Azərbaycan
güclü dövlət olduğunu təsdiqləyir
Prezident İlham Əliyevin son 18 ildə
uğurla həyata keçirdiyi uzaqgörən strategiya nəticəsində
Azərbaycan dünya miqyasında sabit və dayanıqlı
iqtisadiyyatı, eləcə də böyük maliyyə
resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe
tutan, qlobal enerji təhlükəsizliyinin təminatında
strateji rol oynayan dövlətə çevrilib. Respublikamız
beynəlxalq və regional əməkdaşlığa
sanballı töhfələr verib, ölkəmizin təşəbbüsü
və iştirakı ilə qlobal layihələr uğurla icra
edilib. Artan iqtisadi güc və beynəlxalq
nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf
regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə
qadir olan iri layihələrin təşəbbüskarı kimi
çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla gerçəkləşdirilməsi
ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən
və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal
oyunçu” statusunu reallaşdırıb.
Azərbaycanın uğurla
gerçəkləşdirdiyi beynəlxalq təşəbbüslərindən
söz düşmüşkən, onu da qeyd edək ki, ötən
illər ərzində ölkəmizdə nəqliyyat
infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı
layihələr həyata keçirilib, bu sahəyə
böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə,
avtomobil yollarının və dəmir yolu xətlərinin,
xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində
ölkə ərazisindən keçən magistral yolların
beynəlxalq standartlar əsasında yenidən qurulması,
paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərinin inkişafı istiqamətində icra edilən
layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun
müasirləşməsində əhəmiyyətli rol
oynamaqla yanaşı, respublikamızın tranzit
potensialını daha da gücləndirib.
Bütün bunlar deməyə əsas
verir ki, artıq respublikamızın nəqliyyat təhlükəsizliyi
təmin edilib, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika
mərkəzlərindən birinə çevrilib və ölkəmizin
fəal iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir
və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində
artıq iki qol–biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa,
digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa mövcuddur. Hər ikisi Azərbaycan
ərazisindən keçir və təbii ki,
respublikamızın imkanlarını daha da genişləndirir.
Şimal-Cənub nəqliyyat dəhlizi isə
Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini
əhatə edir. Bu, sözügedən
istiqamətdə də nəqliyyat təhlükəsizliyimizin
təmin olunmasından xəbər verir.
Yeri gəlmişkən, burada onu da
vurğulayaq ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da region
üçün strateji əhəmiyyətə malikdir,
konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın
həcminin artırılması, Asiyadan Avropaya istiqamətlənən
karqo axınları üçün rəqabətqabiliyyətli
bağlantı təmin edir. Asiya və Avropa
arasında ən qısa marşrutu reallaşdırmaqla BTQ dəmir
yolu bağlantısı gələcəkdə bir neçə
milyon ton karqo daşınmasınının
reallaşdırılması məqsədi daşıyır.
Qlobal layihələr
sırasında Cənub Qaz Dəhlizi xüsusi önəm
daşıyır. Bu dəhliz inşa olunmadan investor bura və
heç bir digər layihəyə vəsait qoymazdı, yaxud
da tərəddüd edərdi. Çünki
istər “Abşeron”, “Qarabağ”, istərsə də digər
yataqlardan çıxarılacaq qazın ixracı
üçün yol olmalıdır. Ona
görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə
“Şahdəniz” layihəsi ilə məhdudlaşmır.
Bu layihə gerçəkləşdirilmədən
Azərbaycanın enerji siyasəti yarımçıq qala bilərdi.
Amma bu gün respublikanın enerji siyasəti
ölkəmizin maraqlarını tam təmin edir. Məsələn,
“Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş
ölkələri qazla təchiz edəcək.
Qeyd edək ki, Azərbaycan qazı
Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP)
qaz kəmərləri ilə nəql olunaraq
çatdırılır.
