ABŞ-daŞuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlanılıb

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu tədbirlərin icrasına başlayıb.

İctimai Birlik Azərbaycan Respublikasında 2022-ci ilinŞuşa İlielan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı və bu sənəddən irəli gələn tədbirlərin təşkilinə dair Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş fəaliyyətləri əsas götürərək, layihənin ABŞ-da icrası ideyasını irəli sürüb.

Tədbirlər Planında “Şuşa İlinin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil-qərargahlarında tədbirlər, elmi konf­rans və simpoziumların keçirilməsi, həmçinin təbliğat xarakterli digər işlərin görülməsi priori­tet kimi müəyyən edilib.

İctimai Birlik layihəni qərb ölkələrində, xüsusilə erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ-da gerçəkləşdirməyi qarşıya mühüm vəzifə kimi qoyub.

Təşkilat layihənin uğurlu icrasının əsasını təşkil edən heyəti artıq formalaşdırıb, layihənin geniş planlaşdırma işlərini, o cümlədən idarəetmə, maliyyə, kommunikasiya, satınalma, əməliyyat, risklərin idarə edilməsi planlarını hazırlayıb və həmin planlar üzrə icra prosesinə start verib.

Hazırda layihə heyəti ABŞ-a səfər planlaşdırır. Bu məqsədlə ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri, bu ölkədəki akademik dairələrlə müzakirələr, hədəf qrupların tədbirə cəlbi istiqamətində təbliğat-təşviqat işləri aparır.

Layihənin əsas məqsədi xarici ölkələrdə, o cümlədən ABŞ-ın Kaliforniya ŞtatındaŞuşa İli”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi təbliğat xarakterli işlərin görülməsidir.

Layihə müddətində ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko Sakramento şəhərlərində müxtəlif mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 17 avqust.- S. 7.