İlham Əliyev: Biz
müharibə istəmirik...
Bizim niyyətimiz yeni
müharibə başlamaq deyil.
Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni
silahlı birləşmələri Qarabağı birdəfəlik
tərk etsin. Bu, Ermənistanın
öhdəliyidir, 10 noyabr 2020-ci ildə
Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib
və biz buna nail olacağıq və nail
oluruq.
Azərbaycan Prezidenti İlham
Əliyevin AzTV-yə müsahibəsindən
Dünya ədəbiyyatının
görkəmli simalarından olan Ernest Heminquey
yazırdı ki, ədalətsiz,
işğalçı müharibə aparanlar
öz addımlarına haqq
qazandırmaq üçün həmişə
bəhanə axtarıblar. Ədalətli müharibə aparanlar isə bəhanə axtarmayıb, bu addımı atmaq üçün əsasları olduğunu deməklə, haqlı mövqelərini
səsləndirməklə kifayətləniblər. XX əsrin illinoyslu ədibi sanki bizim regionun son otuz ilinin hadisələrini
xarakterizə edib.
Ermənilər nəinki son otuz ildə, həm də bizim regiona
köçürüldükləri tarixdən bu günə kimi daim mif, yalan,
uydurma, şantaj ssenariləri yaratmaqla,
terror, təxribat və
işğala haqq qazandırmaq üçün
bəhanələr axtarmaqla
məşğul olublar. Ətrafdakı bütün ölkələrə
ərazi iddiası etməklə bir xalq kimi xəstə
olduğunu gizlədə
bilməyən bu məxluq öz çirkin məqsədinə
çatmaq üçün
ən yırtıcı
vəhşinin belə
törətmədiyi amansızlıqlara
əl atıb. Qazancı isə dünyanın nifrəti olub. Əsrlər
boyu onlardan müxtəlif xalqlara və dövlətlərə
qarşı alət kimi istifadə edənlər də indi artıq primitiv alətlərə ehtiyac qalmadığını
dərk edirlər.
Başqa
bir fakt isə ondan ibarətdir ki, himayədarları onlardan əl çəksələr
də, ermənilər
ənənəvi şərəfsizlik
sindromundan əl çəkə bilmirlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti
onlara hansısa dərsi verməklə kifayətlənir. Dövlət başçımz 44 günlük
İkinci Qarabağ müharibəsindən sonra
dəfələrlə deyib
ki, biz müharibə səhifəsini bağlamağa
çağırırıq, biz regionda sülhə və əməkdaşlığa
nail olmaq üçün
sərhədlərin delimitasiya
və demarkasiyasının
həll olunmasını
istəyirik. Yəni rəsmi Bakının
siyasi, iqtisadi, diplomatik və hərbi üstünlüyü
olsa da, biz onları daha alçaltmaq istəmirik.
Halbuki onlar kapitulyasiya aktına imza atdıqlarına və Azərbaycan Ordusunun hərbi əməliyyatları
məhz İrəvan rəhbərliyinin xahiş-minnəti
ilə dayandırıldığına
görə biz onlara daha sərt şəkildə xəbərdarlıq
və diktələr etməliyik. Amma etmirik.
Çünki bizim ərazi
bütövlüyümüzü bərpa etməkdən başqa heç bir hədəfimiz yoxdur. Amma ola bilər.
Dövlət başçımız İsmayıllı rayonuna
səfəri zamanı
Basqalda AzTV-yə verdiyi müsahibədə
dedi ki, əgər ermənilər
son iki-üç ilin
hadisələrindən dərs
ala bilməsələr, revanşist
bəyanatlardan əl çəkməsələr, biz əcdadlarımızın əsrlərdən
bəri yaşadığı
qədim ərazilərimizin
məsələsini qaldıra
bilərik: “İkinci Qarabağ müharibəsi
gücümüzü göstərdi
və biz istədiyimizə
hərbi və ondan sonra hərbi-siyasi
yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman
gələndə onlara
da çatacağıq.
Bizim gündəliyimizdə həm
taktiki, həm strateji addımlarımızın
təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik
nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik.
Dəfələrlə Ermənistana xəbərdarlıq
etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı
aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu
dəfə də onlara dərs verməli olduq”.
