Azərbaycan istənilən təxribatın qarşısını almaq gücündədir

 

Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir... Qarabağda ya­şayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionların inkişafı, ərzaq təhlükəsizliyi, erməni işğalından azad edilən torpaqlarda kənd təsərrüfatı sahəsində görülən işlər haqqında danışmaqla yanaşı, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda baş verən qarşıdurma ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu hadisədən dərhal sonraQisas” əməliyyatı keçirilərək, təxribat zamanı şəhid olan əsgərimizin qanının alındığını və qarşı tərəfin ciddi cəzalandırıldığını bildirib.

 Ölkə rəhbəri daha sonra deyib: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaqheç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik…”.

Bəli, bu əməliyyat Azərbaycanın təxribatların qarşısının alınmasına yönələn hansı hərbi gücə sahib olduğunu bir daha sübuta yetirdi. Digər tərəfdən, Ermənistana Azərbaycanın nəyi nə vaxt etmək lazım gəldiyini növbəti dəfə anlatdı, yeni reallıqları qəbul etməkdən, sülhə gəlməkdən başqa yolu qalmadığını başa saldı. Ümumiyyətlə, “Qisas” əməliyyatı Azərbaycanın indiyədək nə istəyibsə onu da etdiyini, bundan sonra da bu gerçəkliyə sadiq qalacağını, ərazi bütöv­lüyünün qorunması üçün bütün imkanlardan yararlanacağını göstərdi.

Ermənistanın sonuncu qanlı təxribatına ölkəmizin layiqli cavabı, eyni zamanda, bir daha Azərbaycanı haqq-ədalət yolundan heç kimin çəkindirə, dayandıra bilmədiyini təsdiqlədi. İkinci Qarabağ müharibəsi zamanı da qarşı tərəf bunun şahidi olmuş­du. Təəssüf ki, o vaxtdan iki ilə yaxın bir müddət ötməsinə baxmayaraq, Ermənistan ölkəmizin bu qətiyyətli mövqeyindən, tutduğu yoldan dərs almadı. Törətdiyi son təxribatın qarşılığında isə “Qisas” əməliyyatı ilə cəzalandırıldı.

Azərbaycan Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoy­maqla ərazi bütövlüyümüzü bərpa edib. Savaşdan keçən zaman ərzində isə daim sülh çağırışları səsləndirib, bölgədə sabitli­yin, əmin-amanlığın bərpası istiqamətində yorulmaz səy göstərib. Bununla da niyyətimizin, məqsədimizin qarşıdurmaya, müharibəyə son qoyulmasına, dincliyə, əməkdaşlığa yönəldiyini bütün dünyaya nümayiş etdirib.

Ermənistanın Azərbaycana qarşı indiyədək yönələn bütün təxribatları, əslində, bu dövlətin 2020-ci il 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanatda öz ifadəsini tapan məsələlərə laqeyd münasibətinin məntiqi nəticəsidir. Azərbaycan həmin sənədin dördüncü maddəsinə uyğun olaraq, işğalçıya silahlı qüvvələrini və qanunsuz erməni hərbi birləşmələrini, ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə xatırlatsa da, qəsbkar tərəfindən bu öhdəlik yerinə yetirilmir, vaxt müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlarla qəsdən uzadılır. Nəticədə Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri ünsürləri sülh sazişinin imzalanmasına təhlükə törədir. Prezident İlham Əliyev bununla bağlı müsahibədə deyir: “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başla­mamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik”.

Dövlətimizin başçısı müsahibədə Azərbaycan tərəfinin Ermənistana bu il avqust ayının sonuna qədər Laçın şəhəri, ZabuxSus kəndlərini boşaldaraq geri qaytarması üçün vaxt verməsi ilə bağlı sualı da cavablandırıb. Ölkə rəhbəri göstərilən tarixin əslində, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər tərəfindən Azərbaycandan xahiş edildiyi­ni və müsbət cavab verildiyini xatırladıb. Prezident İlham Əliyev daha sonra deyib: “10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir… Bu bəndi Üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, – danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparı­lırdı, Ermənistan rəhbərliyi, o cümlədən, Rusiya özübu danışıqlarda fəal iştirak edirdi, – mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırma­saydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdimbuna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı”.

