Erməni riyakarlığı

 

Rəsmi İrəvan İkinci Qarabağ müharibəsi bitəndən, kapitulyasiya aktını imzalayandan indiyədək Azərbaycanla danışıqlarda regional gerçəkliklərin tərəfində dayansa da, çox zaman revanşistlərin istəklərini dilə gətirməkdən belə çəkinməyib. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə gün əvvəl “Armenpress”ə müsahibəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. O, eyni zamanda, Ermənistanın Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul saydığını da xatırladıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ermənistan ölkə qanunvericiliyi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Hazırda bu, həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də öz əksini tapmalıdır”. Armen Qriqoryan bu kontekstdə Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını da vurğulayıb: “Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Lakin Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Nikol Paşinyan Milli Assambleyadakı çıxışlarının birində qeyd edib ki, Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. İndi biz bu variantın fəal şəkildə müzakirəsini aparmalı və necə davam edəcəyimizə qərar verməliyik”.

Armen Qriqoryanın bu sözlərində erməni fitnəkarlığı açıq-aşkar nəzərə çarpır. Ümumiyyətlə, fitnəkarlıq, ikiüzlülük Ermənistanın Vətən müharibəsindən sonrakı hərəkətlərindən tamamilə aydın görünür. Belə ki, ərazi bütövlüyümüz, suverenliyimiz tanınırsa, bəs onda Azərbaycana məxsus tarixi ərazimizin – Qazaxın 7 yaşayış məntəqəsinin, Naxçıvanın Kərki kəndinin indiyədək işğal altında saxlanılmasına necə ad vermək olar? Bəs Azərbaycanda – Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə Ermənistanın cavabdehlik iddiasını necə başa düşək? Xankəndi bizim əzəli-əbədi yaşayış məntəqəsidirsə, burada məskunlaşan ermənilərin hüquqları da Azərbaycan Konstitusiyası ilə qorunmalıdır və qorunacaq da. Buna Ermənistan Təhlükəsizlik Şurasının katibinin heç bir şübhəsi olmamalıdır. Nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü necə tanıyır ki, işğalçı ordusunun tör-töküntüləri hələ də ərazimizdədir və vaxtaşırı ağır cinayətlər törədirlər.

Beləliklə, bütün erməni separatçıları kimi, Armen Qriqoryan da anlamaq istəmir ki, Qarabağda məskunlaşan etnik ermənilərin hüquqları azərbaycanlı əhali ilə eyni səviyyədədir. Azərbaycan bu məsələdə tarixən olduğu kimi, hazırda da ədalətli münasibət nümayiş etdirməyə, öz ərazisində yaşayan etnik ermənilərin hüquqlarını konstitusiya əsasında qorumağa hazırdır.

İkinci Qarabağ müharibəsindən sonra erməni riyakarlığı, əgər belə demək mümkünsə, özünün yeni mərhələsinə daxil olub. Məsələn, az bir müddət əvvəl Çexiyada işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçirdiyi görüşlərdə söhbətlərini əsasən Azərbaycana qarşı qarayaxmalar üzərində qurub, Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Bütün vasitələrlə Azərbaycan barəsində “işğalçı” obrazı yaratmağa çalışıb.

Ararat Mirzoyan iddia edib ki, 44 günlük müharibə ermənilər üçün humanitar problemlər yaradıb və bu, hələ də qalmaqdadır. Diversantları “hərbi əsir” kimi təqdim edərək, onların azad olunmasından, Qarabağda “erməni irsinin “vandalizmlə” üzləşməsindən danışıb. Eyni zamanda, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan “erməni abidələri”nin qorunub-saxlanılmasının vacibliyini vurğulayıb.

Ermənistanın xarici işlər naziri iddia edib ki, guya, Azərbaycanın nəzarətinə keçən ərazilərdə “erməni irsi”nə aid abidələrin barbarlığa məruz qalması indidavam edirbu səbəbdən Çexiyadan kömək gözləyir.

