Yeni Laçın yolu regionda sülhə və təhlükəsizliyə böyük töhfədir

 

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, prinsipial və qətiyyətli mövqeyi sayəsində 10 noyabr 2020-ci il tarixli Bəyanatına yeni Laçın yolunun inşa edilməsi barədə ayrıca bənd salınıb. Sənəddə qeyd olunub ki, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir.

Cənab İlham Əliyev Basqalda Azərbaycan Televiziyasına verdi­yi müsahibədə bildirib ki, bu bənd Üçtərəfli Bəyanata mütləq salınmalı idi. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd salmasaydı, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Azərbaycan dövlətinin lideri Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən danışıqlarda bu məsələnin Bəyanatda əks olunmasını təkid edibbuna nail olubdur.

Prezident İlham Əliyevin tapşırığı ilə Laçın yolu cəmi bir il ərzində yüksək səviyyədə inşa edilib. İndi 32 kilometr uzunluğunda olan bir yolu görən hər bir insan onun gözəlliyinə heyran qalır. Hətta ermənilər yo­lun heyrətamiz dərəcədə gözəl və rahat olduğunu etiraf edirlər. Onların fikrincə, belə qısa bir müddətdə, belə möhtəşəm yolu yalnız Azərbaycan dövləti araya-ərsəyə gətirə bilərdi.

Bu yol öz-özünə yaranmayıb. Prezident İlham Əliyev bu barədə demişdir: “Biz bu yolu razılaşdırdıq. Bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marş­rutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım at­mışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik”.

Bu məqamda xüsusi qeyd olunmalıdır ki. Azərbaycan bu yolu Ermənistan tərəfi ilə razılaşdırma­yıb. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, rəsmi İrəvana bildirilib ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaqonlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Cənab İlham Əliyevin vurğula­dığı kimi, əfsuslar olsun ki, ermənilər bunu etməyiblər. Çünki onlar min bir bəhanə ilə vaxtı uzatmaq istəyirdilər. Bunun başqa heç bir səbəbi yoxdur.

Məsələnin başqa maraqlı və diqqətçəkən cəhəti isə budur ki, Azərbaycan hökuməti yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət edib ki, onun ərazisindəki 8-9 kilo­metrlik hissəsini də tikə bilər. Rəsmi Bakı yaxşı bilirdi ki, ermənilər bu dəfə də vaxtı uzatmaq üçün hoqqabazlıq edə bilərlər. Lakin onlar Azərbaycanın hətta öz xeyirlərinə olan təkilfindən belə imtina ediblər. Deyiblər ki, yox, biz özümüz edəcəyik. Bunu təkrar etməyə məcburuq: ermənilər əslində vaxtı uzatmağa cəhd ediblər.

O zaman Azərbaycan rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərib ki, bu il avqustun 5-də biz bu yolu başa çatdırırıq və xahiş edirik ki, Rusiyanın sülhməramlı kontingenti postlarını köhnə yoldan yeni yola ke­çirsin. Bu da təbiidir. Bu bildirişdən bir gün sonra Ermənistan bəyan edib ki, onlar yolun iqtisadi əsaslandırmasına başlamaq istəyirlər və 2023-cü ilin sonuna qədər yolun öz ərazilərindən keçən hissəsini inşa edəcəklər.

Bu, əlbəttə, Ermənistanın növbəti hiyləsi, vaxtı udmaq tələsi idi. Bu oyunlar artıq keçmir. Prezident İlham Əliyev demişdir: “Yəni bu, faktiki olaraq manipulyasiyadır. Tamamilə qeyri-ciddiqeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqus­tun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq, sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etdilər ki, onlara avqustun sonunadək vaxt verilsin. Bizbuna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir”.

Maraqlıdır ki, Qarabağda yaşayan ermənilər Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometrlik qrunt yolunu da Azərbaycanın tikməsini xahiş ediblər. Azərbaycan buna da razılaşıb. Eyni zamanda, Azərbaycan haqlı olaraq tələb edir ki, Laçın şəhərindən, Zabux Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki bu, Cenevrə konver­siyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanun­suz məskunlaşma apara bilməz.

