə qazanılan tarixi dəyəri üstələməsi cəhdləridir. Məsələn, bir vaxtlar karvanlara, ayrı-ayrı adamlara silahlı basqın edərək onları canqorxusuna soyub-talayan yolkəsən və quldurların davamçıları indi öz qurbanlarını sosial media silahı ilə təhdid edir, qorxudur, qarət edirlər. Sən demə, şantajreketçiliyin ən rahat və gəlirli sahəsi jurnalistikasosial media imiş. Ənənəvi medianın çapradio-televiziya yayımları belə quldur və bədfikir insanlar üçün əlçatan olmadığından onlar daha çox onlayn yayım vasitələri yaradır, sosial mediada çıxışlar edirlər.

Jurnalistikaya soxulmuş reketçi ünsürlərin bu sahədən uzaqlaşdırıl­ması üçün, ilk növbədə, professional, peşə əxlaqını və şərəfini üstün tutan jurnalistlər ciddi əndişələnmiş və öz çıxışlarına, çağırışlarında şərti ola­raqreket jurnalistikası” adlanan bu üzdəniraq fəaliyyəti kəskin pisləmişlər. Sonrakı dövrdə çaponlayn me­dianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurasında bu ictimai-mədəni bəla ilə mübarizə məqsədilə ayrıca komissiya fəaliyyətə başlamışdır. Aparılan ciddi müzakirələr və çıxarılan qərarlar, səslənən qınaq­lar cəmiyyətdə reket jurnalistikanın mürtəce, ziyankar fəaliyyəti barədə birmənalı rəy formalaşdırmışdır.

Lakin aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, mediaya soxulmuş reketçilər ara-sıra fəallaşır, xüsusən səlahiyyətli və cəmiyyətdə tanınan insanları hədəfə alırlar. Onların bir məqsədi var: qorxutmaqla, şantaj etməklə pul qazanmaq, soyğunçuluq etmək. Reketçi jurnalistlərə son vaxtlar məsuliyyətsiz sosial media bloqqerləri də qoşulublar. Təmənna güdən, pulla ələ alınan bu adamlar məmur və tanınmışlara söz hücumu çəkməklə kifayyətlənməyib, media üçün qadağan olunmuş dövlət sirlərini yaymağa, silah­lı qüvvələri gözdən salmağa da cəhdlər göstərirlər.

Yaranmış vəziyyətlə bağlı ötən günlərdə Respublika Baş Prokurorluğu ciddi narahatlığını bildirmiş, ənənəvi və sosial mediada hüquqi və əxlaqi norma­ları pozanlara ciddi xəbərdarlıq etmişdir. Baş prokuror Kamran Əliyev mediaya açıqlamsında bildirmişdir ki, bəzən bizim sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər. Onlar hüquqi məsələlərlə bağlı asanlıq­la mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər: “Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elm­dir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, pro­kurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir”.

Baş prokuror xüsusən ordu ilə bağlı məsələlərdə söz reketçilərinin ziyankar fəaliyyətini kəskin pisləyərək “reket jurnalistika” ifadəsinə də aydınlıq gətirmişdir: “Əslində, “reket jurnalistika” deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir.Reket jurnalistikada şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir”.

Jurnalistlərin də cəmiyyətin aşağı və yuxarı təbəqəsindən gözlədiyi elə budur: söz silahı ilə reketçilik media sayılmasın, insanlar söz quldurlarını fədakar peşə sahibləri olan jurnalistlərdən seçib-ayırsınlar. Asanlıq­la onların qurbanına çevrilməsinlər, bu cinayətkar ünsürləri dəf etməkdə fəal və cəsarətli olsunlar.

Təhlillər göstərir ki, Mətbuat Şurasına edilən şikayətlərin əksəriyyətinin müəllifləri “reket” medi­anın fəaliyyətindən zərərçəkənlərdir. Həmin yayım vasitəsinin məsul şəxsləri Şuraya dəvət olunan za­man onların təhsillərindən əlavə, dünyagörüşülərinin də olmadığı üzə çıxır. Azərbaycanda senzura ləğv olunub. Bəzi müxaliflərin Azərbaycanda “reketmedia ilə mübarizəni azad mətbuatın sıxışdırılması kimi qələmə verməsi gülüş doğurur. Jurnalistikanın təmiz olması siyasi baxışından asılı olmayaraq hamıya lazımdır. Çünki hər kəs istəyər ki, normal media olsun. Jurnalistikadan sui-istifadə edən, mütəmadi olaraq peşə-davranış qaydalarını pozan şəxslərə müəyyən müddətə media fəaliyyəti ilə məşğul ol­maq yasaqlanmalıdır. Bununla da onlar dələduz əməllərini jurnastikanın adına sırımayacaqlar.

Peşəkar media təmsilçiləri qeyd edirlər ki, Azərbaycanda çaponlayn medianın əməkdaşları üçün vahid vəsiqə verilməsi prosesi davam etdirilsə “reket” jurnalistikanın qarşısı daha təsirli şəkildə alınar. Çünki təsadüfi şəxslər o vəsiqəyə sahib ola bilməyəcəklər.

“Reket”çiliklə məşğul olanların fəaliyyəti bütövlükdə jurnalistikaya böyük zərbə vurur. Onlara qarşı sərt tədbirlər görülməlidir. Görünür, Azərbaycanda sözə hörmətin və sözün yaratdığı qorxunun olması səbəbindən onlar mediaya axın edirlər. Amma onlar ölkədə sözü hörmətdən salmaqla ya­naşı, cinayətkarlıqla da məşğuldurlar. Azərbaycanda azad medianın sıxışdı­rılması iddiası artıq heç kəsin inanma­dığı, yalnız “reketçiliəri” himayə edən müəyyən şəxslərin yaydığı demoqogiya sayılmalıdır.

