Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin
tabeliyində “Orqan Donorluğu
və Transplantasiyası üzrə Koordinasiya
Mərkəzi” publik hüquqi
şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 288
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 4-cü və 5-ci hissələrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
2. “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).
3. “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).
4. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (bundan sonra – Koordinasiya Mərkəzi) işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.
5. Müəyyən edilsin ki:
5.1. Koordinasiya Mərkəzinin nizamnamə fondu 300 000 (üç yüz min) manat təşkil edir və Koordinasiya Mərkəzinin əsas vəsaiti hesabına formalaşır;
5.2. Koordinasiya Mərkəzi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Koordinasiya Mərkəzinin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin.
7. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Bakı şəhəri,
6 avqust 2022-ci il
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2022.- 10 avqust.- S.8.