Azərbaycanda sosial ədalət
dövlət siyasətinin prioritetidir
Sosial ədalət,
bütövlükdə, ədalət prinsipləri cəmiyyətin
əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə
ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və
demək olar ki, bu işdə müvəffəqiyyətlər
qazanmışıq. Bu gün Azərbaycan
cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan
cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir,
bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan
xalqının rifah halının yaxşılaşmasına
istiqamətləndirilib.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Dövlət başçımızın son 19 ildə
həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın
dünya birliyindəki nüfuzunu getdikcə gücləndirir
və ölkəmizi Cənubi Qafqazda lider dövlətə
çevirir. Regionda həyata keçirilən layihələr Azərbaycanla
razılaşdırılır və qlobal problemlərin həlli
dövlət başçısının tövsiyəsi ilə
reallaşdırılır. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, bizim siyasətimiz nəticəsində
Azərbaycan hərbi və siyasi yollarla Ermənistanın
işğalçılıq siyasətinə son qoydu, əzəli
torpaqlarımızı, tarixi ədaləti, milli qürurumuzu
bərpa etdi. Ermənistan üzərindəki
tarixi qələbədən sonra ölkəmizlə əməkdaşlıq
etmək istəyən dövlətlərin sayı daha da
artıb. İstər ərazilərimizin 20 faizinin
işğal altında olduğu vaxt və ya müharibə
dövründə, istərsə də qələbədən
sonra Qarabağda start götürən genişmiqyaslı bərpa-tikinti
işləri zamanı əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, aztəminatlı ailələrin,
xüsusilə, şəhid ailələrinin, qazilərin və
müharibə veteranlarının sosial müdafiəsinin
möhkəmləndirilməsi dövlət siyasətinin prioritetini
təşkil edir.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından tutmuş indiyə qədər Azərbaycanda
dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı
və sosial ədalət prinsipləri dayanır. Beynəlxalq
aləmdə baş verən mürəkkəb məsələlər
fonunda, xüsusilə, koronavirus kabusunun dünyanın
başı üzərini aldığı dövrdə Azərbaycanda
əhalinin həyat səviyyəsinin yüksəldilməsi
dövlət başçımızın siyasi fəaliyyətinin
prioritetini təşkil edib. Bu siyasət nəticəsində
ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndirilib.
Prezident İlham Əliyevin həyata
keçirdiyi bu siyasi kurs əhali tərəfindən də
yüksək dəyərləndirilir. Dövlət
başçısı vəzifəyə təyin etdiyi şəxsləri
qəbul edərkən qarşıya qoyduğu əsas vəzifələrdən
birinin insanlarla təmasda olmaq, əhalinin problemləri ilə
maraqlanmaq, narahatlıq yaradan məsələlərin aradan
qaldırılması istiqamətində bütün imkanlardan
istifadə etmək, ilk olaraq, şəhid ailələrinə,
qazilərə, müharibə veteranlarına xüsusi diqqət
göstərməkdən ibarət olduğunu bildirir. Dövlət
başçımızın bugünlərdə Masallı,
Lerik və Göygöl rayon icra hakimiyyətlərinə yeni
təyin etdiyi başçıları qəbul edərkən
verdiyi tövsiyələrdən biri də bu idi: “Siz daim
insanlarla təmasda olmalısınız. Bütün
kəndlərdə olmalısınız, kənd
camaatının qayğıları ilə
yaşamalısınız, onları narahat edən problemləri
onların dilindən eşitməlisiniz və imkan daxilində
bu problemləri həll etməlisiniz. Nəyə
gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz.
Elə məsələlər var ki, onlar
dövlət orqanları tərəfindən həll
olunmalıdır. Bu barədə də
aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz
– Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti
dövlət qurumlarına ki, mövcud problemlər öz həllini
tapsın. Əgər hər bir kəndin
problemi həll olunarsa, demək olar ki, ölkədə
insanları narahat edən ciddi problem qalmayacaq”.
Prezident şəhid ailələrini, müharibə əlilləri
və veteranlarının sosial müdafiəsinin daha da
gücləndirilməsini daim diqqətdə saxlayır. Dövlət
başçımız şəhid ailələri ilə
keçirdiyi görüşlərin birində bunu xüsusi
vurğulayaraq demişdir ki, 2018-ci ilin aprel ayında
keçirilən prezident seçkilərində Azərbaycan
xalqı bir daha mənə etimad, inam göstərdi, məni
prezident vəzifəsinə seçdi: “Mənim birinci fərmanım
şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı idi. Təbii ki, bu, təsadüfi
deyil. Mən istənilən sahə üzrə
fərman imzalaya bilərdim. İqtisadi sahə
üzrə, xarici siyasət, sosial məsələlərlə
bağlı. Ancaq mən hesab etdim ki,
birinci fərman şəhid ailələri ilə bağlı
olmalıdır. Bu fərman əsasında
10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən
11 min manat məbləğində birdəfəlik ödəmələrin
verilməsi nəzərdə tutulur. Yenə
də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı
müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir
ki, Azərbaycan bir çox ölkələrə bu sahədə
nümunə göstərir”.
