Səsin sehri

 

Həsən Əbluc-80

 

Yəqin ki, sizonun səsinin sehrinə düşmüsünüz. Bu aktyorun ifasında dinlədiyimiz şeirlər ruhumuza hopurdu, bizi poetik dünyaya qovuşdururdu. Tanrı ona elə bir böyük məharət, məlahətli səs bəxş etmişdi ki, bu təkrarolunmaz səs və deyim tərzi, yalnız və yalnız ona məxsus idi. Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə sözə bağlı olanların sevimlisinə çevrilmişdi.

Onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxların­dan fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da...

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olmuşdu. Cənubi Azərbaycanda demokratik hərəkat süquta uğrayandan sonra ailəsi Bakıya köçən Həsən Əbluc hələ uşaq vaxtlarından aktyor­luğa böyük həvəs göstərmişdi. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politex­nik İnstitutuna (indiki Texniki Universitet) daxil olmuşdu. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə vermişdi. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tama­şasına quruluş vermişdi.

O, Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Te­atrında hazırladığı tamaşalarda ikinci rejissor işləmiş və həm də onun kursunda təhsilini davam etdirmişdir. 3-cü kursda oxuyanda Aka­demik Dram Teatrına işə dəvət olunmuşdur. Ona səhnə danışığından Müxlis Cənizadə dərs demişdir. O, gözəl danışığına, sənətinə, diksi­yasına, savadına görə Həsən Əblucu assistent götürmüşdü.

Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, gənclərə sənətin sirlərini öyrətmişdir.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Ki­nematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Matfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

H.Əbluc radio tamaşalarında da saysız-hesabsız baş rollarda çıxış etmişdir. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi Həsən Əbluca həvalə edirdilər.

Həm müəllim, həm rejissor, həm aktyor olan Həsən Əbluc, eyni zamanda, bir-birindən maraqlı hekayələr, dram əsərləri yazmışdır.

40-a yaxın filmdə çəkilib. atlı oğlan”, “Alman klinikasına şəxsi səfər” , “Babək”, “Bakıda küləklər əsir”, “Bircəciyim” ,“Qatır Məmməd” , “Qara gölün cəngavərləri”, “Pəncərə digər filmlərdə maraqlı obrazlar yaradıb.

Azərbaycanın Əməkdar artisti Həsən Əblucun rejissor kimi sonuncu işi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi Cəlil MəmmədquluzadəninAnamın kitabıəsəri idi. Rejissor tamaşanı Novruz bayramına kimi təhvil vermək istəyirdi buna görə gecə-gündüz çalışırdı. Lakin 1994-cü il martın 13-də tamaşanın məşqi zamanı ürəktutması nəticəsində halı pisləşib huşunu itirən Həsən Əbluc xəstəxanada dünyasını dəyişib. Tamaşa üzərində işi isə qardaşı, kinorejissor Ənvər Əbluc yekunlaşdırmışdır.

O, cəmi 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz səsi ilə elə bu yaşda qaldı...

Sənətkarın qardaşı, kinorejissor Ənvər Əbluc înun haqqındaHəsən Əblucfilmini lentə alıb. Bu, Həsən Əbluca qardaş sevgisi ilə yanaşı, həm bir tamaşaçı sevgisindən irəli gəlib.

Bu yazıda sənətkarın qızı Elnaz Əblucun atası haqqında bir xatirəsini diqqətə çatdırmaq istərdik: “Mən həmişə demişəm ki, o, təkcə gözəl ata deyildi, həm böyük dost idi. Atam gülləri çox sevərdi. bayram­larda təkcə mənim üçün deyil, məktəbimizin müəllimləri üçün gül alardı. Bir , əlbəttə ki, mənim hər ad günümün səhəri gözəl gül dəstəsi ilə başlayardı. Hər yay o, anamla birlikdə məni Moskvaya sanatori­yaya göndərər, daha sonra özü gələrdi. Məktəbə gedəndə mənim üçün elə dadlı buterbrodlar hazırlayardı ki

Hamı fikirləşərdi ki, onları anam hazır­layır, amma biləndə ki, atam hazırlayıb, təəccüblənərdilər. O, çox diqqətli, həssas, gözəl qardaş, qayğıkeş ailə başçısı sevən ər, dostların yolunda hər şeyə hazır olan dost idi. Peşəsində isə çox məsuliyyətli idi, səhhətindəki hər hansı problem onu sevimli işindən ayıra bilməzdi.

Atam mənim rejissor olmağımı çox istəyirdi, lakin sağlığında mən bunu istəmirdim. Yalnız onun qəfil ölümündən sonra məndə atamın arzusunu yerinə yetirmək istəyi yarandı. Mən rejissor oldum qəlbimin dərinliklərinədək bu peşəni sevdim.

Mən heç vaxt onun ucaldığı zirvəyə çata bilmərəm, lakin məni görəndə soyadımı eşidəndə insanların atamı böyük hörmətlə yad etmələri xoşdur. Çox heyif ki, o, özünün aktyor rejissor potensialından sonadək istifadə edə bilmədi...”

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2022.- 13 avqust.- S.11.