Azərbaycan Sərhəd
Mühafizəsinin yaranmasının 103 illiyi
münasibətilə mətbuat konfransı
Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103-cü il dönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında mətbuat konfransı keçirilib.
DSX rəisinin müavini, general-leytenant Abbas Xəlilovun və DSX Aparatının rəhbəri, general-mayor Elçin İbrahimovun iştirakı ilə keçirilən mətbuat konfransında əvvəlcə Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasını və Vətən müharibəsindəki DSX-nin şəxsi heyətinin döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra
general-leytenant Abbas Xəlilov və
general-mayor Elçin İbrahimov
jurnalistlərin suallarını
cavablandırıblar.
General-leytenant A. Xəlilov bildirib ki, DSX-nin şəxsi heyəti 44 günlük Vətən müharibəsində
düşmənə sarsıdıcı
zərbələr vuraraq,
Azərbaycanın dövlət
sərhədlərinə tam nəzarətin həyata keçirilməsinə və
sərhədlərin mühafizəsinə
nail olunması yolunda əsl qəhrəmanlıq
və şücaət
göstərib.
O, Azərbaycan-Ermənistan dövlət
sərhədində atəşkəs
rejiminin mütəmadi
olaraq pozulması hallarının qeydə alındığını, hətta
bir neçə halda Ermənistan silahlı qüvvələri
tərəfindən terror-pozuculuq
fəaliyyətinə də
yol verildiyini diqqətə çatdırıb
və qeyd edib ki, bölmələrimizin
adekvat tədbirləri
nəticəsində onların
qarşısı alınıb.
General-mayor E. İbrahimov jurnalistlərin sualına cavab verərkən, Qazaxın 7 kəndi ilə bağlı məsələnin delimitasiya
mövzusu olduğunu və DSX-nin delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərdiyini
vurğulayıb. Bildirib ki, delimitasiya
işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı cənab Prezidentimiz, Silahlı Qüvvələrimizin
müzəffər Ali Baş
Komandanının DSX qarşısında
qoyduğu döyüş
tapşırıqlarının uğurlu icrası üçün bütün
qüvvə və vasitələr tam səfərbər
edilib. DSX-nin hərbi qulluqçuları
Azərbaycan-İran dövlət
sərhədinin 132 kilometrlik
hissəsinin, Füzuli,
Cəbrayıl, Zəngilan
və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və
Şuşa şəhərinin
azad olunmasında şücaət və qəhrəmanlıq göstəriblər.
DSX-nin bütün
sahələrində ardıcıl
həyata keçirilən
islahatların səmərəliliyi
ilk növbədə xidməti
göstəricilərdə öz əksini tapıb. Azərbaycan sərhədçiləri
tərəfindən son bir
il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb,
2594 nəfər hüquq-mühafizə
orqanları tərəfindən
axtarışda olan, 5
nəfər özgəsinə
məxsus, 289 nəfər
saxta sənədlə
dövlət sərhədini
pozmağa cəhd edərkən saxlanılıb.
Ümumi dəyəri
təxminən 76 443 870 manat
olan qaçaqmalın,
o cümlədən 95151 ədəd
psixotrop dərman preparatının və 1
ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən
keçirilməsinin qarşısı
alınıb. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq
fəaliyyətinin aşkarlanması
istiqamətində həyata
keçirilən tədbirlər
nəticəsində xarici
xüsusi xidmət orqanları tərəfindən
əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılmış
və 6 nəfər şübəli şəxs
qismində müəyyənləşdirilib.
Terrorçuluğa qarşı mübarizə
çərçivəsində 6 nəfər şəxs saxlanılıb. Qanunsuz müqrasiya,
qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil
cinayətkar dəstə
zərərsizləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə dövlət
sərhədinin mühafizə
və müdafiəsinin
təşkili məqsədilə
19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi,
İranla dövlət
sərhədində işğaldan
azad olunmuş ərazilərdə 14 sərhəd
zastavasının fəaliyyəti
bərpa olunub. "Eyvazlı" və "Qazançı"
dövlət sərhədindən
buraxılış məntəqələri
inşa edilib. Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil olunub.
1452 hektar ərazi mina
və partlamamış
sursatlardan təmizlənmiş,
nəticədə 1530 ədəd
piyada əleyhinə,
1762 ədəd tank əleyhinə
mina və 245 ədəd
partlamamış hərbi
sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan
azad edilmiş ərazilərdə 104 km məsafədə
yeni yollar çəkilmiş, 223,7
km məsafədə yolların
əsaslı və cari təmiri həyata keçirilib. Sahil Mühafizəsində Azərbaycan
Respublikasının dəniz
sərhədlərinin åtibàrlı
mühàfizəsinin təmin edilməsi, Õəzər dənizində
råjim
qàydàlàrınà nəzàrətin gücləndirilməsi
və xilasetmə tədbirlərinin həyata
keçirilməsi zamanı
8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas
edilib. Sərhəd
naryadları tərəfindən
sərhəd pozucularına
qarşı təlimata
uyğun silah tətbiq olunması nəticəsində 2 halda
2 nəfər yaralanıb,
5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib. Azərbaycan-Rusiya
dövlət sərhədində
demarkasiya işləri
davam etdirilmiş, 142 ədədi əsas və 44 ədədi köməkçi olmaqla
186 ədəd sərhəd
nişanı quraşdırılıb.
Vətən Müharibəsində Dövlət Sərhəd
Xidmətinin şəhid
olmuş hərbi qulluqçularının ailə
üzvlərinə lazımi
diqqət və qayğının göstərilməsi,
yaralanmış hərbi
qulluqçuların DSX Hərbi
Hospitalında, respublikamızın
ixtisaslaşmış tibb
müəssisələrində müayinəsi, müalicəsi,
reabilitasiyası təmin
olunmuş və onlardan ağır yaralanmış (xəsarət
almış) hərbi
qulluqçuların xarici
ölkələrdə müalicəsi
təmin edilmişdir.
Rizvan FİKRƏTOĞLU
Xalq qəzeti.- 2022.- 17 avqust.- S.6.