Bir qrup yerli və xarici rəssam Füzuli rayonuna səfər
edib
Avqustun 29-da Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində bir qrup yerli və xarici rəssamın işğaldan azad edilən Füzuli rayonuna səfəri təşkil olunub.
Səfər zamanı gənc rəssamlar Füzuli Beynəlxalq Hava Limanında, daha sonra Qarğabazar kəndindəki karvansarada olub və ətrafdakı dağıntıları izləyiblər.
Hava limanında iştirakçılara Füzuli rayonunda salınan şəhər və yenidən tikiləcək kəndlər barədə məlumat verilib. Bildirilib ki, rayonda “Blue zone” adlanan şəhər ərazisi yaradılacaq, burada sərt yer örtüklərindən istifadə olunmayacaq. Yolboyu ərazidə xidmət müəssisələrinin olması insanların avtonəqliyyat vasitələrindən asılılığını azaldacaq.
Qonaqlar, həmçinin şəhərin ümumi
planı ilə tanış olub, orada yaradılacaq nəqliyyat sistemi,
sosial xidmətlər - səhiyyə, məktəbəqədər
təhsil və ümumtəhsil müəssisələri, həmçinin
yerli əhəmiyyətli memarlıq abidələri
haqqında məlumat alıblar.
Xalq qəzeti.- 2022.- 29 avqust.- S.5.