Dövlət ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük önəm verir

 

Məlum olduğu kimi, bu il avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə verib. Dövlətimizin başçısı son vaxtlar Qarabağda, bütövlükdə regionda baş verən bir çox mühüm məsələlərlə bağlı olduqca dəyərli fikir və mülahizələr irəli sürüb. Eyni zamanda cənab Prezident ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Azərbaycan iqtisadiyyatı son illər dünya iqtisadiyyatına uğurla inteqrə olunur. Bu barədə danışarkən Prezident İlham Əliyev deyib: “Biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaş­dırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir”.

Təqdirəlayiq haldır ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində düşünülmüş ciddi işlər görülür. Azərbaycanın özünü buğda ilə təminetmə əmsalı bu ilin əvvəlinə 62 faiz olub. Bu göstəricini yüksəltmək məqsədilə dövlət başçısının tapşırığı ilə xüsusi proqram işlənib hazırlanıb, aqrar sahədə yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib. Bütün bubaşqa mühüm addımlar bunu deməyə əsas verir ki, Azərbaycanda qarşıdakı illər ərzində ərzaqlıq buğ­da istehsalı kəskin artacaq. Belə ki, qarşıdakı 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin etmək imkanına malik ola bilərik.

Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyanın bir parçasıdır və qlobal iqtisadiyyatda baş verən proseslər ölkə iqtisadiyyatına da təsirini göstərməyə bilməz. Prezident İlham Əliyev bunu nəzərə alaraq deyib: “Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, RusiyaUkrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Ru­siyaUkrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir”.

Məlumdur ki, Azərbaycan ənənəvi olaraq, taxılı da, gübrəni də Rusiya­dan alır. Prezidentin vurğuladığı kimi, rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində ölkəmizə kifayət qədər gübrə, və taxıl ixrac edilir və ediləcək. Azərbaycan özü də gübrə istehsalçısına çevrilib və hətta bu gün biz karbamid gübrəsini ixrac edirik.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Razyev dedi ki, Azərbaycanda son illər bütün kənd təsərrüfatı məhsullarının, o cümlədən, ərzaqlıq buğda əkini sahələrinin orta məhsuldarlığını artırmaq üçün səmərəli işlər görülür. İri suvarma layihələri uğurla icra olunur, aqrotex­niki tədbirlərin düzgün və vaxtında görülməsinə diqqət artırılır. Aqrar sahədə çalışanların əməyi davamlı olaraq stimullaşdırılır. Eyni zaman­da, ölkəmiz artıq azad edilmiş tor­paqlarda da əkin-biçinlə məşğuldur. Möhtərəm Prezidentin göstərişi ilə həmin ərazilərdə vaxt itirilmədən əkin işləri aparılıb, ərazilərin minalardan təmizlənməsi davam etdirilir.

Ekspertlər bildirirlər ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox mün­bit iqlim və təbii şərait var. Dövlətimizin başçısı qeyd etmişdir ki, işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü planlı şəkildə ixtisaslaşma əsasında təşkil olunur. Oraya qayıdacaq insan­lar əkin-biçinlə məşğul olmaqla, öz güzəranını özləri təmin edəcəklər. Eyni zamanda ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Prezident İlham Əliyev deyib: “Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri varbiz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurubbol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik”.

Azərbaycan hökuməti hesab edir ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrinin inkişafı üçün daha ge­niş imkanlar var. Dövlət əlbəttə, hər zaman qayğısını göstərməyə hazır­dır. Cənab Prezident vurğulayıb ki, dövlət fermerlərə, oraya qayıdacaq vətəndaşlara subsidiyalar verəcək, on­ların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq.

Kənd təsərrüfatı elmləri namizədi Babakişi Quliyevin fikrincə, aqrar sahə tarixən Azərbaycanın aparıcı sahələrindən biri olubbu gün də belədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər bu istiqamətdə mühüm is­lahatlar aparılıb və nəticədə ölkəmizdə kənd təsərrüfatı sahəsində ciddi keyfiyyət dəyişiklikləri baş verib.

Aqrar sahədə çalışan qocaman alim fəxrlə dedi ki, Azərbaycan kəndi 2021-ci ili nəzərəçarpan uğurlarla yola salıb. Ötən il ərzində ölkədə buğda, dən üçün qarğıdalı, şəkər çuğunduru, kartof, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı və tütün istehsalı və tədarükü xeyli artmışdır. 2021-ci ildə ölkəmizdə kənd təsərrüfatı məhsullarının ümu­mi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 9163,4 milyon manat təşkil edib ki, bunun da 50,8 faizi heyvandar­lıq, 49,2 faizi bitkiçilik sahələrinin payına düşüb.

Yeri gəlmişkən, 2021-ci ildə kənd təsərrüfatı, meşə və balıqçılıq sahələrində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,9 faiz təşkil edib. Ötən ilin yanvar-dekabr ayları ərzində 877,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac edilib. 2021-ci ildə kənd təsərrüfatı məhsulları ixra­cının həcmi özündən əvvəlki ilin müva­fiq dövrünə nisbətdə dəyər ifadəsində 15,1 faiz artıb. Bu il də ölkəmizin aqrar sektorunda yaxşı nəticələr əldə olunur ki, bu da əhalinin rifahına müsbət təsir göstərir.

Məlumdur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. “Milli Prioritetlər” ölkəmizin qarşıdakı 10 il ərzində bütün sahələrdə, eləcə də aqrar sahədə keyfiyyət etibarilə daha yüksək səviyyəyə çıxmasına şərait yaradacaq.

Bu gün modern idarəçilik modelləri yaradılır. Prezident İlham Əliyevin təşəbbüsü rəhbərliyi ilə ölkəmizdəağıllı kəndağıllı şəhər”lərin qurulması layihələri böyük uğurla re­allaşır. Bu mühüm işlər Azərbaycanın idarəçilik modern texnologiyaların tətbiqi istiqamətində yüksək intellektual kreativ ideyalara qədər açıq ol­duğunu bir daha bariz şəkildə nümayiş etdirir.

Azərbaycan dövləti üçün xalqımızın ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdən biridir. Zərrə qədər şübhə etmirik ki, bu istiqamətdə atılan konkret, düşünülmüş ad­dımlar, eləcə Qarabağda, Şərqi Zəngəzurda aqrar sektorda görülən səmərəli işlər Azərbaycanın ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2022.- 19 avqust.- S. 9.