Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli və “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 299    

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli 1691 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haq­qında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 1999, ¹ 10, maddə 597; 2001, ¹ 1, maddə 74; 2006, ¹ 7, maddə 653; 2008, ¹ 6, maddə 597; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 4, maddə 816, ¹ 5, maddə 955; 2018, ¹ 8, maddə 1817, ¹ 10, maddə 2175, ¹ 11, maddə 2448; 2019, ¹ 1, maddə 154; 2022, ¹ 4, maddə 385) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqın­da nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli Qərarında (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2150; 2022, ¹ 4, maddə 388) aşağıda­kı dəyişikliklər edilsin:

2.1. preambulada “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsindən “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini” sözləri çıxarılsın.

 

Bakı şəhəri, 12 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 16 avqust.- S.4.