Azərbaycanın uğurlu xarici siyasət modeli formalaşıb

 

Bu il bizim xarici siyasətimiz çox fəal olub xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz, bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır bizə olan inam bu illər ərzində daha da artmışdır.

 

İlham ƏLIYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqımızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq normalara əsaslanan ədalətli prinsipial xarici siyasət kursu həyata keçirir. Milli bəşəri dəyərlərdən qaynaqlanan bu xətt sivil dünya tərəfindən uğurlu siyasət modeli kimi qəbul təqdir olunur. Azərbaycanın nüfuzu imici ilbəil yüksəlir.

Azərbaycan Prezidenti hazırda dünyanın ən xarizmatik nüfuz­lu, görkəmli dövlət xadimlərindən sayılır. Son illər Azərbaycan dövləti Qarabağda döyüş meydanında olduğu kimi, diplomatiya cəbhəsində bir-birindən parlaq uğurlar əldə edibdir. Dünya bunun fərqindədir çox sayda ölkələr hazırda Azərbaycanın həm hərbi, həm xarici siyasət sahəsindəki uğurların­dan bəhrələnməyə çalışır.

Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin bəhrəsi xalqımızın 2020-ci ilin payızında 44 günlük şanlı Vətən müharibəsində qazandı­ğı tarixi zəfərdə bütün rəngarəngliyi möhtəşəmliyi ilə təcəssüm olu­nub. Çağdaş dünyanın ən nüfuzlu siyasətçiləri, analitiklər etiraf edirlər ki, İkinci Dünya müharibəsindən ötən onilliklər ərzində heç bir ölkə öz ərazi bütövlüyünü bərpa edə bilməmişdir. Yalnız Azərbaycan bunu edərək regionda tarixi ədaləti bərpa etmişdir.

Sevindirici haldır ki, Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar bu il da­vam etmişdir. 2022-ci il iyulun 15-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı ölkəmizin xarici siyasətini səciyyələndirən bir sıra mühüm məsələlərdən danışmışdır. Cənab İlham Əliyev, ilk növbədə, Azərbaycanın Qoşul­mama Hərəkatına sədrliyinin daha bir il uzadılmasını dünyanın 120 dövlətinin ölkəmizə olan dərin etima­dı kimi dəyərləndirmişdir.

Prezidentimiz bu barədə demiş­dir: “Biz məsuliyyətli ölkə olaraq Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institu­sional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu hərəkatın çox böyük potensi­alı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi bu təşəbbüs artıq özünü real həyatda göstərir”.

Azərbaycan digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparır. Azərbaycan müsəlman ölkəsidir İslam dövlətləri ilə hərtərəfli əlaqələrini daim gücləndirir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər edib. Yeni seçil­miş Baş katib, eyni zamanda, azad edilmiş torpaqları ziyarət edərək Qarabağda erməni vəhşiliyinin ağır təzahürlərini öz gözü ilə görüb. Rəsmi Bakı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.

Azərbaycanda sivil, demokra­tik, hüquqi dövlət qurulub. Bu amil ölkəmizin dünyanın ən böyük güc mərkəzlərindən biri olan Avropa İttifaqı (Aİ) ilə daha da yaxınlaş­masına səbəb olub. Məlum olduğu kimi, Azərbaycan iləarasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı yeni saziş hazırlanır. Sazi­şin böyük hissəsi razılaşdırılıb razılaşdırılmamış məsələlər müzakirə olunur.

Qeyd etmək lazımdır ki, hər bir ölkənin xarici siyasətində dövlət başçısının şəxsi nüfuzu, xarizması böyük rol oynayır. Dünyanın ən böyük beynəlxalq təşkilatlarının rəhbərləri kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan dövlət başçısının yüksək liderlik bacarığına dərin rəğbətlə yanaşır. Azərbaycan Prezidenti ilə cənab Şarl Mişel arasında dəfələrlə görüş olub. Bu görüşlərdə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ciddi müzakirə olunub.