Bundan sonrakı vəziyyət isə hamımı­za məlumdur. Prezident İlham Əliyevin müsahibədə də vurğuladığı kimi, Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti, bərpa-quruculuq işlərinə başlandı. Eyni zamanda, sözügedən yolun layihəsinin tez bir zamanda icrasının başa çatdırıl­ması da dövlət başçısı tərəfindən qarşıya mühüm vəzifə kimi qoyuldu. Beləliklə, 32 kilometr uzunluğunda olan bu yol cəmi bir il ərzində inşa edildi. Təbii ki, indi yeni tamamlanan bu marşrutun seçilməsi həm də Azərbaycanın Rusiya Müdafiə Nazirli­yinin ən yüksək səviyyədə razılaşdırılması ilə təsdiqləndi. “Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik…”.

Beləliklə, məlum Üçtərəfli Bəyanatda öz ifadəsini tapan Laçın dəhlizinə alternativ yolun salınması məsələsi artıq həllini tapıb. Azərbaycan tərəfi bu istiqamətdə özünə aid bütün işləri yerinə yetirsə də, Ermənistan indiyədək bununla bağlı heç bir əməli fəaliyyət göstərməyərək, prosesi süni şəkildə əngəlləməklə məşğul olub. Amma bütün bunlara baxmayaraq, yaxın günlərdə Rusiya sülhməramlılarının məsuliyyət zonasının yeni salınan yol üzərində qərarlaşdırılması və bununla əlaqədar Livan, Suriya, həmçinin digər ölkələrdən gətirilən ermənilərlə məskunlaşdırılan Laçın şəhəri, ZabuxSus kəndlərinin boşaldılaraq geri qaytarması nəzərdə tu­tulub. Azərbaycan Prezidenti müsahibədə bu məsələ ilə bağlı xatırladıb: “Amma əlbəttə ki, Laçın şəhərindən, ZabuxSus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qay­dalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır.

Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə sax­lasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

Dövlətimizin başçısı müsahibədə bu hadisələrin təhlilindən bir neçə nəticənin hasil olunduğunu bildirir. Birincisi, Üçtərəfli Bəyanatda Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. “Birki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünya­da, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır”,- deyə ölkə rəhbəri bildirir.

İkincisi, Ermənistan Azərbaycanın hərbi, iqtisadisiyasi gücünün getdikcə artmasına, özünün isə haqsız, ədalətsiz mövqeyi səbəbindən, necə deyərlər, meydanda tək qalmasına baxmayaraq, hələ də ölkəmizə qarşı ərazi iddiaların­dan əl çəkmir. Müsahibədə dövlətimizin başçısı bu məqamı Ermənistanın siyasi rəhbərliyinə bir daha xatırladaraq bildirir: “Mən onlara birbaşa demişəm, özü də rəsmi qaydada. Əl çəkin ərazi iddiala­rından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı. Ona görə vaxt uzatmaq onlara bir şey verməyəcək və eyni zamanda, onlar başa düşməlidir bir nəticə də odur ki, Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmaya­raq, nail olurbiz bir nöqtəyə vururuq və nəticə də hasil edilir”.

Üçüncü nəticə isə ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini– təhlükəsizlik, iqtisadi, maliyyə və digər məsələlərini həll etmək gücündə olma­dığını açıq-aydın görürlər. Azərbaycan hakimiyyətinin də onlara öz vətəndaşları kimi yanaşdığını tədricən anlayırlar: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”.

Bu gün Azərbaycan Ermənistanla normallaşma prosesini diqqətdə saxlayır, Vətən müharibəsindən dərhal sonra sülh çağırışları etdiyi işğalçı dövlətin regionda sabitliyin yaradılması prosesinə cəlbinə cəhdlər göstərir. Həm də bu zaman Qa­rabağ mövzusunun aparılmasına imkan vermir. Çünki Ermənistanın bu məsələyə maraq göstərməsinə heç bir ehtiyac yox­dur. Bu, Azərbaycanın daxili işidir. Başqa sözlə, iki ölkə arasında sülh danışıqlarında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Çünki dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinə Azərbaycan cavab­dehdir. Özü də ölkəmiz bu məsələ ilə hər zaman bu coğrafiyada yaşayan ermənilərin Azərbaycan sakinləri olduqlarını, hüquqla­rının, təhlükəsizliyinin dövlətimiz tərəfindən təmin ediləcəyini bildirir. Prezident İlham Əliyev müsahibədə bu məsələ ilə bağlı de­yir: Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar orada­kı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedirbu, çox önəmlidir, mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”.

Prezident İlham Əliyev müsahibənin sonunda İkinci Qarabağ müharibəsindən ötən təxminən iki il ərzində düşməndən təmizlənən ərazilərdə genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələrinin uğurla həyata keçirildiyini qeyd edib. Bununla yanaşı, şüurlarda da ciddi dəyişikliklər baş verdiyinibütün bunların isə düzgün siyasət nəticəsində gerçəkləşdirildiyini xatırladıb.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 1; 3.