Şəhidi torpağa verməmiş qisasını alan ordumuz var

 

Azərbaycan əsgərinin görən gözünə, silah tutan əlinə qurban olum. Onlar iki gün öncə şəhidimizin məzarı başında qisas almağa and içmədilər. Çünki şəhidimizi torpağa qoymamış onun qisasını aldılar.

Evimiz Tovuzun Öysüzlü kəndindədir. Erməni tərəfdən bir səs gələn kimi eşidirik. Bir həftə idi ki, sərhəd tərəfdə canlanma hiss edirdik. Belə şeylərə alışmışıq, bilirdik ki, ordumuza qarşı hansısa bir əməliyyata hazırlaşırlar. Bireşitdik ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Yəni ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozublar. Terror – təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Anarın ölümü 2020-ci il oktyabrın 25-də oğlumun şəhid olduğu xəbərini aldığım günü yadıma saldı. Həmin gün dünya başıma fırlanırdı, özümə yer tapmırdım. Ay Seymur, ay bala, gəl, görək ki, xəbər yalandır” – deyə səsim aləmi başına götürmüşdü. Anarın ölüm xəbərini eşidib təzədən büzüşdüm, bükülüb, anasının halını düşündüm. Hər yaranın sağalmağına zaman məlhəmdir. Ölümlərin gözəli qismət olan balamın dərdini unutmamışam ki... Dərdə alışmışam, onunla günləri yola verirəm...

2017-ci ildə həqiqi hərbi xidmətini Goranboy rayonunun Aşağı Ağca kəndində başa vuran oğlum Seymur Mehdiyev, ağır artilleriyada topçu, man­qa komandiri, kiçik çavuş olmuşdu. O, ürəyinin səsi ilə, böyük həvəs və qələbə eşqi ilə II Qarabağ müharibəsinin iştirakçısı oldu, gedər-gəlməzə yola düşdü. Oktyabrın 25-də Füzulinin azad edildiyi gün orada Seymur şəhid oldu. Onun əsas döyüş yolu Füzulidən keçib. Silahdaşları danışırdılar ki, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı və digər kəndlərin azad edilməsində top atəşləri ilə erməniyə qan uddurdu. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərmişdi. 25 yaşlı tovuzlu balamın ömrünə Füzulidəki döyüş yolunda nöqtə qoyuldu...

Oktyabrın 26-da Seymur Tovuzda, canından əziz bildiyi Vətən torpağına tapşırıldı... Mən onu körpəlikdə layla­larla, ümidlə böyütmüşdüm. 25 yaşın­da təzədən layla çaldım, amma vida laylası, ayrılıq laylası. Bütün arzularımız yarımçıq qaldı. Onun mənimlə, mənim də balamla bağlı arzularımız vardı. Vida günü mənqol qaldırdım, amma ba­lamın sinəmə çəkdiyi dağdan... Təsəllim var, oğlum mənə də, atasına, qardaşına da ölümüylə həm çəkilməz dərd, həm də başucalığı gətirdi. Seymurum Tan­rının dərgahına yüksəlib. Ana qəlbim sızlasa da, yeddi yerdən parçalansa da, yenə Vətən sağ olsun! – deyirik. Vətəni oğullar qoruyar. Bilirəm ki, Vətən uğrunda şəhid olanlaraölüb” demirlər. Qazanılan zəfərdə mənim oğul bala­mın da payı var. Tarix yazılanda, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə oğlumun da adı çəkiləcək. Neçə ki, yaşayıram, bu, mənə bəsdir. Seymurumun özü ilə bağlı arzuları yarımçıq qalsa da, Vətənlə bağlı arzuları yerinə yetdi... Oğlum döyüşdə göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və digər medallarla mükafatlandırıldı.

...Avqustun 3-də Müdafiə Nazir­liyinin yaydığı xəbər bizə az da olsa, təsəllidir. Qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərsələr də, anti-terror əməliyyatı zamanı, nəinki qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, hətta, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlıları­nın canlı qüvvəsi məhv edilib və yarala­nıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Hazır­da bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

... Şəhidimizin cənazəsi doğulduğu Şəmkirə gətirilib, hələ dəfn edilməmiş Azərbaycan Ordusu bölmələrinin keçirdiyiQisascavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.

Cənab Prezident, Ali Baş Koman­danımız da bununla bağlı sərt mövqe bildirmişdemişdir ki, biz görsək ki, erməni faşizmi baş qaldırıb, onların başını bir daha əzəcəyik.

Biz buna göydə Ayın, Günəşin varlı­ğına inandığımız kimi inanırıq. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!

 

Nüşabə MEHDIYEVA

 

Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 6.