Azərbaycanın mövqeyi qətidir

 

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər

 

Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilibbiz buna nail olacağıq və nail oluruq.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Qarabağa indi sevincli köç başlayıb. Bir müddət əvvəl Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 illik yurd həsrətindən sonra doğma el-obalarına qaydırdılar. Sevinclərinin həddi-hüdudu yox idi. Təkcə onlar yox, bütün Azərbaycan xalqı sevinirdi. Həsrətlə gözlədiyimiz gününBöyük Qayıdışın ilk müjdəsini yaşayırıq. İndi Ağalıda həyat öz axarına düşüb. Kənd sakinləri doğma ev-eşiklərində, dədə-baba yurdlarındadır. Bu sevinci onlara bəxş edən Prezident, müzəffər Ali Baş Komandana və yenilməz Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirirlər. Növbəti Böyük Qayıdışın sevincini Laçın rayonunun ZabuxSus kəndlərinin sakinləri yaşamağa hazırlaşırlar.

Bəli, Qarabağda və Şərqi Zəngəzurda köçhaköçdür. Laçın rayonunun ZabuxSus kəndlərində qanunsuz məskunlaşdırılmş ermənilər köçürlər. Necə gəlmişdilərsə, eləcə də qayıdırlar. Hara köçdükləri bizi maraqlandırmır. Əsas odur ki, işğaldan azad edilmiş ərazilərimizi boşaldırlar. Ermənilər dərk etməli idilər ki, “özgə atına minən tez düşər”. Onlar özləri də yaxşı bilirdilər ki, ZabuxSus kəndləri əzəli və əbədi Azərbaycan məskənləridir. Azərbaycanın razılığı olmadan digər ölkələrin vətəndaşları bu ərazilərdə əbədi yaşaya bilməzlər. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol PaşinyanRusiya Federasiyasının Prezidenti Vladimir Putinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Üçtərəfli Bəyanatın 6-cı bəndində yazılırdı: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km enində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır”. Sonradan Ermənistan rəhbərliyinin xahişi ilə bu müddət bir ay da uzadıldı. Lakin qəddar və cəllad ermənilər Azərbaycan ərazilərini boşaldarkən faşizmə xas xislətlərini bir daha nümayiş etdirir, evləri və meşələri yandırırdılar. Guya bununla azərbaycanlılardan qisas alırdılar. Dünya ictimaiyyəti bir daha erməni vandalizminin şahidi oldu.

Azərbaycan üzərinə düşən öhdəlikləri yernə yetirsə də, Ermənistan məlum bəyanatın tələblərini yerinə yetirmək istəmir. Deyəsən, “dəmir yumruğun dadını unudublar. Niyə belə tez? AncaqQisas” əməliyyatı zamanı yenidən “dəmir yumruğu başları üzərində gördülər. Yeri gəlmişkən, bir neçə həftə əvvəl erməni silahlı qruplaşmaları Qarabağda yenidən atəşkəsi pozdular. Erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma baş verdi. Nəticədə bir əsgərimiz şəhid oldu. Dərhal “Qisas” əməliyyatı başlandı və bir neçə saat ərzində erməni silahlı birləşmələri darmadağın edildi.

Prezident, Ali Baş Komandan İlham Əliyev ötən günlərdə İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə də aydınlıq gətirdi. Dedi ki, biz dərhal “Qisas” əməliyyatı keçirərək, şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Dövlət başçımız bir neçə saat ərzində da­vam edən “Qisas” əməliyyatını cəza tədbiri adlandırdı. Azərbaycan şəhidinin qanının düşmənlərə baha başa gəldiyini vurğu­layan Prezident bir daha qəti mövqeyini bildirdi: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaqheç kim bizə mane ola bilməz, heç kim bizi dur­dura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik.”

İkinci Qarabağ müharibəsi ordumuzun gücünü dünyaya göstərdi. Otuz il ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, eləcə də hadisələrə təsir imkanlarına malik dövlətlərin həll edə bilmədikəri problemi Azərbaycan cəmi 44 gün ərzində həll etdi. Rəşadətli ordumuz istədiyimizi hərbi yolla həll etdi. Zamanı çatdıqca digər arzularımı­za da yetişəcəyik. Dövlət başçımız da müsahibədə bunu diqqətə çatdırdı. Dedi ki, nə istəmişiksə, onu da etmişik, artıqla­ması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur: Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdubütün vəzifələr icra edildi”.

Azərbaycan Cənubi Qafqazda ar­tıq şərtlərini diktə edən ölkəyə çevrilib. Ermənistan ölkəmizin irəli sürduyu bütün təkliflərlə razılaşmaq məcburiyyətindədir. Çünki artıq bu ölkənin seçimi yoxdur. Yeganə çıxış yolu Azərbaycanın təklif etdiyi beş baza prinsiplərini qəbul edərək, sülh müqaviləsini imzalamaqıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, yalnız bu halda düşdüyü acınacaqlı durumdan xilas ola bilər. Əgər Azərbaycanın irəli sürdüyü təkliflərlə sona qədər razılaşsa, ölkəyə kapital axını gələr və bundan sonra Ermənistan siyasi, iqtisadi sabitliyin daya­nıqlı inkişafının əsasını təşkil edə bilər.

