Oxucularla 30 min dəfə
görüşmək xoşbəxtliyi…
Redaksiyanın əməkdaşı mənə deyəndə ki, bugünlərdə “Xalq qəzeti”nin otuz mininci sayı buraxılacaq, dilimə gələn ilk ifadə belə oldu: “Müdriklik yaşının, uzunömürlülüyün göstəricisidir”. Sonra isə əlavə etdim ki, 103 yaşlı bu mətbuat orqanı bizim şəcərəmizin – Bakıxanovlar nəslinin görkəmli nümayəndələrini ən çox təbliğ etmiş qəzetdir. Ulu babamız Abbasqulu ağa Bakıxanovdan tutmuş bu günə qədər yaşamış bütün Bakıxanovların uğur və nailiyyətlərinin ilk qiyməti məhz bu qəzetdə verilmişdir.
Bu qəzetin 10 may 1945-ci il tarixli nömrəsini çox yaxşı xatırlayıram.
Onda qəzetin adı “Kommunist” idi. Mənim 15 yaşım vardı.
Tanımadığım bir adamın
qəzetin “Qələbə”
yazılmış həmin
nömrəsini atamın
əlindən alıb
öpməsini heç
zaman unuda bilməyəcəm. Həmin
faktdan üç il sonra,
böyük bəstəkarımız,
mənim isə həm də müəllimim olmuş Üzeyir bəy Hacıbəylinin dəfninin
ertəsi günü isə ölkənin musiqi ictimaiyyətinin üstünə sanki “Kommunist” qəzeti yağmışdı…
“Kommunist”in ölkə
ictimaiyyəti üçün
daha maraqlı olan başqa bir nömrəsini isə 1982-ci ilin payızında – ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər
Soveti Sədrinin Birinci müavini təyin edilməsinin ertəsi günü görmüşdüm. Sonralar da
bu qəzetin bəzi nömrələri
yüz minlərlə,
hətta daha çox insanın marağına səbəb
olmuşdu. “Topxana harayı” adlı yazı veriləndə, meydan hadisələri vətənpərvərlik
məsuliyyəti ilə
işıqlandırılanda, 20 Yanvar faciəsi və Xocalı soyqırımından sonra
bu qəzet həqiqətən əldən-ələ
gəzirdi.
Amma etiraf edim ki, mənim
bu qəzeti ardıcıl olaraq, hər gün oxuduğum dövr 44 günlük İkinci Qarabağ müharibəsi
zamanı olub. Çünki həmin günlər cənab Ali Baş Komandanımızın həm
xalqa müraciətləri
tez-tez olurdu, həm də xarici mətbuat vasitələrinə müsahibələrinin
ardı-arası kəsilmirdi.
Mən isə yaşıma görə həmin materialları televiziya və ya radiodan
izləməyi deyil, məhz bu qəzetdən
oxumağı seçirdim.
Məmnunam ki, torpaqlarımızın
30 illik işğaldan
edilməsi barədə
materialı da elə bu qəzetdən
oxudum.
Redaksiya
əməkdaşı mənə
dedi ki, ona danışdığım
bu sətirlər qəzetin 30 mininci sayında veriləcək.
Çox
məmnunam. Bu mənim üçün həqiqətən yaddaqalan
fakt olacaq.
Tofiq BAKIXANOV,
Xalq artisti, professor, “Şöhrət”
və “Şərəf”
ordenli bəstəkar
Xalq qəzeti.- 2022.-
14 avqust.- S. 4.