Prezidentin bayraq sevgisi
Xoşbəxt adamam ki, anda
sadiq oldum və bu gün Qarabağ
azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan
bayrağı dalğalanır. Arxamdakı inzibati
binanın damında Şuşanın alınmasından sonra Azərbaycan Bayrağı
qaldırılmışdır və binanın damından
müzəffər Azərbaycan əsgərləri
Şuşanın azad olunması ilə
bağlı mənə raport vermişlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Şuşa, 10 may 2022-ci il
Azərbaycan Siahlı Qüvvələrinin
müzəffər Ali Baş
Komandanı, Prezident İlham Əliyev Dövlət Bayrağımızla
bağlı fikirlərini
2003-cü ilin payızından
etibarən dəfələrlə
dilə gətirmişdir. Ancaq bu arqumentin 2016-cı ildəki
Aprel döyüşlərindən
sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
səsləndirilməsi daha
böyük məmnunluq
hissi yaratmışdı.
Bu sətirləri qələmə
almaq istəyərkən
dövlət başçımızın
Şuşada, Ağdamda,
Füzulidə, Kəlbəcərdə,
Laçında bayrağımızı
ucaltdığı barədə
məlumatlara yenidən
nəzər salmaq istədik. Məlum oldu ki, həmin şəhər və rayonlarımızda bayraq ucaldılmasından xeyli əvvəl – Azərbaycan Respublikası
Regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
proqramlarının icrası
çərçivəsində cənab Prezident rayonlarımızda yaradılan
bayraq meydanlarının
bir çoxunun açılışında iştirak
etmiş və bayrağımızı ucaltmışdır.
Bundan başqa, yeni hərbi hissələrin və sərhəd zastavalarının açılış
mərasimləri də
hamımızın yadındadır.
Yəni Prezident İlham Əliyevin bayraq sevgisi gənc müstəqil Azərbaycan
dövlətinin çoxsaylı
uğurlarının təməl
daşlarından biridir. O, işğaldan
azad edilmiş şəhər və rayonlarımızda dövlət
bayrağımızı ucaldarkən,
özünün məşhur
ifadəsini təkrar deməyi də unutmur: “Azərbaycan bayrağı işğaldan
azad edilmiş torpaqlarımızda əbədi
dalğalanacaq”. Biz buna
əminik!
Bu sətirləri hazırlayarkən,
rast gəldiyim materiallardan biri – daha doğrusu, dövlət başçımızın
işğaldan azad edilmiş bölgəmizə
səfəri ötən
ilin məhz bu gününə təsadüf etdiyinə görə həmin faktı da xatırlatmaq
istədim. Belə ki, ötən il avqustun
16-da Kəlbəcərdə səfərdə olan dövlət başçımız
işğaldan azad edilmiş ərazilərdə
Dövlət Bayrağımızın
əbədi dalğalanmasını
təmin etmək üçün qarşımızda
duran vəzifələri
xatırlatmışdı: “İndiki mərhələdə
bizim əsas vəzifəmiz müharibənin
nəticələrini möhkəmləndirməkdir,
azad edilmiş torpaqlarda möhkəmlənməkdir.
Azərbaycan – Ermənistan sərhədində
bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə
artıq start verilib, bu da əsas
vəzifələrdən biridir.
Keçmiş məcburi köçkünləri
azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə
duran məsələdir”.
Başqa
bir məlumatda isə oxuyuruq ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il fevralın
14-də Füzuli, Zəngilan,
Laçın və Cəbrayıl rayonlarında
olublar. Dövlət başçısı Laçında Azərbaycan
Bayrağını qaldırıb.
Bizim üçün maraqlı
olan məqamlardan biri isə odur
ki, cənab Prezidentin bu qəbildən olan addımları barədə
xəbərləri mətbuatdan
tez Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşır.
…Mən Aprel döyüşlərindən sonrakı
yazılardan birində
qeyd etmişdim ki, milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən
bayrağımız azərbaycanlılara
öz soykökünü
xatırladır, üzərində
dalğalandığı torpağın
qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə
dalğalanan üçrəngli
bayrağımız Azərbaycan
dövlətinin gücünü
və xalqımızın
milli birliyini nümayiş etdirir.
İşğal altında olan
torpaqlarımız Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və üçrəngli bayrağımız
Xankəndidə, Şuşada,
Ağdamda, Laçında
və digər rayonlarımızda əzəmətlə
dalğalanacaq.