Bir müddət əvvəl Aİ ilə Azərbaycan arasında başqa bir önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı saziş imzalanıb. Bu sənəd ölkəmiz ilə Aİ arasında əməkdaşlığı çox yüksək səviyyəyə qaldırıb. Avropa özünün enerji təhlükəsizliyini gücləndirmək niyyətindədir və bu gün sürətlə inkişaf və tərəqqi edən Azərbaycana və onun liderinə dərin inametimad bəsləyir. Avropadabütün dünyada yaxşı bilirlər ki, Azərbaycan Prezidentinin sözü onun imzası qədər dəyərli və etibarlıdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də çox fəaldır. Bu da təbiidir. Azərbaycan xalqı türk xalqlarının şanlı dövlətçilik tarixinə və mədəniyyətinə böyük töhfələr veribdir. Xüsusilə qardaş Türkiyə ilə əlaqələrimiz daim güclənir. Bir fakta diqqət yetirək. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkcə bu il ərzində üç dəfə görüşüb. Azərbaycan və Türkiyə liderlərinin şəxsi dostluğu, əlbəttə, dostlarımızı sevindirir, düşmənlərimizi isə xar edir.

Rəsmi Bakının Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün üzv ölkələr ilə təmasları durmadan genişlənir. Bu ilin aprel ayında Qırğı­zıstan Prezidenti Azərbaycana səfər etmişdir. Eyni zamanda, iyun ayında cənab İlham Əliyevin Özbəkistana və Türkmənistana səfərləri olub. Yaxın günlər ərzində Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işləri yüksək dəyərləndirərək demişdir: “Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prio­ritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır– həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”.

Azərbaycanın qonşu ölkələrlə əlaqələri də genişlənir. Bu il bu istiqamətdə konkret addımlar atılıb. Belə ki, Azərbaycan Prezidentinin Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri olub. Bu görüşlərin hər biri regionda sülhün təhlükəsizliyin gücləndirilməsi işinə töhfə verib. Görünən budur ki, Bakı Cənubi Qafqazda sülh sabitliyin lokomotivi rolunda çıxış edir.

Bu gün dünyanın super gücü olan Amerika Birləşmiş Ştatları Azərbaycanla qarşılıqlı hörmət, inam etimad əsasında əlaqələr qurmaqda maraqlıdır. Son vaxtlar iki ölkə arasında əməkdaşlıq daha da güclənmişdir. Hər iki tərəfdən yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan dövlətinin başçısına Müstəqillik Günü, Bakı Enerji Həftəsi və digər tarixi hadisələrlə bağlı məktub göndərmişdir. Bu mühüm sənədlərdə əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur.

Azərbaycanın xarici siyasətində uzun illər boyu işğalçı Ermənistan dövlətinin təcavüzkar siyasətinin ifşa olunması əsəs xətt olmuşdur. 2020-ci ilin payızında müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin qeyri-adi fədakarlıqları və şücaətləri sayəsində xalqımız yağı düşmən üzərində parlaq qələbə qazana­raq, regionda tarixi ədaləti bərpa etmişdir.

Bununla da, Cənubi Qafqazda yeni reallıqlar yaranıbdır. Regionda davamlı sülhsabitlik bərqərar olunsa, bundan bu ərazidə ya­şayan bütün xalqlar, millətlər, o cümlədən, ermənilər fayda görə bilərlər. Bunu bütün sivil dünya başa düşür, yeganə başa düşmək istəməyən Ermənistandakı revanşist qüvvələrdir. Təəssüf ki, bu ilin altı ayında Azərbaycan–Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticə yoxdur.

Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Fakt və reallıq budur ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çı­xarmayıb. Rəsmi İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirmir, üstəlik, separatçı erməni ünsürləri Qarabağda vaxtaşırı ağır təxribatlar törədirlər.

Məlum olduğu kimi, bu günlərdə Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub. Bu təxribatın qarşısının alındı­ğını vurğulayan dövlətimizin başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Azərbaycan Silahlı Qüvvələri təxribatçıları cəzalandırmaq məqsədi ilə uğurluQisas” əməiyyatı həyata keçirib.

Azərbaycanın xarici siyasəti xalqımızın xoşbəxt gələcəyinə, rifah və təhlükəsizliyinə xidmət edən düşünülmüş daxili siyasətin davamıdır. Azərbaycana başucalığı və nüfuz gətirən bu müdrik siyasi xəttin etibarlı bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulubPrezident İlham Əliyev tərəfindən dünyanın bugünkü reallıqları nəzərə alınaraq böyük uğurla davam etdi­rilir.

Bəli, bu gün qürur hissi ilə demək olar ki, ölkəmizin dünya­dakı “imzalar içində imzası”, həm də dərin hörməti və nüfuzu var! Azərbaycanın hərtərəfli, eləcə də parlaq diplomatik uğurlarının gələcəkdə daha da artacağına heç kəsdə zərrə qədər şübhə yoxdur.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 3.