Ermənistanın işğalçılıq siyasəti dünya birliyini də təngə gətirib

 

Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır.

 

Prezident İlham Əliyevin

Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsindən

 

 İkinci Qarabağ döyüşlərində Azərbaycanın qazandığı tarixi qələbə ilə Ermənistanın 30 illik işğalına son qoyması qəhrəmanlıq dastanı kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Bu şanlı qələbənin əldə olunması üçün Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəyə rəhbərliyi dövründə bütün çıxışlarında hər bir Azərbaycan vətəndaşını şanlı zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmağa ardıcıl çağırışlar etdi və bu, hamını bir nöqtəyə vur­mağa köklədi. Azərbaycan xalqı onu ümdə arzularına qovuşduran liderin ətrafında yumruq kimi birləşdi. Məhz bu uğurlu siyasi kursun nəticəsində Vətən övladları döyüş meydanında böyük rəşadət və inanılmaz şücaət nümayiş etdirdilər. Şuşanın azad edilməsindəki qeyri-adi qəhrəmanlıq nümunələri tarixdə əbədi qalmağa layiqdir. İgid döyüşçülərimiz yüngül silahlarla meşələrdən, sıldırım qayalardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdilər, Qarabağın tacı olan Şuşa azad edildi. Hərbçilərimizin bu taktikasının dünya hərb tarixində öyrənilməsi ordumuzun növbəti uğurudur.

Azərbaycanın parlaq qələbəsini şərtləndirən mühüm amillərdən biri də yüksək mənəvi-psixoloji hazırlığı, tam səfərbər olmaq bacarığı oldu. Biz Azərbaycanın adını dünyada qalib ölkə kimi tanıdan şanlı qələbəni “dəmir yumruq”, birlik, əzm, iradə və güc hesabına qazandıq. Tarixi zəfər Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Artıq dünya birliyibu reallığı qəbul edib. Ermənistan və dünya erməniliyi istəsə də, istəməsə də bu gün Azərbaycan diktə edən tərəfdir. Artıq Ermənistan rəhbərliyi bu reallığı qəbul etmək məcburiyyətindədir. Xatırla­daq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycanın təklifləri Ermənistan tərəfindən qəbul edilib. Ölkəmizin irəli sür­düyü beş baza prinsipinin əsas məqsədi iki dövlət arasında münasibətlərin ya­radılmasından ibarətdir. “Azərbaycanın münasibətləri normallaşdırmaq üçün irəli sürdüyü 5 baza prinsipi Ermənistan üçün məqbuldur”. Bu fikri Qazaxıstanın Almatı şəhərində MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası­nın iclasında çıxışı zamanı Ermənistanın Parlamentinin sədri Alen Simonyan bildirib: “Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”.

Hazırda Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu məsələni bir daha diqqətə çatdırdı. Dedi ki, belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Çünki bu məsələlərin artıq Ermənistana heç bir aidiyyatı yoxdur. Bunlar Azərbaycanın daxili işidir. Xatırladaq ki, Vətən müharibəsinin yaratdığı yeni reallıqlardan biristatus-kvo məsələsinin birdəfəlik ləğv edilməsi oldu.

Prezident İlham Əliyev bütün görüşlərində, xarici səfərlərində, beynəlxalq tədbilərdə bu məsələni dəfələrlə vurğulayıb. O cümlədən Azərbaycan Televiziyasına müsahibəsində də bir daha diqqətə çatdırılıb: “Bu gün danışıqlar masasında hər hansı bir sta­tusdan, ümumiyyətlə, söhbət belə getmir”. Dövlət başçımız nədən söhbət getdiyinə də aydınlıq gətirdi: “Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi”.

Dövlət başçımız qeyd etdi ki, inşaatçılarımız oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bil­dirirdi ki, belə keyfiyyətli yol çəkirik. Nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Onların çəkdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedirbu, çox önəmlidir, mən də bunu alqışlayıram. İn­sanlar arasındakı təmaslar uzunmüddətli, sülhə xidmət göstərəcək.

Göründüyü kimi, artıq dinc erməni sakinləri də Azərbaycanın haqq işinin tərəfdarıdır. Hətta, məqam düşdükcə Qara­bağda aparılan bərpa-tikinti işlərinə dəstək də verirlər. Bu mənzərə dünya erməniliyi üçün ibrət olmalıdır. Artıq Ermənistanın təsir imkanları heçə enib. Çünki bu ölkənin dövlət siyasəti işğal üzərində qurulub. Əsasən də xarici himayədarlarının hava­darlığı altında. İndi dünyada yenilənmə baş verir. Onların havadarları da dünya ictimaiyyəti tərəfindən qınaq hədəfinə çevrilir. Ermənistanın işğalçılıq siyasəti dünya birliyini də təngə gətirib. Beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması nə vaxta qədər davan edə bilərdi?

