Ermənistan “Qisasdan nəticə çıxarmalıdır

 

Azərbaycan sülhsevər ölkədir, qonşularla hər zaman dinc, əmin-amanlıq şəraitində yaşamağa çalışır. Uzun illərdir rəsmi Bakının həyata keçirdiyi xaricidaxili siyasət nəticəsində yaxın və uzaq ölkələrlə qarşılıqlı hörmətə əsaslanan güclükonstruktiv münasibətlər formalaşıb, iqtisadi-humanitar sahələrdə əlaqələr inkişaf edir. Lakin bu sözləri, təəssüf ki, Ermənistan barədə demək mümkün deyil. Postmünaqişə dövrünün reallıqlarını düzgün qiymətləndirməyən rəsmi İrəvan yanlış addımlar atır və Azərbaycana qarşı təxribatlara yol verir. Ancaq şanlı Ordumuzun həyata keçirdiyiQisas” əməliyyatı göstərdi ki, Azərbaycan Ermənistanın istənilən təxribatlarına layiqli cavab verəcək və 44 günlük müharibənin nəticələrini dəyişməyə çalışan erməniləri cəzalandıracaq.

Məlum olduğu kimi, Azərbaycan Ordusu Rusiya silahlı qüvvələrinin sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi respublika ərazisində erməni silahlı birləşmələrinə qarşı “Qisas” əməliyyatı keçirib. Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, əməliyyat təxribata cavab xa­rakterli olub. Belə ki, erməni təxribatı nəticəsində Azərbaycan əsgəri Anar Kazımov həyatını itirib. Erməni si­lahlı birləşmələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni hərbi mövqelər möhkəmləndirməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyiQisascavab əməliyyatı nəticəsində Qırxqız və Sarıbaba da daxil olmaqla bir sıra dominant yüksəkliklər nəzarətə götürü­lüb. Bundan sonra rəsmi Bakı xatırlatdı ki, Azərbaycan ərazilərində törədilən istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq, cavab tədbirləri daha sarsıdıcı olacaq.

Qalib Azərbaycan Ordusunun Qarabağda qanunsuz erməni silah­lı birləşmələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, həm də son xəbərdarlıq olmalı­dır. Müzəffər ordumuzQisascavab əməliyyatı ilə bir daha göstərdi ki, ölkənin suveren ərazilərindəki terro­rizmseparatizm nəyin bahasına olursa-olsun, kökündən kəsiləcək. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını nə qədər tez həyata keçirməyə başlasa, özü üçün bir o qədər yaxşıdır. Vətən müharibəsi zamanı təslim aktına imza atan Ermənistan rəhbərliyi iki ilə yaxın­dır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu müddət ərzində Azərbaycan dövləti proseslərə səbir və təmkinlə yanaşaraq, danışıqlar masası arxasında məsələni sülh yolu ilə həll etməyə çalışır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda yeni müharibə istəmir, lakin təəssüflər olsun ki, rəsmi İrəvan bu xəbərdarlıqlardan nəticə çıxarmır. “Qisasantiterror əməliyyatından aydın oldu ki, Azərbaycan dövlətinin səbri tükənməz deyil.

Heç kimə sirr deyil ki, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana şans verib, qanunsuz silahlı terrorçu ünsürlərin Qarabağdan çıxarılmasını tələb edib. lakin Ermənistan tərəfi bu şansları doğru qiymətləndirmir. İki il əvvəl məğlub olan Ermənistan ordusu, eləcə də Qarabağda silahlı terrorçular 44 günlük müharibədə dünyaya qəhrəmanlıq və şücaət dərsi vermiş qüdrətli Azərbaycan Ordusu ilə üz-üzə olduqlarını dərk etməlidirlər. Əlbəttə, “Qisas” əməliyyatı, düşmənin qanun­suz hərbi obyektlərinin məhv edilməsi Azərbaycanın qəti, ədalətli və barışmaz mövqeyindən xəbər verir.