Nə xoşdur
ki, biz bir zaman arzu etdiyimiz
həmin günlərin
şahidiyik. Bu gün
artıq Azərbaycan Bayrağı işğaldan
azad edilmiş torpaqlarda dalğalaraq ömrümüzü bəzəyir
və inanırıq ki, həmin bəzəyimiz əbədi
olacaq.
Mən bu məqamda dövlət başçımızın və
onun ailəsinin mərdanəliyini və cəsarətini də xatırlatmaq istərdim. Belə
ki, 44 günlük İkinci Qarabağ müharibəsinin Ermənistanın
kapitulyasiya sənədini
imzalamasından cəmi
bir həftə sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva düşmən işğalından
yenicə təmizlənmiş
rayonlarımıza getmişdilər
və cənab Prezident həmin ərazilərdə bayrağımızı
ucaltmışdı. Arqumentimi
daha da gücləndirmək
üçün rəsmi
sənədlərdən birinin
sərlövhəsini yada
salmaq istəyirəm:
“İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il
noyabrın 16-da işğaldan
azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında,
o cümlədən, Füzuli
və Cəbrayıl şəhərlərində olublar”.
Dövlət başçımızın həmin gün Füzulidə olarkən səsləndirdiyi fikirlərə
diqqət yetirək:
“Bu gün artıq biz
quruculuq işlərinə
başlamışıq. Qələbə
Günündən 8 gün
və Ermənistanın
kapitulyasiyasından 6 gün
keçəndən sonra
artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli
– Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş
olacaq. Bu yol imkan verəcək
ki, Şuşaya rahat gedib-gələ bilək”.
Prezident həmin günün sevincini yaşadığını
gizlədə bilmirdi ki, İkinci Qarabağ müharibəsi
bizim şanlı qələbəmizdir, işğal
edilmiş torpaqlar işğalçılardan azad
edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar
dövlət dəstəyi
hesabına öz dədə-baba torpaqlarına
qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq
– ilk növbədə, ziyanın
hesablanması, dəqiq
uçotun aparılması,
ondan sonra bərpa-yenidənqurma işləri.
Bu sətirləri Prezident İlham Əliyevin 2022-ci il mayın
10-da Şuşa şəhərindən
Azərbaycan xalqına
ünvanladığı müraciətlə
yekunlaşdırmaq istəyirik:
“2003-cü ildə Azərbaycan
xalqı ilk dəfə
mənə etimad göstərərək bir
daha ulu öndərin siyasətinə
sədaqətini nümayiş
etdirdi. Mən isə öz
növbəmdə, demişdim
ki, əgər xalq etimad göstərərsə,
mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm,
bu yoldan dönməyəcəyəm və
ölkəmizin ərazi
bütövlüyünü bərpa edəcəyəm.
Buna and içmişdim.
Xoşbəxt adamam ki, bu anda sadiq
oldum və bu gün Qarabağ
azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan Bayrağı
dalğalanır. Arxamdakı inzibati
binanın damında Şuşanın alınmasından
sonra Azərbaycan Bayrağı qaldırılmışdır
və binanın damından müzəffər
Azərbaycan əsgərləri
Şuşanın azad
olunması ilə bağlı mənə raport vermişlər.
Bu gün mayın
10-da mən yenidən
ulu öndərin xatirəsinə Azərbaycan
xalqının ehtiramını
ifadə edərək
Azərbaycan xalqını
əmin etmək istəyirəm ki, bundan sonra da
xalqımızın, dövlətimizin
inkişafı, müstəqilliyimizin
möhkəmləndirilməsi üçün əlimdən
gələni əsirgəməyəcəm”.
Onu da əlavə edim ki, Prezident
İlham Əliyevin bayraq haqqında hələ 12 il
əvvəl dediyi bir ifadə heç zaman, heç birimizin yadından çıxmayacaq:
“Bizim bayrağımız
canımızdır, ürəyimizdir...
Azərbaycan ərazi bütövlüyünü
bərpa edəndən
sonra milli dövlət bayrağımız
bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız
Dağlıq Qarabağda,
Xankəndidə, Şuşada
dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Eşq olsun, Azərbaycan Bayrağına!”
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2022.- 17 avqust.- S. 4.