“Dövlət reabilitasiya müəssisələrinin
Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 287
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 5, maddə 348; 2002, ¹ 4 (II kitab), maddə 199; 2008, ¹ 2, maddə 130) ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Bakı şəhəri,
6 avqust 2022-ci il
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2022.- 10 avqust.- S.8.