Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2022-ci ilin hesabatında Azərbaycanın mövqeyi daha da möhkəmlənmişdir

 

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur. Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən (“Gündəlik-2030”) irəli gələn vəzifələrin icrasına başlamışdır. Dünya birliyinin qəbul etdiyi bugünkü gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd 169 hədəfdən ibarət “gündəlik-2030” cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğı­cıdır. Heç kimin kənarda qalmamasıprinsipinə söykənən bu gündəliyin milli səviyyədə icrası Azərbaycanda da kompleks islahatların həyata keçirilməsinə zəmin yaratmışdır. Sözügedən gündəlikdə əks olunmuş qlobal məqsədlərə milli səviyyədə nail olunması yalnız ölkəmizdə daha dayanıqlı, əhatəli şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosi­al sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə ilə mümkündür.

Prezident İlham Əliyev “...Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünü­rük.” sözləri ilə dövlətin bu iradəsini açıq-aşkar nümayişi etdirməklə bərabər, milli inkişaf gündəliymizin əsas prioritetlərini müəyyən etdi. Qar­şıya qoyulmuş məqsəd hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial ekoloji aspektlərini əhatə etməklə, Mi­nilliyin İnkişaf Məqsədlərinə əsaslanır növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan DİM-dən irəli gələn işlərin reallaşdırılması istiqamətində məqsədyönlü intensiv addımlar atır. Belə ki, “Gündəlik-2030”-un icra mexanizmlərinin yaradılmasında mühüm addım olaraq, 2016-cı ildə Azərbaycan Respublikası Preziden­tinin müvafiq fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Görülmüş işlər öz nəticələrini çox gözlətməmişdir. 2021-ci il iyul ayında Azərbaycan tərəfindən regionda ilk ölkə (dünyada 10 ölkədən biri) olaraq, DİM-in icrası istiqamətində atılmış addımların yeku­nu ilə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üçüncü Könüllü Milli Hesabatæ təqdim edilmişdir. Habelə, DİM-in həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulmuş, xüsusilə 2021-ci ilin martında BMT-nin Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanmış­dır. Eyni zamanda, DİM-in həyata keçirilməsi üzrə beynəlxalq hesabat­larda Azərbaycanın mövqeyi diqqətə çatdırılmışdır.

Bundan savayı, ölkəmizin CO­VID-19 pandemiyası ilə mübarizəsinin DİM-in məqsəd hədəflərinə təsirlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmşdır.

Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə 2020-ci ilə nisbətən ümumi daxili məhsulun (ÜDM) real ifadədə 5,6 faiz, qeyri-neft sektoru 7,2 faiz artmış, ümumilikdə isə pandemiya səbəbindən səngimiş iqtisadi fəallığ 2021-ci ildə bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə müəyyən edilmişAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu 10 alt işçi qrupun iştirakı ilə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanmış onun DİM-lərin məqsəd hədəflərinə inteqrasiyası təmin edilmişdir. Eyni zamanda, 2022-ci il üzrə DİM-in maarifləndirilməsi istiqamətində 35 tədbirdən ibarət Fəaliyyət Planı hazırlanmışdır.

Azərbaycanın “Gündəlik-2030”- dan irəli gələn vəzifələrin icrası istiqamətində gördüyü səmərəli işlər müvafiq beynəlxalq hesabatda da yüksək qiymətləndirilmişdir. Belə ki, DİM İndeksi üzrə hesabatda (Sus­tainable Development Report 2022) Azərbaycan 2021-ci ilin nəticələri ilə müqayisədə mövqeyini 5 pillə yüksəltmişdir. Başqa sözlə, 73, 5 bal ilə dünyada 50-ci yerdə qərarlaşmış ölkəmiz son illər ardıcıl şəkildə göstəricilərini artırmışdır. Müqayisə üçün müvafiq göstəricilər 2000-ci ildə 62,73, 2010-cu ildə isə 68, 02 bal təşkil etmişdir. Bütün bu artan dina­mikanın nəticəsi olaraq, Azərbaycan Şimalı Makedoniya, Qazaxıstan Monteneqro kimi ölkələri geridə qoymuşdur. Ölkəmiz müvafiq yüksək göstəricisi ilə həm Ermənistanı (66-cı yer), həm Gürcüstanı (51-ci yer) üstələmişdir. Ən maraqlısı isə odur ki, müvafiq indeks üzrə hətta Türkiyə (71-ci yer) Çin kimi (56-cı yer) nəhəng iqtisadi güc potensialı olan ölkələr Azərbaycandan geridə qalmışdır.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası yenidən qurulması postmüharibə dövrünün prioritet məsələsi kimi müəyyən edil­mişdir. Bu prosesdə DİM-ə müvafiq yer ayrılmışdır. Başqa sözlə, ekoloji tarazlığın qorunması (“yaşıl enerjikonsepsiyası), su ehtiyatlarından səmərəli istifadə,”ağıllı şəhər kənd konsepsiyaları, səhiyyə təhsilə əlçatanlığın təmin edilməsi prioritet vəzifə kimi icra edilməkdədir. Bu strateji vəzifələrin icrası üçün siyasi iradə, maliyyə-iqtisadi imkan­lar, insani resurslar beynəlxalq tərəfdaşlarların mövcudluğu zəruri şərtlərdir. Bütün bu imkan potensi­alın sahibi olan Azərbaycanın DİM-in reallaşdırılması istiqamətində olduqca uğurlu fəaliyyəti ölkəmizə təkcə siyasi iqtisadi dividendlər gətirmir, həm onun beynəlxalq nüfuzunu daha da yüksəldir.

 

Elman NƏSİROV,

 

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Xalq qəzeti.- 2022.- 10 avqust.- S. 11.