Reket jurnalistka” ilə mübarizədə vacib məqamlardan biri də vətəndaşın şantajla üzləşən zaman susmayıb, öz haqqını qoruması, bu barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verməsidir. Peşəkar jurnalistika da bu cürjurnalistlərinifşa olunmasında fəal olmalıdır. Reket jurnalistika”ya qarşı təkcə media strukturları, jurnalist təşkilatları deyil, bütövlükdə, cəmiyyətin özü mübarizə aparmalıdır. Bu baxım­dan, hüquq-mühafizə orqanları ciddi tədbirlər görməli, bu şərəfli peşədən istifadə edənlər qanun qarşısında cavab verməlidirlər.

Mediada kimlərisə təhqir etmək ciddi mənəviyyat məsələsidir bununla bağlı da müvafiq tədbirlər görülməlidir. Media haqqında qanun­da bu məsələ hüquq pozuntusu kimi tövsif olunub. Ona görə Daxili İşlər Nazirliyi, Prokurorluq, Təhlükəsizlik Xidməti kimi qurumlar bu məsələlərlə məşğul olmalıdırlar. Bu gün peşəkar mediada məsələ konkret qoyulur: adam jurnalistdirsə, o reket ola bilməz, reketdirsə, jurnalist ola bilməz. “Media haqqındayeni qanunun qəbulundan sonra bu sahədə ciddi irəliləyiş gözlənilir. Media subyektlərinin reyestrinin yaradılması, jurnalistlərin qeydiyyatı s. kimi müsbət addım­lar reketçiliyin qarşısını almaqda, şübhəsiz, dönüş yaradacaq.

Bugünlərdə Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, sahə ekspertlərinin, müvafiq dövlət qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərinin iştirakı ilə keçirilən toplantıda son vaxtlarda internet media subyektlərində sosial şəbəkə profillərində Azərbaycan Ordusu ilə bağlı əsassız fikirlərin yayılması icti­mai rəyin yanlış yönləndirilməsi halları ətraflı müzakirə olundu belə neqativ çıxışların peşə davranışı qaydalarına müvafiq qanunların maddələrinə zidd olduğu vurğulandı.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun ordunun gözdən salın­ması halları ilə bağlı son məlumatının müvafiq müraciətinin müzakirəsi zamanı bildirildi ki, kütləvi yayımda belə hallara yol verənlərin müəyyən qismi ilə profi­laktik söhbət aparılması, xəbərdarlıqlar edilməsi, inzibati cəza verilməsi təqdir olunur. Bunlar arzuolunmazdır, lakin problemlərin mövcudluğundan da­vam etməsindən xəbər verir. Söz azadlı­ğına zidd, sui-istifadə mahiyyəti daşıyan təmayüllərə münasibətdə inzibati tədbirlərin seçilməsinə anlayışla ya­naşılmalıdır. Azərbaycan mediası ordu, müdafiə məsələlərinə həmişə həssas yanaşıb, Vətən müharibəsi dönəmində isə silahlı qüvvələrimiz barədə yalnız yüksək fikirlər formalaşdırıb. Bu, belə davam etməlidir.

Daha sonra qeyd olundu ki, həm qanunlara riayət, həm etik dəyərlərin gözlənilməsi prinsip etibarilə KİV-lərə peşəkar obraz verir. Ancaq eyni vəziyyətin sosial media subyektləri üçün keçərlilik əmsalı aşağıdır. Belə durumlarda qanunların dövriyyəyə girməsi mütləqdir. Dövlət qurumlarının nümayəndələrinin, sahə ekspertlərinin media təmsilçilərinin iştirakı ilə mo­nitorinq qrupunun yaradılması KİV-lərdə, sosial şəbəkələrdə ordu ilə bağlı yanlışlıqların əsassız informasiyaları araşdırması, nöqsanların cəmiyyətə açıqlaması təsirli rol oynayar. Bu za­man hər kəs öz səhvini daha yaxından görmək imkanı əldə edər, peşəkarlıq üstün tutular.

Media təmsilçiləri bildirdilər ki, ordu təhlükəsizlik məsələləri ilə bağlı mövzuların ciddiliyi milli maraqlar jurnalistləri peşəsinə daha məsuliyyətlə yanaşmağa sövq etməli, onlara hadisə proseslərə çevik obyektiv reak­siya verməli olduqlarını anlatmalıdır. Mediamız 44 günlük Vətən müharibəsi dönəmində kifayət qədər fəal rol oyna­dı, milli maraqların dövlət maraqları­nın qorunmasında ardıcıllıq prinsipi-allıq göstərdi. Bu yol alternativsizdir.

Müzakirə yekdil sonluqla bitdi: İn­formasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə bəzi xarici daxili qüvvələr dövlətin əsaslarını zəiflətmək, ona etimadsızlıq mühiti formalaşdırmaq yönümlü təbliğat ritorikasına üstünlük verirlər, məqsədli dezinformasiyalar yayırlar. Odur ki, media subyektləri belə mənfi meyillərə münasibətdə fəallığı artırmalı, texnoloji yeniliklərin imkan­larından istifadə etməklə onlara qarşı cəmiyyətin müxtəlif təbəqələrinin duya biləcəyi aktiv əks-fəaliyyət aparmalı­dırlar.

 

Mədət MƏMMƏDOV,

 

Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.6.