Şəhid ailələrinin və müharibə əlillərinin
mənzil-məişət problemləri dövlət xətti
ilə həll olunur. Bu qəbildən olan insanlara dövlət
tərəfindən mənzillər, fərdi evlər və
minlərlə minik avtomobilləri verilib. Bu proses indi də
davam etdirilir. Bakı, Sumqayıt və
Abşeron rayonlarında şəhid ailələrinin evlə
təminatı məsələləri artıq yekunlaşmaq
üzrədir. Digər rayonlarda da bu istiqamətdə
mühüm tədbirlər həyata keçirilir. O
cümlədən, şəhid ailələrinin, müharibə
əlillərinin və veteranların məşğulluq probleminin
aradan qaldırılması bir an da olsun
diqqətdən kənarda qalmır. Onların
işlə təminatı üçün çoxsaylı tədbirlər
həyata keçirilir. Dövlət
başçımızın tapşırığına əsasən,
rayon icra orqanlarının nümayəndələri də bu
kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim
onların yaşayışı ilə
maraqlanmalıdırlar.
Bu, bir həqiqətdir ki, dövlət bütün aztəminatlı
ailələrin, o cümlədən
çoxuşaqlıların, pensiyaçıların, tənha
və ahılların, əlillərin, müharibə
veteranlarının, şəhid ailələrinin əsas
dayağına çevrilib. Prezident İlham
Əliyevin qarşıya qoyduğu vəzifələrin
uğurlu icrası nəticəsində aztəminatlı təbəqəyə
dövlət qayğısı ilbəil artır. Bu gün müvəffəqiyyətlə həyata
keçirilən sosial-iqtisadi siyasətin prioritetini vətəndaşların
həyat səviyyəsinin yüksəldilməsi və əhalinin
sosial müdafiəsinin təmin edilməsi təşkil edir.
Son 4 ilin yekunlarına nəzər yetirdikdə
bu diqqət və qayğı özünü açıq
şəkildə büruzə verir. 2018-ci ilin əvvəli
ilə müqayisədə ölkəmizdə orta aylıq
nominal əməkhaqqı məbləği 39 faiz, əmək
pensiyalarının orta məbləği 60 faiz, sosial
müavinətlərin orta məbləği 2 dəfə,
Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə
artırılıb. Ümumilikdə isə əhalinin
sosial rifahının yaxşılaşdırılmasına
xidmət edən 900-dən çox normativ-hüquqi akt qəbul
edilib. Sosial təminat növləri üzrə ödəniş
alanların sayı 160 min nəfər artaraq 2,4
milyonu ötüb.
Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədri
Cəlil Xəlilov şəhid ailələrinə, qazilərə
və müharibə veteranlarına göstərilən
dövlət qayğısından söhbət açaraq
dedi:
– Mən
inanırdım ki, 1997-ci il avqustun 2-dək
olan xidmət dövründə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar şəhid olmuş və
sağlamlığını itirmiş
döyüşçülərimiz unudulmayacaq. Çünki bu vaxta qədər Vətən
uğrunda canından keçənlərin, əlil
olanların heç biri unudulmayıb. 2018-ci
ildə keçirilən prezident seçkilərində əhalinin
böyük əksəriyyətinin etimadını qazanan cənab
İlham Əliyevin Prezident kimi ilk fərmanı da şəhid
ailələrinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı oldu. Dövlət
başçımız bu qəbildən olan insanların həyat
tərzinin daha da yaxşılaşdırılması istiqamətində
23 dekabr 2021-ci il tarixli daha bir fərman
imzaladı. “Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi
xidmət vəzifələrini (xidməti vəzifələrini)
yerinə yetirərkən və ya həqiqi hərbi xidmət
dövründə xəsarət (yaralanma, travma, kontuziya)
alması və ya xəstələnməsi nəticəsində
əlilliyi müəyyən edilmiş hərbi
qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının,
habelə onların ailə üzvlərinin sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı tədbirlər
haqqında” fərman bu gün uğurla icra olunur.
Bu fərmandan
söhbət açan “Azərbaycan Vətən Müharibəsi
Veteranları” İctimai Birliyinin rəhbəri Füzuli
Rzaquliyev dedi:
– Həmin
sənədə əsasən, 1997-ci il avqustun 2-dək olan
xidmət dövründə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
“Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə
tutulan halların baş verməsi nəticəsində əlilliyi
müəyyən edilmiş hərbi qulluqçulara, daxili
işlər orqanlarının əməkdaşlarına və
ya onların vərəsələrinə I dərəcə əlilliyə
görə 8 800 manat, II dərəcə əlilliyə
görə 6 600 manat, III dərəcə əlilliyə
görə 4 400 manat məbləğlərdə birdəfəlik
ödəmə verilir. Bu, bir daha təsdiqlədi
ki, dövlətimiz hər bir şəhid ailəsinin, qazinin və
müharibə veteranın yanındadır.
Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri Veteranları və
Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi
Mehdiyev dedi ki, Birinci və İkinci Qarabağ
döyüşlərində iştirak edən mərd
oğul və qızlarımızın qəhrəmanlığı
heç vaxt unudulmayacaq. Xüsusi olaraq
vurğulamaq lazımdır ki, ərazilərimizin
işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda
iştirak edərək. şücaət
göstərmiş, vəzifə borcunu ləyaqətlə və
vicdanla, döyüş tapşırıqlarını
uğurla yerinə yetirmiş əsgər və zabitlərimiz
Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları
ilə müxtəlif orden və medallarla da təltif
olunmuşlar. Prezident İlham Əliyevin müharibə əlillərinə
xüsusi qayğısını əks etdirən növbəti
sosial dəstək proqramına start verilib. Artıq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik
ödəmələrin verilməsinə başlanılıb.
Bu gün
Azərbaycan bayrağının Cəbrayılda, Hadrutda,
Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə
və Laçında dalğalanması Ali Baş
Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz
sərkərdəlik qabiliyyətinin, şəhidlərimizin və
əlillərin, rəşadətli ordumuzun qüdrətinin,
xalqımızın monolit birliyinin və həmrəyliyinin
parlaq nümunəsidir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-
2022.- 9 avqust.- S. 5.