Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafı ən müasir yanaşmalara əsaslanacaq

 

Azərbaycanda son illər aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlər ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin birgə kənd təsərrüfatında istehsalın və emal sənayesinin inkişafına dair Tədbirlər Planı uğurla həyata keçirilib, kənd təsərrüfatı təyinatlı tor­paqların səmərəli istifadəsi məqsədi ilə həmin sahələrin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi yönündə layihələr gerçəkləşdirilib. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracyönümlü aqrar istehsal mal­larına gömrükvergi güzəştlərinin tətbiqi sadələşdirilib.

Prezident İlham Əliyevin avqustun 12-də Ağsu rayonundaAğsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlığı da dövlətimizin başçısının bu sahənin inkişafına mühüm önəm verdi­yini göstərir. Vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verilməsi, lizinq əsasında ayrılan texnika və avadanlıqlar sayəsində qısa müddətdə aqrar sektorda yüksək nəticələr əldə edilməsi də məhz bu diqqətin nəticəsidir.

Qeyd edim ki, aqroparklar tor­paq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsalemal sahələrinin yaradılması, müa­sir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, ortairi təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platfor­maya çevrilməsinə xüsusi önəm verilir.

Ümumiyyətlə, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, re­gionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində də əhəmiyyətli rol oynayır.

Yeri gəlmişkən, indiyədək respublika­mızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkiri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emallogistika sahələri üzrə ixtisaslaşıb.

Onu da xatırladım ki, bu vaxta kimi aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən bu müəssisələrə müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investi­siya təşviqi sənədi alan 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.

Bu gün nəzərə çarpan iqtisadi inkişaf dövlətimizin başçısının avqustun 12-də səfər etdiyi Qobustan, İsmayıllı və Ağsu rayonları ilə bərabər, bütün bölgələrimizdə də diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Düşməndən təmizlənən torpaqlarda məhsul istehsalı­nın artırılması məqsədilə əkin dövriyyəsinə yeni ərazilər daxil edilir.

Prezident İlham Əliyev səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danı­şıb: “Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bun­dan səmərəli şəkildə istifadə etməliyik... Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş ver­dim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir…”.

Dövlətimizin başçısının müsahibədə əminliklə vurğuladığı kimi, azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili yaxın gələcəkdə həmin torpaq­larda məskunlaşacaq əhalimizin əkin-biçinlə məşğul olmasına müsbət təsir göstərəcək, bu, eyni zamanda, ölkəmizin ərzaqla təminatının güclənməsini və ixrac imkanlarının böyük dərəcədə artmasını şərtləndirəcək.

Prezident İlham Əliyev müsahibədə bütün bu reallıqların təhlilini konkret faktlarla diqqətə çatdırıb. Ölkə rəhbəri Kəlbəcər, Laçın, Zəngilanda heyvandar­lığın, Füzuli, Ağdam, Cəbrayıl və Qu­badlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq kimi sahələrin çox böyük perspektivləri olduğu­nu qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, həmin ərazilərdə sadalanan sahələrin inkişafı üçün dövlətin də üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Belə ki, dövlətimizin başçısı fermerlərə, ora qayıdacaq vətəndaşlara həm dəstək göstəriləcəyini, subsidiya veriləcəyini, hə də onların yetişdirdikləri məhsulu ba­zarlara çıxarmaları üçün kömək oluna­cağını xatırladıb. Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düz­gün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, -deyə ölkə rəhbəri vurğulayıb.

 

İqbal MƏMMƏDOV,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2022.- 17 avqust.- S. 3.