Aparılan uğurlu islahatlar
və uzaqgörən xarici siyasət sayəsində güclənən
rəşadətli ordumuz tərəfindən torpaqlarımızın
30 illik işğalına da son qoulub. Vətən müharibəsinin
ilk günlərindən etibarən xalqımız bir yumruq kimi
Prezident İlham Əliyevin ətrafında birləşib,
Silahlı Qüvvələrimiz döyüşlərdə
misilsiz şücaəti ilə bütün dünyaya öz
yenilməzliyi və qəhrəmanlığını
nümayiş etdirib. Həm hərbi, həm
də siyasi-diplomatik müstəvidə əldə olunan
nailiyyətlər bütün dünyaya ölkəmizin
gücünü təsdiqləyib.
Bütün bunlar Azərbaycanın
beynəlxalq aləmdəki nüfuzun-dan, ən əsası isə
uğurlu strategiyasından, İkinci Qarabağ müharibəsində
ədalətli qələbəsinin dəstəklənməsindən,
ərazi bütövlüyünün tanınmasından xəbər
verir.
Beləliklə, ötən 18 il ərzində
qazanılan müsbət nəticələr, inkişaf
göstəricilərinin yüksəlməsi həyata
keçirilən düzgün siyasətin, aparılan
islahatların real həyatda təsdiqini əks etdirib,
sosial-iqtisadi nailiyyətlərin davamlılığı və
dayanıqlı inkişaf üçün etibarlı zəmin
yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən
ağır maliyyə və iqtisadi böhran şəraitində
belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti
sayəsində Azərbaycan xarici iqtisadi təsirləri
neytrallaşdırıb, nəzərdə tutulan bütün
sosial-iqtisadi proqramlar tam gerçəkləşdirilib,
iqtisadiyyat artıb.
Bu uğurlar, həm də onu göstərir
ki, dövlətimizin başçısı 2003-cü ildə
qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri
gerçəkləşdirmək üçün ötən
müddətdə istər beynəlxalq miqyasda, istərsə
də ölkə daxilində məqsədyönlü,
ardıcıl, düşünülmüş siyasət həyata
keçirib, iqtisadiyyatı dinamik inkişaf yoluna
çıxarıb və “güclü dövlət”
konsepsiyasını reallaşdırmağa nail olub. Yaradılan belə bir şərait isə
yuxarıda qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsində
Azərbaycanın parlaq qələbəsini şərtləndirib.
Azərbaycan Vətən
müharibəsini tarixi zəfərlə başa vuraraq,
hazırda regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, Vətən
savaşından əvvəlki dövrdə ölkəmizə
Ermənistanın qələbəsi gerçəkliyini qəbul
etdirməyə çağıran bəzi beynəlxalq təşkilatlar
və dövlətlər tərəfindən də bu yeni
reallıqla barışılıb. Bir
sözlə, artıq beynəlxalq aləmdə Azərbaycanın
yaratdığı yeni reallığı çoxu qəbul
edib. Bu vəziyyəti, əlbəttə,
Azərbaycan liderinin apardığı uğurlu xarici siyasət
şərtləndirib. Dövlətimizin
başçısı bununla bağlı
çıxışlarının birində deyib: “Biz öz
konstitusion hüquqlarımız çərçivəsində,
BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində
yeni reallıq yaratmışıq və hamı bu reallıqla
hesablaşmalıdır. Bu, asan məsələ deyildi… Bu,
daimi iş idi. Nəticədə bu gün beynəlxalq
təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT,
Avropa İttifaqı, MDB tərəfindən bu reallıq
tamamilə qəbul edilib. Biz bunu həm
formal mənada, həm də xalis ünsiyyətdə
görürük. Üstəlik, mən
beynəlxalq strukturların çoxsaylı rəhbərləri
və dövlət başçıları ilə əlaqədə
olarkən müşahidə edirəm, indi biz öz haqq
işimizə qat-qat artıq dəstək görürük”.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Qarabağın azad edilməsindən sonra Azərbaycanda
dövlət quruculuğu, milli iqtisadi inkişaf və ictimai həyat
yeni mərhələyə daxil olub. İndi
respublikamızın regional güc mərkəzi olaraq
mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatının
daha da gücləndirilməsi qarşıya əsas vəzifə
kimi qoyulub.
