Strateji valyuta ehtiyatları artır

 

Son illər ərzində qeyri-neft sektorunun inkişafı istiqamətində islahatların ardıcıl xarakter daşıması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisi­yabiznes mühitinin daha da yaxşılaşdırılması, qa­nunvericilik bazasının təkmilləşdirilməsi, institusional layihələrin həyata keçirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.

Bu, cari ilin ilk yarısının statistik göstəricilərdə də aydın ifadə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri ara­sında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizmictimai iaşədə 86 faiz, informasiya və rabitə sek­torunda 14 faiz artıb. Sənaye zonalarının ölkənin sənayeləşmə proseslərinə töhfəsi də özünü qabarıq göstərib. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb.

İlin ilk yarısında investisiya qoyuluşunda da müsbət dinamika nəzərə çarpıb. Belə ki, ölkə iqti­sadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğal­dan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda he­sabat dövründə əvvəlki aylarla müqayisədə əsas kapitala investi­siyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investi­siyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, yox­sulluğun azaldılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal çətinliklərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 19 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.

Yeri gəlmişkən, bu ilin altı ayın­da Azərbaycanın strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 54,2 milyard ABŞ dollarına çatıb. Cari il avqustun 1-nə isə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 407,2 mil­yon ABŞ dolları təşkil edib. Bu göstəricilər isə Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətindən, həm də yüksək maliyyə təhlükəsizliyindən xəbər verib.

Ümumiyyətlə, Azərbaycanın strateji valyuta ehtiyatlarının artımının dinamik xarakter alması təsadüfi deyil. Bu, əsasən, dövlət başçısının uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Prezident İlham Əliyev çıxış­larının birində bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordanneft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.

Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin yanvar-iyul aylarında ölkədə 74155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul (ÜDM) isteh­sal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olub.

İqtisadi inkişafın dinamik xarakter almasında kapital qoyuluşu mühüm rol oynayır. Reallaşdırılan investisiya yeni istehsal və xidmət sahələrinin, yerlərinin açılmasını şərtləndirir. Nəticədə məhsul istehsalı artır, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşır.

Son illər ərzində respublika­mızda xaricidaxili investisiya­ların iqtisadiyyata cəlb edilməsi istiqamətində də müxtəlif proq­ramlar həyata keçirilib. Məhz elə buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında, hətta bir çox Şərqi Avropa ölkələrindən öndə olub.

Beləliklə, ötən 10 il ərzində ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Respublikada möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxilixarici siyasət bu müddətdə qarşı­ya qoyulan mürəkkəb sosial-iqti­sadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb.

Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiya­ların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisa­diyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli inteqrasiya edib. Azərbaycan 4-cü sənaye inqilabı­nın fəal mərkəzlərindən biri olmaq­la xarici investorlar üçün böyük imkanlar məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz bö­yüyüb, qeyri-neft-qaz ÜDM isə 1,4 dəfə artıb, 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.

Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. Yeri gəlmişkən, 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azal­ması, 2020-ci ilin əvvəllərindən başlanandavam etməkdə olan pandemiya böhranı respublikada makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaradıb. Lakin bütün bunlara baxmayaraq, çevik və səmərəli iqtisadi idarəetmə hesa­bına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub. Ötən ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olub. Bu isə milli iqtisadiyyatın xaricidaxili təsirlərə qarşı tam dayanıqlığı kimi diqqət çəkib.

Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdır­maqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırıl­ması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühiti­nin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 19 avqust.- S. 11.