Bax, burada da erməni fitnəkarlığı, həyasızlığı bir daha özünü qabarıq büruzə verir. Belə ki, 30 il ərzində Azərbaycanın 20 faiz ərazisində şəhər və kəndlərimizi yerlə bir edən, tarixi maddi-mədəni abidələrimizi barbarlığın qurbanına çevirən, qəbiristanlıqları dağıdan, təhqir edən, təbii sərvətlərimizi talayan Ermənistan indi öz adını bizə zorla yapışdırmağa cəhd göstərir.

Özlərini “nəcib, sivil, mədəni xalq” adlandıran ermənilər Qarabağ və Şərqi Zəngəzur işğalda olduğu dövrdə o ərazilərdə qəbirləri dağıdaraq, qızıl diş axtarır, qəbirüstü daşları sındırıb qonşu ölkələrə apararaq satır, məscidləri dağıdır, yaxud ziyarətgahlarda donuz saxlayırdılar. Bütün bu vəhşiliklər barədə Azərbaycan rəsmi bəyanatlar versə də, beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla qarşılanırdı. Hətta bizə elə gəlirdi ki, bu cür qəddarlığın törədilməsinə, ermənilərin bu cür vəhşiliklərinə heç kim inanmır. Bu, hələ bir yana qalsın, UNESCO kimi bir qurum Azərbaycanı haqsız yerə erməni maddi-mədəni irsini məhv etməkdə-vandalizmdə təqsirləndirməyə çalışırdı.

Dünyanın nüfuzlu dövlətləri, UNESCO kimi digər beynəlxalq təşkilatları da 30 il ərzində erməni vandallığını susqunluqla qarşılayır, işğalçını insanlığa sığmayan belə bir vəhşilikdən çəkindirmir, əksinə, biganəlik göstərməklə, qəsbkara ikili standartla yanaşmaqla dolayısı ilə haqsızlığa, ədalətsizliyə haqq qazan­dırdı. Şübhəsiz ki, Vətən müharibəsi başlamasaydı və bu savaşda düşmən acı məğlubiyyətlə üzləşməsəydi, vəhşi erməni qəbiləsinin Azərbaycana qarşı qəddarlığının sonu görünməyəcəkdi...

İşğaldan sonra dövlətimizin başçısının tövsiyəsi ilə respublikamıza gəlib azad edilən ərazilərdə səfərdə olan əcnəbi qonaqlar bizim təkcə tarixi, hüquqisiyasi cəhətdən deyil, həm də insanlıq baxımından nə qədər haqlı olduğumuzu gördülər.

Bəs artıq beynəlxalq aləmdə Ermənistanın barbarlığı ilə bağlı aydın təsəvvür olduğu halda, Ararat Mirzoyanı Avropada belə yalanlar uydurmağa, ölkəsini “mədəni xalqkimi tanıtmağa, maddi-mədəni abidələrinin “dağıdılmasını” iddia etməyə nə vadar edir? Cavab aydındır: Ermənistanın xarici işlər naziri Avropada soydaşlarının “vəhşi tayfa” obrazını silməyə, izini itirməyə, formalaşan mənfi rəyi Azərbaycan haqda yalanlar danışmaqla dəyişməyə cəhd edir. Ararat Mirzoyan bu zaman həm sülh sazişindən dəm vurmaqla xalqını sülhpərvər kimi tanıtmağa, həm də Azərbaycan barəsində işğalçı, qəddar, dağıdıcı təsəvvür yaratmağa çalışır. Bir sözlə, ermənilərə məxsus mənfilikləri bizim üzərimizə yönəltməyə cəhd göstərir. Bax, budur erməni ikiüzlülüyü, riyakarlığı, erməni əxlaqı...

Onu da qeyd edək ki, Ermənistan bu fitnəkarlığını, həyasızlığını təkcə xaricdə deyil, həm də bu ölkəyə səfər edən xarici nümayəndələrlə danışıqlar zamanı nümayiş etdirir, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, xaqımızı heç bir fakta, dəlilə əsaslanmayan uydurmalarla, yalanlarla ittiham edir.

