Qayıdışın ilk təəssüratları kövrək və qürurvericidir

 

Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli...”

 

 Düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni azad olunmuş ərazilərə köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var... Hər şeyin dağı­dıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yol­lara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

 

Azərbaycan Prezidenti İlham Əliyevin BBC News-a müsahibəsindən

 

Dövlət başçımız qaçqın məcburi köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıdacağı barədə fikirlərini əcnəbi mətbuat təmsilçilərinə söyləyəndə Şuşa hələ işğaldan azad edilməmişdi, Ermənistan rəhbərliyi məğlubiyyət sənədinə imza atmamışdı. O vaxt hələ bəzi siyasi dairələr Azərbaycanı dayandıracaqlarına inanır, kimlərsə müharibənin tezliklə bitəcəyini, işğalçıların Qarabağda Şərqi Zəngəzurda qalacaqlarını güman edirdi.

Ancaq siyasi proseslərin beş-on gediş sonrakı nəticələrini yaxşı bilən Prezident İlham Əliyev Qələbəmizə inanırdı, öz doğma yurd-yuvalarından vəhşicəsinə qovulmuş soydaşlarımızın ata-baba ocaqlarına qayıda­caqlarına da. Bəli, Prezidentin həmin inamı özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu düşməni diz çökdürdü, siyasətimiz Ermənistanın təklənməsinə nail oldu, diplomatiyamız ermənilərin son iki əsrdə yaratdıqları bütün mif əfsanələri puç etdi. Ən başlıcası, Qarabağdan Şərqi Zəngəzurdan didərgin salınmış soydaşlarımızın Böyük Qayıdışına start verildi.

Zəngilanlıların Ağalı kəndinə qayıdışının ilkin təəssüratlarını, laçınlılarla Qaçqınkomda keçirilən görüşün məmnuniyyətini bölüşən soydaşlarımızın sevincini görəndə mən ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə düşməndən azad edilmiş Horadizə qayıdış gününü xatırlayıram.

Həmin gün ölkənin müxtəlif yerlərindən köçkünlərin əmlakını gətirən onlarca yük maşınının Horadizə çatdığı məqamı çox­saylı həmkarlarımızla yanaşı, biz – “Xalq qəzeti”nin fotomüx­biri, mərhum Cahangir İbadov mən izləyirdik. “Kamaz”ın yük yerindən ətrafdakıların köməyi ilə düşürülən 60-65 yaşlı bir qadın anasının yanına qaçan quzu kimi inanılmaz sürətlə özünü dörd-beş il ayrı qaldığı evinə çatdırdı ... pilləkənləri öpə-öpə, sürünə-sürünə evə girdi. (Cahangir müəllim həmin məqamı fotoplonkaya köçürdü bizim hazırladığımızDikəlt qamətini, dirçəl, Horadiz...” sərlövhəli səhifənin ən uğurlu foto­larından biri oldu).

Qadın ona görə pilləkənləri öpürdü ki, bura onun evi, oca­ğı, ata-baba yurdu, Vətəni idi. Ermənilər isə Qarabağda Şərqi Zəngəzurda istənilən evə, tikiliyə, məscidə, kilsəyə yaxınlaşanda ilk növbədə oradakı daşların bir neçəsini çıxararaq onları xaç işarəsi olan daşlarla dəyişdirirlər. Çünki onlar burada yad, gəlmə, özgədirlər. Bilirlər ki, bura onların vətəni deyil.

Zilmarkalı yük maşınının üstündəki cavan oğlan aşağıdakı yaşıdına dedi: “Götür, samova­ra od sal!” O, əvvəlcə samovarı verdi, sonra beş litrlik plastmas qabda hardansa gətirdiyi suyu. Bu proseslər adi sadə idi. Ancaq yurda qayıtmış gəncin samovara od salmasından dərhal sonra ona yaxınlaşan qonşularınxüsusən qocalarınsamovarın tüstüsünü iyləməsini, udmasını, “oxxaydeyərək ciyərinə çəkməsini görmək o qədər sadə görün­tü deyildi. Horadizlilər samovar tüstüsünü ona görə ciyərlərinə çəkirdilər ki, bu yer min illər boyu onların əcdadlarının Vətəni olub.

