Yeni reallıqlar erməni yalanlarının
ayaq açmasına imkan
vermir
İndiyə qədər dünyada tam olaraq neçə müharibənin, qanlı savaşın olduğu heç kəsə məlum deyil. Müharibələrin xronologiyasına baxdıqda burada milyonlarla insanın həlak olduğu meqamüharibələrə, ya da yerli xalqların amansız işgəncələrə məruz qaldığı vəhşiliklərə şahid oluruq.
Hazırda insan övladı özünün ən sürətli inkişaf dövrlərindən birini yaşasa da, barbar müharibələr, haqsız qan axıdılması, torpaqların işğal edilməsi və bu kimi hadisələr davam edir, hətta, getdikcə artır. Sevindirici hal isə ondan ibarətdir ki, artıq insanlar, xalqlar və toplumlar, o cümlədən, dövlətlər müharibələrdən bezib. Ölkələrdən bir çoxu iqtisadi inkişaf, əmin-amanlıq, sabitlik və qarşılıqlı münasibətlərin geniş vüsət aldığı yeni dünya arzusundadır. Belə olan halda müharibə arzusunda olan dövlətlər yadırğanır, bütün masalardan kənarlaşdırılır. Doğrudur, bu, bəzən çox gecikir, lakin haqq sonda qalib gəlir. Eynilə, otuz ilə yaxın həsrətini çəkdiyimiz, haqqımız olan torpaqlarımızın işğaldan azad olunması kimi.
Əfsuslar olsun ki, dünyanın dinamik inkişaf mərhələsində ölkəmiz hələ də bədnam qonşularımızın törətdiyi təxribatlarla, vaxtaşırı atəşkəsin pozulması və bu kimi xoşagəlməz hallarla mübarizə aparmaq məcburiyyətində qalır. Ötən dövrlər ərzində tarixin bizə verdiyi ən önəmli dərslərdən biri də, erməni xalqının xislətinin əsla dəyişmədiyi və dəyişməyəcəyidir. Zənnimcə, bunun heç bir iqtidar partiyası və yaxud şəxslərlə əlaqəsi yoxdur. Bu xislət əsrlər boyu “qaraçı” həyatı yaşayan, ona-buna sığınıb başını soxmağa dam axtaran ermənilərin ruhuna, həyat tərzlərinə hopub. Hətta vəziyyət o həddə çatıb ki, bunlara doğru yolu göstərsən də, kor-koranə öz bildikləri yolla gedəcəklər. Bir sözlə, bu xalq qəbrin də düzəldə bilmədiyi qozbelə çevrilib.
Bu kimi sətirlər erməni xislətini tam mənası ilə açıqlamaq üçün kifayət etməsə də, baş verənləri unutmamaq, daim xatırlatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Vətən müharibəsi həm Cənubi Qafqaz, həm tərəflər, həm də dünya üçün yeni reallıqların yaranmasına səbəb oldu. Bu savaş, təkcə son otuz ildə deyil, əsrlərdir davam edən erməni caniliyinin, böyük hiyləgərliklə gizlədilən bir çox tarixi faciənin, haqsızlığın üzə çıxması üçün çıraq rolunu oynadı. Hər qarış torpaq işğaldan azad edildikcə erməni vəhşiliyinin əyani sübutuna, şahidinə çevrildi. Torpaq da şahidlik edərmi? Bu qədər qana boylanıb, ağrı-acıya, ah-naləyə sinə açıbsa, edər.
Qeyd etdiyimiz kimi, Vətən müharibəsi münaqişəni kökündən həll etsə də, Ermənistan tərəfi hələ də tərsliyindən əl çəkmir. Onlar nə 10 noyabrda məhv olmaqdan canlarını qurtarmaq üçün imzaladıqları bəyanata hörmət edirlər, nə də rəsmi imzalarına. Sözünün kəsəri olmadığını yaxşı bilən işğalçı dövlət, sadəcə, könül bulandırmaqla məşğul olur. Mərhələ-mərhələ havadarlarını, xaricdəki şər ocaqlarını itirən ermənilər son çırpıntılarını edir, doğrunun bağrını yarmağa çalışırlar. Lakin anlaya bilmirlər ki, nə doğru həmin doğrudur, nə də dövr həmin dövr.
Bütün dünya başa düşür ki, Azərbaycan ayağa qalxdıqca, inkişaf edib gücləndikcə düşmənləri tapdaq altında əzilməyə məhkumdur. Haşiyə çıxaraq bir örnəyi yada salmaq yerinə düşərdi. Belə ki, qarğalar qartalın çiyninə qonan yeganə quşlardır. Qarğa uçuş boyu dimdiyi ilə onu narahat edir, caynaqları ilə qartaldan yapışıb ona mane olmağa, ləngitməyə çalışır. Qartal isə buna məhəl qoymur, yüksəldikcə-yüksəlir, qarğanın öz imkanları ilə çata bilməyəcəyi həddə çatır. Qarğalar yaradılışları səbəbi ilə həmin yüksəklikdə nəfəs ala bilmir, huşunu itirərək qartalın çiynindən düşür və yerə çırpılırdı.
