Mütərəqqi islahatlar, uğurlu nəticələr

 

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 il ərzində respublikamızda uzunmüddətli, düzgün strategiya nəticəsində dinamik yüksəlişə nail olunub. Azərbaycanda dünyada yaşanan ən ağır maliyyə böhranı və iqtisadi geriləmə şəraitində belə çevik, praqmatik siyasət sayəsində xarici iqtisadi təsirlər neytrallaşdırılıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib.

Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların dövlət başçısının ətrafında sıx birləşməsini gerçəkləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Ötən illərdə Azərbaycanın tərəqqisi ilə bağlı həyata keçirilən layihələr bir sıra siyasi dəyişikliklər və struktur yenilənmələri ilə müşayiət olunub. Bü­tün bunların fonunda isə respublikada siyasi transformasiya mühiti getdikcə şəffaflaşıb. Strukturkadr islahatla­rının davamlı xarakter alması özünü qabarıq büruzə verib. Eyni zamanda, beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri daha da gücləndirilib, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, sosial ədalətin tam təmin olunması, bürokra­tiya, süründürməçilik hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi addımlar atılıb. Gerçəkləşdirilən islahatlar ölkənin gələcək dayanıqlı inkişafının şərtləndirilməsi, ən başlıcası isə yoxsulluğun azaldılması məqsədi daşıyıb.

Ölkə rəhbərinin fəaliyyətində re­gionların tərəqqisi ilə bağlı tədbirlərin həyata keçirilməsi də xüsusi yer tutub. Dövlətimizin başçısı vaxtaşırı rayonlara səfər edib, yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkar­lıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, bütün bunların nəticəsində isə əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanıb, qarşıya çıxan çətinliklərin aradan qaldırılması məqsədilə icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırıb.

Yeri gəlmişkən, respublikamızın idarəetmə sisteminə novator düşüncə tərzi, dinamizmmüasirlik çalarları gətirən dövlətimizin başçısı İlham Əliyev daim hökumətin həyata keçirməli ol­duğu tədbirlərin əhatə dairəsini, eləcə də vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan ötən illər ərzində regional inkişafqeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzala­dığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birba­şa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.

Azərbaycan hazırda beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla reallaşdırılır. Artan iqtisa­di güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradır. Bu layihələrin uğurla həyata keçirilməsi isə ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisadiyya­tında söz sahibi olanqlobal oyunçustatusunu təmin edir.

Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisa­di quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyininmilli təhlükəsizliyin möhkəmləndirilməsində, daxili icti­mai-siyasi sabitliyin gerçəkləşməsində əhəmiyyətli rol oynayıb.

Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülən tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğun­laşdırılıb, makroiqtisadi sabitlik təmin edilib və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olub.

Azərbaycan dövləti hazırda post­pandemiyapostkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030- cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil strukturinstitusional isla­hatlar vasitəsi ilə iqtisadi artımın davamlı mənbələri hərəkətə gətirilir, milli iqtisa­diyyatın innovasiya yönümü daha da gücləndirilir, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırır.

Son 19 ildə milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli inteqrasiya edib.

Azərbaycan 4-cü Sənaye İnqilabının fəal mərkəzlərindən biri olmaqla, xarici investorlar üçün böyük imkanlar məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.

Həyata keçirilən köklü institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib. Belə ki, 2012‒2021- ci illərdə qeyri-neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq, 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ilə 57,8 milyard manata, qeyri-neft-qaz sektoru­nun payı 2011-ci ildəki 48,8 faizdən 2021- ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.

Aparılan məqsədyönlü siyasət nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85 faiz olub. Pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8 faizə ensə də, artıq ötən il 83 faizi ötüb.

Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal po­tensialı və infrastruktur təminatı inkişaf etdirilib. Mövcud torpaq, suiqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyəyə çatdırılıb.

Azərbaycan dövlətinin daha da güclənməsi və yüksək rifah cəmiyyətinin sürətlə inkişafı bu hökumət qarşısında duran prioritet istiqamətdir. Bunun üçün yeni hazırlanan və mükəmməlliyi ilə diqqət çəkən ölkənin sosial-iqtisadi inki­şaf modeli mühüm önəm daşıyır.

Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiy­yatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə səmərəli istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Şübhəsiz ki, belə bir yüksək nəticənin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynayıb.

Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın mərkəzində isə yaradıcı sahibkar, məhsuldar inves­tisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.

İkinci Qarabağ müharibəsində xalqımızın parlaq, möhtəşəm qələbəsi ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrildi, eyni zamanda, regionumuzda tamamilə yeni geosiyasigeoiqtisadi reallıqları şərtləndirdi. Bununla da Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirdi. Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyinin dostqardaş ölkələr tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsi isə ölkəmizin yeni güc mərkəzlərinə, yeni ittifaqlara qoşulması zərurətini meydana çıxardı. Şübhəsiz ki, bu reallıq təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasi­ya edilməsi və uzlaşdırılmasından irəli gəldi. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi də məhz bu istiqamətdə atılan mühüm addım kimi tarixi hadisəyə çevrildi.

Bugünkü gerçəkliklər qalib ölkəmizin sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn da onun yanında olmasını reallaşdırır, respublikamızı regi­onda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın, sözün əsl mənasında, qarantı kimi çıxış edən dövlət kimi tanıdır.

Prezident İlham Əliyev təkcə Ermənistana deyil, həm də onun hava­darlarına 44 günlük tarixi dərsdən nəticə çıxartmağın, yeni geosiyasi reallığın şərtlərini qəbul etməklə işğalçının yaşadı­ğı dərin siyasi, sosial-iqtisadi böhrandan xilas etməyin mümkünlüyünü dəfələrlə xatırladıb. Dövlətimizin başçısı, həmçinin müxtəlif vaxtlardakı bəyanatları ilə Qara­bağ münaqişəsinin artıq bitdiyini bildirib, “Şuşa Bəyannaməsi”nə və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərmana əsaslanan mövqeyini vurğula­yıb, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

İndi düşmən tərəfindən dağıdılan, tar-mar edilən yaşayış sahələrimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri reallaşdırılır. Yüksək sürətlə aparı­lan tikinti işləri ilə Azərbaycan Vətən müharibəsində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpasında da gücünü bütün dünyaya nümayiş etdirir.

Dövlətimizin başçısının rəhbərliyi ilə erməni barbarlığının qurbanı olan yaşayış sahələrində hazırda mühüm strateji obyektlər, müəssisələr istifadəyə verilir, yenilərinin təməli qoyulur, yüksək texnolo­giyaların tətbiqinə start verilir, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlər gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin başçısının qəsbkardan xilas olunan rayonlara səfərləri ilə bir daha öz təsdiqini tapır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 19 avqust.- S. 3.