Erməni fitnəkarlığının
sonu…
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında yolda aparılan tikinti işlərinin artıq yekunlaşdığı bildirilir.
Həmin məlumatda avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə və 1,3 milyon kubmetr həcmində qaya partlatma və digər mühəndis-texniki işlərinin yerinə yetirildiyi, həmçinin bütün inşaat layihələrinin tərtib olunan cədvələ uyğun texnoloji ardıcıllıqla gerçəkləşdirildiyi qeyd edilir.
Xatırladaq ki, tikintisinə ötən ilin iyul ayında başlanılan yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 kilometri Ermənistan ərazisində yerləşir). Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan magistralın layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni isə 12-15 metrdir.
Beləliklə, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinin tamamlanması daim özlərini məzlum göstərən ermənilərin “doğma yurdlarından” qovulması harayı ilə müşayiət olunur. Yəni köhnə, sülhməramlıların məsuliyyət zonasında yerləşən yolun ətrafında yerləşən bir neçə kəndin sakinləri tərəfindən həyasız, heç bir əndazəyə sığmayan iddialar–guya onlar üçün doğma olan bu yerlərdən “didərgin” salınması kimi ədalətsiz fikirlər səsləndirilir. Amma onlardan bura haradan gəldiklərini, nə üçün məskunlaşdırıldıqlarını soruşan belə tapılmır. Əslində, bunu özləri də, Ermənistan rəhbərliyi də, nəhayət, havadarları da yaxşı bilirlər.
Şübhəsiz ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın ərazilərini işğal edən, torpaqlarını talayan, sərvətlərini daşıyıb Ermənistana aparan, Qarabağ bölgəsində etnik təmizləmə siyasəti aparan işğalçı ölkədə yaxşı bilirlər ki, həmin kəndlərdən indi köçürülmələrinə başlanılan ermənilər qeyri-qanuni məskunlaşmanın qurbanlarıdır.
Azərbaycan rəhbərliyi tərəfindən 30 il ərzində beynəlxalq qurumlara Ermənistanın qanunsuz köçürülmələri ilə bağlı dəfələrlə müraciətlər edilib və bu müraciətlər cavabsız qalıb.
Xatırladaq ki, Laçının Zabux kəndinin hazırda Azərbaycanı haqsızlıqda ittiham edən erməni “sakinləri” Yaxın Şərqdən köçürülüblər. Qeyd edək ki, bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar fəal rol oynayıblar. İndi qəribədir ki, 30 il bundan əvvəl həmin gəlmə ermənilər işğal olunmuş ərazilərə yerləşdirilmələrinin və aldanmalarının fərqində deyillər. Bu qədər yaddaşsızlıq ola bilərmi? Yox, buna inanmaq mümkün deyil. Sadəcə, bu, erməni fitnəkarlığı və ikiüzlülüyüdür…
Yeri gəlmişkən, bu məqamda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter“ hesabındakı paylaşımına nəzər salaq. Prezidentin köməkçisinin beynəlxalq ictimaiyyətə mesajı diqqət çəkir: “Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar”.
Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb. “Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin “The Times” reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, – deyə Prezidentin köməkçisi vurğulayıb.
Tarixi həqiqət isə budur ki, Laçın işğal edilənədək nə şəhərin mərkəzində, nə də hazırda ermənilərin haray saldıqları Zabux kəndində bir nəfər də olsun erməni sakin yaşamayıb. Ermənilər bura işğal dövründə xaricdən məqsədli şəkildə gətirilib və məskunlaşdırılıb. Yəni, onların Azərbaycandan vətəndaşlıq, yaxud kompensasiya istəmək hüquqları heç bir halda yoxdur. Onlar tələblərini yalnız Ermənistan hakimiyyətindən edə bilərlər ki, nə üçün vaxtı ilə işğal edilmiş ərazilərə aldadılaraq yerləşdiriliblər və indi bu duruma düşüblər.
Bax, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin paylaşımı da bu məqsədi daşıyır: bütün dünya, bütün erməni havadarları bilməlidirlər ki, bu gün “Qarabağdan zorla qovulan” ermənilər Ermənistanın Laçının işğalından sonra xaricdən gətirilərək yerləşdirdikləri əcnəbi vətəndaşlardır.
Xatırladaq ki, 30 illik işğal dövründə Ermənistan təkcə əcnəbi vətəndaşları zorla doğma torpaqlarımızda məskunlaşdırmaqla kifayətlənməyib. Qəsbkar dövlət həm də ərazilərimizi talayıb, şəhər və kəndlərimizi yer üzündən silib, maddi-mədəni nümunələrimizi xarabalığa çevirib.
İndi hay-küy salıb Zabux və digər kəndlərimizi özününküləşdirməyə çalışın xaricdən gətirilən ermənilər üçün bu ərazilər doğma torpaq ola bilməz, ona görə ki, soydaşları 30 il ərzində bu əraziləri elə günə qoyub, elə hala gətiriblər ki, bu yerlərə sahib çıxmağa, bu kənd və şəhərlərə Vətən deməyə heç birinin mənəvi haqqı çatmır. Murdar əlləri ilə Qarabağ və Şərqi Zəngəzur Xirosimaya çevrilib. Azərbaycanlıların əzəli-əbədi yurd yerlərinin indi, necə deyərlər, izi-tozu belə yoxdur. Bu, dünyada misli-bərabəri görünməyən bir vəhşilik, vandallıqdır. Hələ biz onların utanıb-qızarmadan, həyasızcasına özününküləşdirdikləri Şuşa və Hadruta yiyəlik edəcəkləri xəyalarını demirik. Sual vermirik ki, o təbiət inciləri olan şəhərlər sizin idisə, niyə 30 il ərzində həmin torpaqlara yad gözlə baxırdınız? Niyə daşı-daş üstə qoymurdunuz? Axı heç kim sizə mane olmurdu, istər beynəlxalq təşkilatlar, istərsə də dünya gücləri işğalçılığınız, qəsbkarlığınız qarşısında susurdular, o torpaqların əsl sahiblərinin illərlə tikib-qurduqlarını vəhşicəsinə niyə dağıtmağınız barədə bir kəlmə fikir yürütmürdülər. Siz də elə zənn edirdiniz ki, vəziyyət elə belə, yüz illərlə davam edəcək, evlərin divarlarını söküb, meşələrdəki ağacları doğrayıb satacaqsınız. Amma yanılırdınız. Anlamırdınız ki, barbarcasına dağıtdığınız həmin yurd yerlərinin didərgin düşən sahiblərinin səbir kasası daşan günlərin birində dərsinizi verəcək, sizin kimliyinizi özünüzə tanıdacaq...
Ermənistanın quduzluğu, qəddarlığı bitib-tükənmir. İnsan qanına susayan bu vəhşi qəbilə tayfasının törətdikləri cinayətlər adamı dəhşətə gətirir. Elə torpaqlarımızın başdan-başa minalanması bunun bariz ifadəsidir. Onlar təkcə işğal dövründə deyil, həm də torpaqlarımızı tərk edərkən bütün yollarımıza, şəhər və kəndlərimizə saysız-hesabsız mina basdırıblar.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 12
avqust.- S. 3.