Məlum olduğu kimi, son günlərdə tez-tez atəşkəsin pozulduğuna dair xəbərlər eşidirik. “Quyruğu qapı arasında qalan” siçovul kimi nə edəcəyini bilməyən ermənilər çarəni yenə təxribatlar törətməkdə, sabitliyi pozmaqda görürlər. Hələ, üstəlik, öz əməllərinə görə xəcalət çəkmir, bütün dünyanı inandırmağa çalışırlar ki, onlara qarşı zülmlər, əziyyətlər var və guya, zərərçəkən məhz ermənilərdir. Dünyanın bir çox xalqı, dövlətinə gülünc görünən bu hadisə bizim üçün daha əvvəl də izlədiyimiz komediya tamaşasının növbəti pərdəsidir. Onlar car çəkib, haray-həşir qoparırlar ki, bəs, qoymayın azərbaycanlılar Cənubi Qafqazda bizi qırırlar. Amma unudurlar ki, Vətən müharibəsində işğaldan azad edilən torpaqlarımızdakı faktlar – dağıdılmış, xarabaya çevrilmiş şəhərlər, məzarlıqlar, abidələr onların əməllərini üzə çıxarıb və silinməz faktlara, sübutlara çevrilib. Hətta uzun illər siyasət meydanında onları dəstəkləyən bəzi ölkələr bu faktlar və Prezident İlham Əliyevin mahir diplomatiyası qarşısında aciz qalıb, öz əyri yollarından dönüblər.
Ermənilər Vətən müharibəsinə qədərki dövrdə olduğu kimi, sonrakı mərhələdə də öz təxribatlarını davam etdirməyə çalışırlar. 2022-ci il 10 noyabr Bəyanatına sadiq qalmayan, qəbul etdikləri öhdəlikləri yerinə yetirməyən işğalçı dövlət belə əməllərlə bir qədər də vaxt qazanmağa çalışır. Onlar öz bulanıq reallıqlarında göstərməyə çalışırlar ki, münaqişə davam edir və belə olan halda sülh müqaviləsindən söhbət gedə bilməz. Dəhlizlərin yaradılması, kommunikasiyaların açılması isə bu mühitdə mümkün olmayan istəklərdir. Lakin bizim kimi, dünyanın da səbri tükənir və heç kim bu teatrı izləmək istəmir. Bunu Prezident İlham Əliyevə edilən telefon zənglərindən də başa düşmək mümkündür. Belə ki, ötən günlərdə Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın Dövlət katibi Entoni Blinken və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edərək sülh prosesinin gecikməsindən narahat olduqlarını bildiriblər. Bunun isə bir neçə səbəbi var.
Bunlardan ən önəmlisi yuxarıda qeyd edildiyi kimi, dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların qarşıdurmalardan bezməsi və sülh istəməsidir. İkinci bir səbəb isə Azərbaycanın Avropa İttifaqı üçün ticarət tərəfdaşı olması, enerji təhlükəsizliyində önəmli aktorlardan birinə çevrilməsidir. Əlbəttə sülh nə qədər tez əldə edilsə, prosesin təhlükəsizliyi də o qədər tez təmin edilər. Üçüncü səbəb isə Rusiya–Ukrayna müharibəsi ilə Avropanın yeni neft-qaz rezervlərinə ehtiyac duyması və diqqətlərin Azərbaycana yönəlməsi məsələsidir. Belə ki, ABŞ da bu prosesin həllində ən azı, Avropa qədər maraqlıdır.
Prezident İlham Əliyev də öz növbəsində, hər zaman olduğu kimi, Azərbaycanın maraqlarını mümkün olan ən üst mərtəbədə müdafiə edib və bütün həqiqətləri liderlərə açıqlayıb. Belə ki, Prezident İlham Əliyev telefon zəngləri zamanı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarında qanunsuz erməni yaraqlıları tərəfindən növbəti təxribatlar törədilib və nəticədə bir hərbi qulluqçumuz həlak olub. Eləcə də qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu təxribatlar zamanı da düşmən lazımı şəkildə dayandırılıb və təxribatların qarşısı alınıb.
Telefon danışıqlarının ən önəmli mövzularından biri də Qarabağ bölgəsində qanunsuz silahlanan erməni birləşmələrinin hələ də torpaqlarımızdan çıxarılmaması olub. Dövlətimizin başçısı bildirib ki, bu, açıq şəkildə 10 noyabr Bəyanatının öhdəliklərini yerinə yetirməmək və müddəaları pozmaqdır.
Bütün bunlar onu deməyə əsas verir ki, təkcə Azərbaycan deyil, ümumilikdə, bütün dünya erməni yalanlarından, təxribat və oyunlarından təngə gəlib.
İmran ƏLİYEV
Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 5.