“Dövlət və
bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin
Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 286
“Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə
bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli
Fərmanının 6.1-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə” nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Bakı şəhəri,
6 avqust 2022-ci il
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2022.- 10 avqust.- S.8.