Hazırda işğaldan azad
edilən ərazilərə Böyük Qayıdış məqsədinin
reallaşdırılması üçün müasir şəhərsalma
qaydaları nəzərə alınmaqla bölgədə
yaşayış və qeyri-yaşayış kompleksləri
inşa edilir, müasir infrastruktura malik “ağıllı
şəhər və ağıllı kənd”
konsepsiyaları həyata keçirilir. Bu əsasda
bütün Qarabağ və Şərqi Zəngəzurda
müasir standartlara uyğun sosial-iqtisadi və mədəni
infrastruktur qurulur. Kommunal xidmətlər
şəbəkəsi, xüsusilə tullantıların səmərəli
idarə edilməsi sistemi yaradılır. Sosial
xidmət infrastrukturu bərpa olunur.
Bütün bunlarla bərabər,
işğaldan azad edilən ərazilərin ölkə
iqtisadiyyatına reinteqrasiyası məqsədilə tədbirlər
həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə
dağıdılan iqtisadiyyatın qurulması
üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir
və əlverişli biznes mühitinin
formalaşdırılması təmin edilir.
Qarabağ və Şərqi Zəngəzurda
yaxın gələcəkdə yüksək texnoloji tutumlu
investisiyaların cəlbi nəticəsində
ixracyönümlü dəyər zəncirinin qurulması və
dayanıqlı iş yerlərinin açılması nəzərdə
tutulub. Regionda dairəvi iqtisadiyyata əsaslanan
“ağıllı” biznes modellərinin yaradılması
planlaşdırılıb. Faydalı
qazıntı və mineral xammal mənbələri nəzərə
alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri
üzrə ixtisaslaşmanın təşviq edilməsinə
xüsusi önəm verilməsi də qərara alınıb.
Son illər ərzində
ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi
üçün yerli istehsal potensialı və infrastruktur təminatı
sürətlə inkişaf etdirilib. Respublikanın
mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd
təsərrüfatı məhsullarının yerli
istehsalı hesabına özünütəminetmə göstəricisi
ümumilikdə məqbul səviyyəyə
çatdırılıb.
Son 10 ildə ölkə
iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin
edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma
nail olunub. Respublikada möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik,
uzaqgörən daxili və xarici siyasət bu müddətdə
qarşıya qoyulan mürəkkəb sosial-iqtisadi məqsədlərin,
habelə ölkənin ərazi bütövlüyünün
bərpasında həlledici rol oynayıb. Milli
iqtisadiyyatın aparıcı sahələrində müasir
texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan
kapitalının cəlbi nəticəsində məhsuldarlıq
xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib
və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli
inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye
inqilabının fəal mərkəzlərindən biri olmaqla
xarici investorlar üçün böyük imkanlar məkanına
çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz
böyüyüb, qeyri-neft-qaz Ümumi Daxili Məhsul (ÜDM)
isə 1,4 dəfə artıb, 2011-ci illə müqayisədə
qeyri-neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.
Son 10 ildə iqtisadiyyat iki
qlobal maliyyə böhranından uğurla çıxıb,
ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı
olub. Yeri gəlmişkən, 2014‒2015-ci illərdə
qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə
qədər azalması, 2020-ci ilin əvvəllərindən
başlanan və davam etməkdə olan pandemiya böhranı
respublikada makroiqtisadi sabitlik üçün ciddi təhdidlər
yaradıb. Lakin bütün bunlara
baxmayaraq, çevik və səmərəli iqtisadi idarəetmə
hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin
əhalinin rifahı və sağlamlığı qorunub.
Ötən ilin sonuna valyuta ehtiyatlarımız təxminən
ÜDM-in həcminə bərabər olub. Bu
isə milli iqtisadiyyatın xarici və daxili təsirlərə
qarşı tam dayanıqlığı kimi diqqət çəkib.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-
2022.- 6 avqust.- S.3.