“Elektron hökumət” portalına qoşulmalı
olan informasiya sistemlərinin
və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və
ehtiyatlarının, elektron xidmətlərin
“Elektron hökumət” portalına
qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 293
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
1 may tarixli 118 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik
Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə
974, ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹
6, maddə 1192, ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə
2239; 2017, ¹ 3, maddələr 473, 509, ¹ 9, maddələr
1731, 1764; 2018, ¹ 2, maddə 348, ¹ 5, maddə 1117, ¹ 6, maddələr
1359, 1361, ¹ 9, maddələr 1911, 1931, ¹ 11, maddə 2457; 2019, ¹
2, maddə 331, ¹ 4, maddə 773, ¹ 5, maddə 948; 2020, ¹ 4, maddə
489; 2021, ¹ 2, maddə 194) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına
qoşulmalı olan informasiya
sistemlərinin və ehtiyatlarının Siyahısı”na
aşağıdakı məzmunda 46-cı hissə əlavə
edilsin:
46.
Azərbaycan Respublikasının Baş Prokurorluğu
üzrə: |
|
46.1. |
“Elektron prokurorluq” informasiya sistemi |
Bakı şəhəri,
9 avqust 2022-ci il
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 2.