Bu lövhələr horadizlilərin doğma qəsəbədən beş-altı il ayrı düşməsindən sonra yaran­mışdı. İndi gör Ağalı kəndinin sakinləri otuz ildən sonra doğma yurda qayıdarkən hansı hissləri keçiriblər.

Ermənilər son otuz ildə Qarabağa Şərqi Zəngəzura gələndə gedəndə (daha doğrusu, gedəndə yox, oradan qovulanda) ilk növbədə tüstü çıxarırlar. Onlar otuz il qabaq torpaqlarımızı işğal edəndə evləri, məscidləri, meşələri yandırmışdılar, otuz ildən sonra bu torpaqlardan qovulanda da hər şeyi yandırıb-yaxıb çıxır­lar. Çünki özləri bilirlər ki, bu ərazilər heç zaman onların Vətəni olmayıb. Bu vəhşi qəbilənin, barbar tayfanın, vandal toplumun əlindən gələn ancaq türk torpaq­larından türk mədəniyyətinin izini silmək üçün viranələr törətmək, yandırıb-yaxmaq, talan qarət etməkdir.

Ancaq Azərbaycan xalqı, dövlətimiz müzəffər Preziden-timiz möhtəşəm bir quruculuq missiyasını uğurla yerinə yetirməkdədir. Bu zaman bir məqamı yada salmaq istəyirəm. Belə ki, bu gün artıq Zəngilanın Ağalı kəndinin sakinləri öz ocaq­larına qayıdıblar. İndi bu ifadəni işlətmək çox asandır. Ancaq həmin kənddə bu mərhələyə qədər hansı proseslərin getdiyini xatırlayanda çox gərgin işlərin şahidi oluruq.

Yadımdadır, ötən il aprelin 26-da Prezident İlham Əliyev ailə üzvləri Ağalı kəndində olanda ÇininHuayvey-Azərbaycanşirkətinin baş meneceri Deyvid dövlət başçımıza verdiyi yığcam hesabatda demişdi ki, biz “ağıllı kəndrəqəmsal texnologiyamız­dan Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə edəcəyik: “Dünya üzrə aparıcı İKT texnolo­giyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə gələcəkdəağıllı kənd”lərin inkişa­fında iştirak etməyə hazırıq. Apa­rıcıağıllı şəhərağıllı kəndtexnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var bizim 100-dən çox qlobal layihəmiz mövcud­dur. Qarabağdaağıllı kəndüzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfəQiqabit AirPONtexnologiyasından istifadə edəcəyik. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurul­masını sürətləndirə xərclərə qənaət edə bilərik. Biz “ağıllı kəndlayihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyəağıllı kənd təsərrüfatısistemlərini həyata keçirəcəyik”. İndi həmin fikirlərin hamısı günün reallığıdır.

Yaxud həmin gün Türkiyə şirkətinin əməkdaşı dövlət başçı­mızı əmin etmişdi ki, “ağıllı kənd”in yaradılması prosesində istifadə ediləcək bu qurğudünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu –“Arximedsistemidir. Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olanArximedqurğusuağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiya­cını ödəyəcək artıq qalan ener­jini xaricə satmaq mümkün olacaq: “Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem Günəş ener­jisi digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni za­manda, turizm infrastrukturu üçün şərait yaradır. Cənab Prezident, əlbəttə, Sizin dəstəyinizlə, bütün ehtiyaclarını öz daxili imkanları hesabına ödəyə bilən birağıllı kəndlayihəsi yaratmağı planlaşdırırıq”.

Bəli, həmin proseslərin hamısı artıq geridə qalmış, Ağalıdaağıllı kəndyaradılmış sakinlər oraya köçürülmüşdür.

Bütün bunlardan sonra isə cənab Prezidentin məşhur ifadələrindən birini yada salmaq zərurəti yaranır :Nəyi, necə, vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni za­manda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2022.- 20 avqust.- S.3.