Azərbaycan – Qazaxıstan diplomatik münasibətlərinin 30 illiyi qarşısında

 

2022-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur.

İki qardaş ölkə – Azərbaycan ilə Qazaxıstan diplomatik münasibətlər qurulmasının 30-cu ildönümündə işbirliyini daha da gücləndirərək, yeni bir dönəmə start verməkdədir. Məsələn, hər ikisi Xəzər üzərindən ixracat və daşımaçılıq həcmini artıracaqdır. İki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yetişməsi ümidimiz, diləyimizdir.

 

***

Hazırda hamımızın ortaq bir məramımız var: o da, bir yumruq kimi, hətta “dəmir yumruq” örnəyində olduğu kimi möhkəm qardaşlıq münasibətlərimizi ortaya qoymaq­dan keçir. Böyük İsmayıl Qaspiralı demiş, fikirdə, dildə, işdə birlikdəlik sərgiləməliyik.

Öyündüyümüz uğurlarımız qədər, yaşadığımız acıları da bu birlik çərçivəsində paylaşmalıyıq, yaxşı gündə bir-birimizi təbrik etdiyimiz qədər, acılarımıza məlhəm, dərdimizə dərman olmağı da dərindən ba­carmalıyıq. Ortaq dəyərlərimiz qədər, acılarımız da bizləri möhkəm birləşdirməlidir...

Ötən yüzilliyin 30-cu illərindəki sürgün, repressiya... bir insanlıq suçu olaraq ortadadır. Ortaq araşdırmalar aparılmalı, öncə Azərbaycanın, daha sonra da Qazaxıstanın rəhbəri olan (Kreml tərəfindən təyin edilən) Levon Mirzoyan və digər canilərin məlum aclıq, repressiya, soyqırım aktı müddətindəki suçları tarixi sənədlərlə ortaya qoyulmalıdır. Belə acıların bir daha, heç vaxt, heç vəchlə yaşanma­ması üçün...

Aclıq və sürgünlərdə, Jeltoksan Ayaqlanmasında, Qara Yanvarda, Xocalı soyqırımında, Qarabağda verdiyimiz itkilər, yaşadığımız acılar bizləri birləşdirməlidir.

44 günlük İkinci Qarabağ müharibəsində Qazax və Azərbaycan xalqının qardaşlığı ortaq dastanımız olaraq qəbul edilməli, gələcək nəsillər daha üstün birlik nümayişi üçün yetişdirilməlidir.

Politoloqlarımızın, yazarlarımızın, qəzetçilərimizin, ictimai fəallarımızın, blogerlerimizin 44 günlük müharibə dönəmində xidmətləri, gecə Gəncəyə edilən raket hücumlarında gözyaşla­rıyla terroru qınayan bütün qazaxla­rın, digər qardaşlarımızın mövqeyi, qardaşlıq dastanımızın səhifələri deyilmi?

Şəhidlərimiz də, qazilərimiz də, onların qazandığı zəfər də ortaq dəyərimizdir.

O çətin günlərdə, çətin şərtlərə baxmayaraq, Azərbaycana dəstək nümayiş etdirən Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluğbek Esdeuletin, onlarca qazax şair, yazıçısının, jur­nalistinin, çoxsaylı qazax ziyalılarının mövqeyi, bütün gənc qələmdaşlara örnəkdir.

O çətin günlərdə Bərdə və Gəncəyə edilən raket hücumlarının bir savaş suçu olduğunu açıqca dilə gətirərək hamımızın mövqeyimizi dünyaya göstərən Oljas Süleymenovun dəstəyi unudulmazdır.

 

***

 

Qazaxıstanda bu ilin ilk ayının ilk günlərində baş verən olaylar vaxtı Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin Qazaxıstan Yazıçılar Birliyinə həmrəylik məktubu ün­vanlaması, KİV- in bizim ədəbiyyat xadimlərinə “Oljas Süleymenovla danışmısızmı?” kimi suallar ün­vanlanması, Xalq şairi Nəriman Həsənzadənin Oljas Süleymenova şeirlə müraciət etməsi burada xatırlat­maq istədiyimiz məqamlardır. Bu məqamlar özlüyündə, Azərbaycan – Qazaxıstan münasibətlərində ədəbiyyatın, ədəbiyyatçıların özünəməxsus yerini, rolunu da ifadə etməkdədir.

Qazax şairi Oljas Süleymenova məktub” şeirindən bir parçanı yada salaq:

 

Xəbərlər dolaşıq, qarışıq gəlir,

 

yenə təkrar edir tarix səhvini.

 

Dünyada tarazlıq itibdi, nədir?

 

Əyir Planetin bir tərəfini.

 

Yenə o saldatlar, yenə o tanklar,

 

yenə Kalaşnikov avtomatları.

 

Bağlanan qapılar,

 

sönən ocaqlar...

 

Bakıda görmüşəm, mən onları.

 

Çəkdilər bizi ölümə, qana,

 

vəhşi tayfaların ənənəsiydi.

 

Sən onda səs verdin Azərbaycana,

 

ögeylər,

 

doğmalarzəmanəsiydi!

 

...Eşitdim, erməni köməyə gəlib,

 

başında dəbilqə, əlində silah.

 

Daha soruşmadım, o niyə gəlib,

 

sonrakı şərindən

 

qorusun Allah.

 

Bir Xalq şairinin digər Xalq şairinə yazdığı bu şeir özündə siyasi, ideoloji məzmun da daşımaqla, Qazaxıs­tan hadisələrinə bir şəhərdən, bir ölkədən deyil, daha böyük tablodan baxmağa imkan verir.Paralellər dəqiq, təsbitlər səlisdir... şairyenə İstanbulda görüşənədək!” - deyir. O İstanbul ki, Qazaxıstandakı məlum olaylardan az öncə orada Türk Dövlətləri Təşkilatı qurulmuşdu!.. ustad təsadüfənGözəmi gəldi?” deyə sual etmir...

 

***

 

2020-ci ildə Nur-Sultanda, Beynəlxalq Türk Akademiyasının xətti ilə qazaxca gün üzü görmüşQarabağ hekayələri”ni burada vurğulamadan keçməyək. Kitab Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva mərkəzi qərargahı İstanbulda yerləşən Türk Ədəbiyyatı VəqfininTürk Ədəbiyyatınəşrinin baş redaktoru İmdat Avşarın daha öncə Türkiyədə yaydıqları kitab əsasında bu yazı müəllifinin iştira­kı ilə hazırlanıb.

 

***

 

Yazımızı Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycan Prezident İlham Əliyevə bu il, mayın 26-da -- Müstəqillik günü (28 may) münasibəti ilə göndərdiyi Təbrik məktubundan bir cümlə ilə tamamla­yırıq:

Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə ürəkdən sevinir qarşılıqlı əməkdaşlığın hərtərəfli dərinləşməsinə yüksək diqqət ayırırlar”.

Qardaşlığımız var olsun!

 

Əkbər QOŞALI,

 

Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı,

 

Nurqali JUSUFBAY,

 

ea-news.kz portalının baş redaktoru

 

(Almatı, Qazaxıstan)

 

Xalq qəzeti.- 2022.- 19 avqust.- S.8.