Erməni həyasızlığına dair başqa bir misal. Bu günlərdə Romella Mnatsa­kanyan ad-soyadlı erməni şərhçi Armenianreport.com saytına müsahibəsində klassik erməni ikiüzlülüyü ilə deyir: “İkinci Qarabağ müharibəsində Ermənistan dəhşətli haqsızlıqla üzləşdi. Azərbaycana qarşı heç bir embarqo, ümumiyyətlə, sanksiyalar olmadı indi yoxdur. Baxmayaraq ki, ”artsax”ın 70 faizi işğal altındadır…”.

Sözün bitdiyi, adamın, necə deyərlər, matıqutu quruduğu məqam, bax, budur. İşğalçının işğala məruz qalanı ittiham etməsi, “işğalçıadlandırması ancaq xəstə, miskin təxəyyülün məhsuludur.

Bu gün ermənibaşbilənləritərəfindən Qərbədalətsizlikdəgünahlandırılır. Niyə? Çünki Azərbaycan öz ərazilərini erməni işğalçılarından azad etdiyi üçün Qərb ölkəmizə sanksiya tətbiq etməyib. Qəribədir ki, belə gülünc, heç bir məntiqə sığmayan fikir səsləndirənlərə, nədənsə, cavab verilmir. Onlardan soruşulmur ki, BMT qətnamələrində işğalçı kimi hansı ölkənin adı çəkilir? Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, ümumiyyətlə, Qarabağ ətraf ərazilər vaxtdan uydurma bir dövlətin tərkib hissəsi olub?

Etiraf edək ki, bu erməni azğınlığının bir səbəbi Azərbaycanın 20 faiz ərazisi 30 il ərzində işğalda olanda, Qərbin susması, ədalətsizliyə laqeyd yanaşması ilə bağlıdır. Bəli, o zaman dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən işğalçı Ermənistan qəsbkarlığa görə sanksiyalara məruz qalsaydı, indiki həyasızlığı, riyakarlığı nümayiş etdirməzdi

Bu məsələdə beynəlxalq təşkilatların susqunluğundan söz düşmüşkən, ATƏT-in Minsk qrupu­nun fəaliyyətsizliyini xatırlatmaq istərdik. Bununla bağlı əvvəlcə onu qeyd edək ki, rəsmi İrəvan məlum üçtərəfli Bəyanatda, eləcə Brüs­sel görüşündə vurğulanan məsələləri reallaşdırmaq, Azərbaycanla Ermənistan arasında normallaşdırma siyasətini gerçəkləşdirmək əvəzinə, mövcud situasiyanın gərginləşməsini şərtləndirən bəyanatlar verməkdən əl çəkmir. Azərbaycanla normallaşdır­ma siyasətində çıxış yolu kimi Minsk qrupuna sığınmağa cəhd göstərir.

Ancaq Azərbaycanın bəyan etdiyi kimi, Minsk qrupu artıq mövcud deyil. Onu təkrarən bərpa etmək üçün isə heç bir geopolitik səbəb əsas yoxdur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Minsk qrupu həmsədrlərinin 30 il ərzində sadəcə, müzakirə etdiyiDağlıq Qarabağ problemiartıq həll olunub. Xankəndi ətraf bölgə ilə bağlı məsələ isə Azərbaycanın daxili işidir. Rəsmi Bakı isə Azərbaycanın daxili işlərini hər hansı xarici dövlət ya qurumla müzakirə etmək niyyətində deyil.

Ermənistanın quduzluğu, qəddarlığı bitib-tükənmir. İnsan qanına susayan bu vəhşi qəbilə tayfasının törətdikləri cinayətlər adamı dəhşətə gətirir. Elə torpaqlarımızın başdan-başa minalanması bunun bariz ifadəsidir. Onlar təkcə işğal dövründə deyil, həm torpaqlarımızı tərk edərkən bütün yollarımıza, şəhər kəndlərimizə saysız-hesabsız mina basdırıblar. Yeri gəlmişkən, hazırda Ermənistanın Azərbaycana qarşı elan edilməmiş mina müharibəsinin qurbanlarının sayı 200-dən çoxdur bu, getdikcə artır.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 5 avqust.- S.4.