Regionların inkişafı əhalinin rifahını daha da yüksəldəcək

 

Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Vətən müharibəsində qazandığımz tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq regionların inkişafına da öz təsirini göstərəcək. Ölkənin regional baxımdan davamlı inkişafı, yeni yerlərinin yaradılması, əhalinin ərzaq təhlükəsizliyinin tədricən təmin olunması üçün bu cür imkanın yaradılması heç şübhəsiz, dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliyinin və qətiyyətinin nəticəsidir. İşğaldan azad edilmiş ərazilərdə də kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsal ediləcək. Bu da ölkədə ərzaq bolluğu yaradılmasında mühüm rol oynayacaq.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında kənd rayonlarının mövcud potensialın­dan daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli kömək etmək, əhalinin ya­şayış səviyyəsini daha da yaxşılaşdır­maqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq regi­onlara səfərləri, yeni müəssisələrin açılışında, bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakları bölgələrin simasını tamamilə dəyişib. Yeni yaradılmış yerləri əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırıb. Ötən həftə dövlət başçımızın və birinci xanımın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı da bunun şahidi olduq. Möhtərəm Prezidentimiz İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bölgələrə səfərlərinin müntəzəm xarakter aldığını bildirdi. Bu səfərlər zamanı dövlət başçımız həm yerlərdə vəziyyətlə tanış olur, həm də əlavə göstərişlər verirregionlarda gedən işlərə şəxsən özü nəzarət edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin hələ 19 il əvvəl ölkəyə rəhbərlik etdiyi gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri regionları inkişaf etdirmək, yeni yerləri yaratmaq, işsizliyinyox­sulluğun səviyyəsini azaltmaq olub. Artıq həmin problemlər arxada qalıb. Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb. Dövlət başçımız Qobustan, Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında göstərişlər verdi.

Dövlət başçımız müsahibəsində də son illərdə rayonlarda böyük infrastruktur layihələrinin icra edildi­yini diqqətə çatdırdı. Qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolla­rın tikintisi ilə bağlı zəruri layihələr icra edilib. Dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıl­lı–Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ümumiyyətlə, respub­likamızın bütün rayonlarında əhalinin elektrik enerjisisu təchizatı yüksək səviyyədə həll olunub. Hətta, dağlıq rayonlarda da kəndlərin qazlaşdırıl­ması prosesi davam etdirlir. Bir sözlə, bölgələrin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

Dövlət başçımız səfər çərçivəsində Basqal qəsəbəsində yeni tikilmiş 179 otaqlı müasir otelin açılışında iştirak etdi. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm poten­sialını xeyli genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda yeni yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

Hazırda respublikamızın bütün rayonlarında, xüsusilə, işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quraş­dırma işləri geniş vüsət alıb. Dövlət başçımızın qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə yeni yerlərinin açılmasının daim aparıl­masıdır. Çünki əhalimiz çoxalır və yerlərinə tələbat da artır. Bu baxım­dan ye regionlarda yeni yerlərinin yaradılması prioritet vəzifədir

 

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosent

 

Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 5.