Turistlər bu yol ilə Qarabağa səfər edə biləcəklər

 

Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabr ayının 3-də təməli qoyulan Talış-Tapqaraqoyunlu-Naftalan şəhəri yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Qeyd edək ki, bu yol uzunluğu 22 kilometr olmaqla 4 yaşayış məntəqəsini birləşdirəcək.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 kilometrlik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa olunub. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik yeni suötü­rücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra edilibdaha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Hazırda yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru, 9-22-ci kilometrlik hissəsində sada­lanan işlərin icrası davam etdirilir. Bu çərçivədə yeni yol yatağı inşa olunub, yol əsasının tikintisi isə davam etdirilərək yeni asfalt-beton örtüyünün döşənməsinə hazırlıqlar görülür.

Yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində 84 metr uzunluğa malik avtomobil körpüsünün tikintisidavam etdirilir. Körpü 3 aşırımlı olmaqla inşa edilireni 14,5 metr olacaq. Artıq ərazidə qazma və svay-bərkitmə işləri icra olunub, körpünün bünövrə və dayaqları inşa edilib. Hazırda körpünün aşırım tirlərinin qu­raşdırılmasına hazırlıq işləri görülür. Körpü qüvvədə olan normativ yüklərə görə 9 bal seysmikliyi nəzərə alın­maqla inşa olunur.

Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus daya­nacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşal­tı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin so­sial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.

Beləliklə, Naftalana gələn yerlixarici turistlər işğaldan azad olunmuş torpaqlarımıza, əzəli Azərbaycan tor­pağı Qarabağa səfər edə biləcəklər. Bu da ekoaqro turizmin inkişafına birmənalı təkan verəcəkdir.

Yol 2022-ci ilin sonunda istifadəyə veriləcək.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2022.- 10 avqust.- S. 9.