Azərbaycan dövlətinin mövqeyi ədalətli prinsipialdır. Prezidentimiz demişdir: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

Görünən budur ki, Azərbaycan dövləti öz üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Ermənistan isə, sadəcə olaraq, yenə fitnəkarlıqla məşğuldur. Bir ki, onlar başa düşməlidirlər ki, vaxt uzatmaq onlara heç verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra onların xeyrinə nəsə dəyişəcək, səhv edirlər.

Azərbaycanın hərbi, iqtisadi, siyasi gücü günbəgün artır. Ermənistanın isə faktiki olaraq, beynəlxalq aləmdən təcrid olunması, təklənməsi baş verir. Ona görə ki, onlar haqsızdırlar. Onlar hələ əsassız ərazi iddialarından əl çəkməyiblər. Onlar bu iddialardan əl çəkməsələr, o zaman Bakı da rəsmi İrəvana qarşı ərazi iddiası qaldıracaq. Azərbaycan kimin hansı mövqedə olmasından asılı olmayaraq, bu vaxta qədər öz istədiyinə nail olubdur bundan sonra da olacaq.

Bu gün Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Azərbaycan hakimiyyəti isə, əksinə, öz təsir im­kanlarını artırır. Bu, reallıqdır. Bunun əsas səbəbi odur ki, Ermənistan hakimiyyəti Qarabağdda yaşayan ermənilərin təhlükəsizlik, iqtisadi problemlərini həll etmək iqtidarında deyil. Amma hamı gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır. Qara­bağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onlar bunu qədər tez dərk etsələr ölkəmizin qayda-qanunlarına əməl etsələr, özləri üçün , hamımız üçün yaxşı olacaq.

Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, Laçın dəhlizinə alternativ yeni yol ilə əlaqədar bəndin üçtərəfli sənədə salınması bütün dünyaya Prezident İlham Əliyevin diplomatik məharətini, uzaqgörənliyini parlaq şəkildə nümayiş etdirib: “Möhtərəm Prezidentimiz çağ­daş dünyanın ən görkəmli dövlət xadimlərindəndir. Azərbaycan xalqı, həqiqətən, çox xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi xalqını dövlətini sonsuz məhəbbətlə sevən böyük lideri var”.

Yeri gəlmişkən, Laçın, Zabux, Sus sakinlərinin tezliklə doğma yurda qayıtmaları ilə bağlı xoş müjdəli xəbər laçınlılar arasında ildırım sürətilə yayılıb. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə danışarkən dedi: “Mənim laçınlılar arasında dostlarım çoxdur. Bu gün hamı sevinc içindədir. Doğma yurda qayıtmaqdan yaxşı ola bilər?! Bütün Laçın camaatı Azərbaycan dövlətinə, xalqımızın sevimli lideri cənab İlham Əliyevə sonsuz dərəcədə minnətdardırlar”.

Milli Məclisin deputatı sonra bu sözləri vurğuladı: “Bütün qaçqın köçkün ailələri kimi, laçınlılar da doğma yurda, torpağa hədsiz bağ­lı insanlardır. Zərrə qədər şübhə etmirəm ki, onlar orada yenidən qurub-yaradacaqlar, 44 günlük şanlı Vətən müharibəsində hamımız kimi, laçınlıların da başını uca edən Ali Baş Komandanın, xalqımızın bütün igid əsgər zabitlərinin tarixi xidmətlərini heç vaxt unutmayacaqlar”.

Bəli, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan bu gün regionda sülh sabitliyin lokomotivi rolunda çıxış edir. Ölkəmizin bütün dünyada hörməti, nüfuzu yüksəlir. Dünya görür ki, Azərbaycan dövləti xalqı haqqın, ədalətin tərəfindədir.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 3.