Erməni tərəfi bütün bunlardan nəticə çıxarmalıdır. Bu gün bütün dünya, beynəlxalq təşkilatlar Ermənistana ciddi təzyiq göstərməlidir. Ermənistan öz öhdəliklərini yerinə yetirməyə məcbur edilməlidir. Azərbaycan qəti şəkildə regionda yeni müharibənin, hərbi münaqişənin əleyhinədir. Ölkəmiz uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq istəyir. Cənubi Qafqazda cərəyan edən son proseslər göstərir ki, sülhə mane olmaq istəyən yeganə qüvvə Ermənistandır.

Təəssüf ki, dünya böhranlar və münaqişələr dövrünə qədəm qoyub, 2022-ci ilin həyəcanverici yayı Balkan­lardan Yaxın Şərqə və Uzaq Şərqə qədər dünyanın müxtəlif yerlərində bir sıra kəskin toqquşmalar və münaqişə vəziyyətləri ilə yadda qalıb. Məhz buna görə də Prezident İlham Əliyevin sözləri tez-tez xatırlanır ki, ölkəmizin bütün düşmənləri dəmir Azərbaycan yumruğu­nun düşmənləri dəf etməyə, onları hələ də arzuladıqları qisasçılıq həvəsindən əbədi çıxarmağa hazır olduğunu unut­mamalıdırlar. Azərbaycan Ermənistanın təxribatlarına adekvat cavab verdi və “Qisas” əməliyyatı onlar üçün ağır dərs oldu.

Bu gün Azərbaycan tərəfinin həm Ermənistan hakimiyyətinə, həm də separatçı quldurlara əsas mesajı son dərəcə lakonikdir. Azərbaycan ermənilərdən Dağlıq Qarabağı demilita­rizasiya etməyə və hərbi birləşmələrini oradan çıxarmağı tələb edir. Prezident İlham Əliyevin dediyi kimi, “Biz qalib ölkəyik, ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan öz qoşunla­rını Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, bunu açıq desinlər. Bu halda nə edəcəyimizi biləcəyik... Nə olacaq... bizim cavabımız, yəqin ki, indi bu barədə danışmaq yersizdir”.

Vəziyyət çox aydındır: başa düşmürsənsə, “dəmir yumruğun gücünü üzərində hiss edəcəksən. Ermənistan dərk etməlidir ki, xəyali tərəfdaşlara da ümid etmək əbəsdir. Çünki Azərbaycan çoxdan etməli olduğu işi, hamılıqla qəbul edilmiş beynəlxalq sənədlərə, onların müddəalarına və bəndlərinə uyğun olaraq həyata keçirir. Azərbaycan öz torpağında terror ünsürlərini zərərsizləşdirir. Prezident İlham Əliyev Qərb ölkələrinin səlahiyyətli nümayəndələri ilə söhbətlərində də qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbçimiz həlak olub. Dövlət başçımız Silahlı Qüvvələrimizin lazımi tədbirləri görərək, bu təxribatın qarşısını aldığını və gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Bir sözlə, “Qisas” əməliyyatı erməni tərəfi üçün bir növson zəng”dir. Dron zərbələrinin son görüntüləri də göstərir ki, Azərbaycan milli maraqlarına qarşı hər hansı bir təhdidi tərəddüd etmədən zərərsizləşdirəcək. Ona görə də, erməni tərəfi Azərbaycanın səbrinin hüdudla­rını yoxlamağa qalxmalarının ağır və sarsıdıcı olacağını bilməlidir. Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra yaran­mış şərtlər regionda davamlı sülhün bərqərar olması üçün istifadə edilir. Ermənistan da bunu anlamalıdır, ona verilmiş şansı yaxşı dəyərləndirməlidir. Əks təqdirdə, düşdüyü dalandan çıx­maq ona çətin olacaq.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 6.