Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarların təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 309       

 

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respub­likasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respubli­kası Qanununun 6.3-cü maddəsinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:

1.1. illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

1.2. tikinti sahəsi ən azı 10 000 kvadratmetr ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

2. Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

 

Bakı şəhəri, 17 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 19 avqust.- S.7.