Biz inanırıq ki,
bu dərs onların yaddaşında
qalacaqdır. Prezidentin fikrincə, “Qisas”
əməliyyatı təkcə
şəhidimizin qisasının
alınması məqsədi
daşımırdı. Ali Baş Komandan
tərəfindən başqa
vəzifələr də
qarşıya qoyulmuşdu
və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir.
Təkcə onu demək
kifayətdir ki, biz Azərbaycan olaraq nə istəmişiksə,
onu da etmişik,
artıqlaması ilə
və qarşı tərəf bunu bir daha qəbul
etməyə məcburdur.
Yadımdadır, ötən il iyunun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü
münasibətilə “Gülüstan”
sarayında Azərbaycan
Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bu
məsələləri növbəti
dəfə qabartmış
və düşmənə
xatırlatmışdı ki,
burnunu çox yerlərə soxmasın. Hər il
26 iyun tarixində hərbçilərlə görüşlər
əsnasında mən
deyirdim ki, gün gələcək
biz öz doğma torpağımıza qayıdacağıq,
ərazi bütövlüyümüzü
bərpa edəcəyik:
“Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni
hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar
heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi
ədaləti, beynəlxalq
hüququ döyüş
meydanında təmin etmişdir”.
Başqa
bir fakt isə ondan ibarətdir ki, Ermənistan təxminən
otuz il
davam edən danışıqlar prosesində
sərgilədiyi riyakar
mövqe ilə vasitəçiləri də
bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri
də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan
hər kəs bilirdi, bu şərtlər
qəbuledilməzdir. O zaman İlham Əliyev deyirdi ki, bizim tarixi
torpağımızda ikinci
erməni dövləti
yaradılmasına imkan
verməyəcəyik: “Birinci
erməni dövləti
bizim tarixi torpağımızda yaradılıb.
Bunu indi bütün dünya bilir, tarixçilər bilir...Əgər kimsə ermənilər üçün
ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində
yaratsın, Azərbaycanın
ərazisində yox.
Bu mövqe tarixi
ədalətə əsaslanırdı,
biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər”.
Nə üçün
həmin tarixi faktı xatırladıram? Çünki ermənilər bu gün də öz riyakarlıqları ilə Avropa İttifaqı Şurasını,
Ağ Evi, Kremli bezdiriblər. Gündə bir fikir səsləndirir,
eynilə gorbagor olmuş münaqişə
dövründə olduğu
kimi, bu gün də fitnəkarlıqdan, terror və
təxribatlardan, rədd
olub getdikləri ərazilərimizdə yanğınlar,
qarət, talan törətməkdən əl
çəkmirlər. Bunlar az imiş
kimi, üç dövlət başçısının
( Ermənistana da dövlət demək mümkündürsə)
imzaladığı Üçtərəfli
Bəyanatın icrasından
da imtina etməyə çalışırlar.
Ona görə də, bir zamanlar “Biz Azərbaycan ərazisində
ikinci erməni dövlətinin yaradılmasına
imkan verməyəcəyik”,
– deyən Prezident İlham Əliyev İrəvan rəhbərliyinə
bu gün daha sərt xəbərdarlıq edir:
“Zəngəzur dəhlizinin
yaradılması bizim
milli, tarixi və gələcək maraqlarımıza tam cavab
verir. Biz Zəngəzur
dəhlizini icra edəcəyik, Ermənistan
bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki,
mən müharibədən
əvvəl və müharibə dövründə
demişdim ki, bizim torpağımızdan
öz xoşunuzla rədd olun, yoxsa sizi zorla
çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi
də eyni olacaq”.
...Dövlət başçımız
məhz bu fikri səsləndirdiyi müsahibəsində onu da demişdi ki, biz müharibə səhifəsini bağlamaq
istəyirik, regiona sülh və əmin-amanlıq, əməkdaşlıq
gətirilməsi çağırışları
edirik. Yəni biz müharibə istəmirik. Zorən
cəlb edildiyimiz müharibədə “Dəmir
yumruğ”un altında qalıb əzilənlər isə
... özləri bilsinlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2022.- 18 avqust.- S.5.