Ermənistan 2020 – ci il sentyabrın 27- də Azərbaycana qarşı törətdiyi genişmiq­yaslı təxtibatları müharibəyə çevirəndə düşünürdü ki, KTMT-yə üzv olan ölkələr də bu müharibəyə qoşulacaq və Ermənistana dəstək verəcəklər. Ancaq işğalçı ölkənin bu qurumdan aldığı cavab ona tərs sillə kimi oldu: “Azərbaycan öz əraziləri uğrunda mübarizə aparır. Bu işə qoşulmaq KTMT-nin nizamnaməsinə ziddir”. Bu, Azərbaycanın haqq işi uğrunda apardığı mübarizənin düzgün qiymətləndiriməsi, xarici siyasətimizin növbəti uğuru idi.

Vətən müharibəsinin qələbə ilə başa çatmasından iki ilə yaxın vaxt keçir. Bu müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda görülən işlər dünyanı heyrətə salıb. Qarabağ nəinki əvvəlki şöhrətini qaytarır, hətta ondan da cəlbedici olur. Dövlət başçımız müsahibəsində bu uğur­ları da diqqətə çatdırdı: “İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qaba­ğındadır. Şüurda nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqları­na başlamalıyıq. Hələ ki, müsbət cavab al­mamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”.

Artıq həm ermənilər, həm də dünya ictimaiyyəti açıq şəkildə hiss edir ki, həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Erməni tarixçilərinin və araşdırmaçılarının uzun illər ərzində faktları saxtalaşdırmaq cəhdlərinin, hətta işğal altında saxladıqları Azərbaycan ərazilərinin toponimlərinin adını dəyişdirib erməniləşdirsələr də heç bir faydası olmadı. İşğalçı ölkənin siyasi və hərbi rəhbərliyinin bu ikrah doğuran siyasətdən əl çəkə bilməməsi Qarabağ­da yaşayan dinc erməni əhalisini də çətin vəziyyətə salıb. İndi onların bəziləri Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşamaq arzusunda olduqlarını bildirirlər.

Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan hələ də özünə gələ bilmir və təsir imkanlarını itirmək üzrədir. Azərbaycan isə həm iqtisadi, həm də hərbi cəhətdən getdikcə qüvvətlənir. Ona görə də dövlət başçımızın dediyi kimi, Qara­bağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir: “Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa po­pulizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparır­sa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsu­si imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Bu gün Azərbaycan Ordusu dünyanın güclülərindən biridir. Silahlı qüvvələrimiz Vətənimizin keşiyində hər an ayıq-sayıq dayanıblar. Ermənistan rəhbərliyi də bunu çox yaxşı dərk edir. Həm Vətən müharibəsində, həm də bu ayın əvvəllərində baş vermişQisas” əməlyyatı zamanı Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördülər. İkinci Qarabağ döyüşlərindən ciddi nəticə çıxarmaq əvəzinə yenə də işğaldan azad edilmiş ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini pozur, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərini yerinə yetirmirlər. Avqustun əvvəlində Qarabağda baş vermiş qarşıdurma erməni təxribatının nəticəsi idi. Dövlət başçımız da müsahibəsində bunun Ermənistan tərəfinin növbəti dəfə silahlı təxribata əl atması nəticəsində olduğunu təsdiqlədi.

Azərbaycan Ordusu öz torpağımızda istənilən əməliyyatı apara bilər. “Qisas” əməliyyatının qısamüddətli, ancaq çox təsirli olması onu göstərir ki, yenilməz or­dumuz daim ayıq-sayıqdır. Ancaq ölkəmiz yeni müharibənin yox, sülhün, əmin-amanlığın tərəfdarıdır.

Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Ko­mandan tərəfindən qarşıya qoyulmuşdubütün vəzifələr icra edildi. Ermənistan birdəfəlik dərk etməlidir ki, odla oynaya bilməz. Onlar dövlət başçımızın sonuncu xəbərdarlığından nəticə çıxarmalıdırlar: “Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur”.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2022.- 17 avqust.- S .3.