Azərbaycanın mövqeyi qətidir. Dövlət başçımız da müsahibədə bunu bir daha diqqətə çatdırdı: “Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilibbiz buna nail olacağıq və nail oluruq”.

Azərbaycan dövləti yenə də öz humanizim prinsiplərinə sadiqliyini nümayiş etdirir. Yəni Qarabağda yaşamaq istəyən ermənilərə icazə verilir. Ancaq dövlət başçımızın dediyi şərtlərlə: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsu­si imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onlarınkı da elə. Ancaq budur yol!”.

Rəsmi İrəvan 44 günlük müharibədən sonra Azərbaycan ilə yekun sülh sazişinin imzalanması prosesini hələ də müxtəlif bəhanələrlə uzatmağa çalışır. Ermənistan vaxtı uzatmaqla özləri üçün daha sərfəli məqamlar qazana biləcəyinə və əlverişli istiqamətlər alacağına ümid bəsləyir. Halbuki Azərbaycan OrdusununQisasantiterror əməliyyatı rəsmi İrəvanın bu ümidlərinin üstündən də çarpaz xətlər çəkdi. Azərbaycan tələblərində konkret və əzmkar olduğunuQisas” əməliyyatı ilə sübut etdi. Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli müzakirələrə qədər ordumuzun məqamı çatanda cəza tədbirlərini davam etdirəcəyini ermənilər də bilməmiş deyil.

Artıq Ermənistan rəsmləri də “Qisas” əməliyyatından sonra tam əmin oldular ki, Üçtərəfli Bəyanatın tələblərini yerinə yetirmək məcburiyyətindədirlər. Erməni ge­neral Movses Akopyan da müsahibələrinin birində deyib ki, rəsmi Bakı bu addımlarla Paşinyan hakimiyyətini üçtərəfli anlaş­maların icrasına məcbur etməyə çalışır: “Çünki danışıqlar prosesinin ləng gedişi və hələlik nəticəsiz qalması Azərbaycanı daha radikal davranmağa sövq edir. Və yaxın gələcəkdə belə addımların təkrarlanmayacağına da qətiyyən təminat yoxdur”.

Göründüyü kimi, son hadisələr Ermənistanı qorxuya salıb və bundan son­raQisas” əməliyyatının təkrarlanmasını istəmirlər. Çünki hər dəfə Azərbaycan Ordusundan ağır zərbələr aldıqca Silahlı Qüvvələrimizin gücünü daha yaxından hiss edirlər. Ermənistan rəhbərliyi artıq dərk etməyə başlayıb ki, son hadisələr Azərbaycan OrdusununQisas” əməliyyatının doğurduğu real nəticələrdir. Yəni Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri hansı yollarla olursa-olsun, çıxarılmalıdır. Bu proses tezliklə başa çatdırılmalıdır. İşğaldan azad edilmiş ərazilərimizdə silahlı separatçı-ter­rorçu ermənilər qalmamalıdır.

Qisas” əməliyyatı Ermənistan cəmiyyətini tədricən reallığa qaytarmağa başlayıb. Artıq ermənilər də dərk edirlər ki, hansısa dövlətin himayədarlığı ilə qonşuların ərazilərini ələ keçirtmək dövrü başa çatıb. İndi dünyada heç bir dövlət işğalçı ölkəyə dəstək vermir. Söz yox ki, Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazanana qədər dünyada mövcud olan ikili standartlar Ermənistanı ruhlandırırdı. Ancaq dövlət başçımızın qətiyyəti və yenilməz ordumuzun gücü dünya erməniliyinin bütün ümidlərini alt-üst etdi.

Ermənistan hakimiyyəti artıq Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirib. Azərbaycan hakimiyyəti isə öz təsir imkanlarını getdikcə artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti on­ların problemlərini həll etmək iqtidarında deyil. Qarabağda yaşayan ermənilər təhlükəsizlik, iqtisadi, maliyyə və digər sahələrdə Ermənistandan heç nə gözləmirlər. Çünki məğlub ölkə onlara dəstək vermək iqtidarında deyil. Əksinə, hiss edirlər ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır . Dövlət başçımız da dəfələrlə bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, artıq azad edilmiş ərazilərimizdən köç başlayıb. “Özgə atına minən” ermənilər indi düşmək məcburiyyətində qalıblar. Onlar Laçını, ZabuxSus kəndlərini tərk edirlər. Yenə də dünyaya erməni vəhşiliyini, qəddarlığını nümayiş etdirirlər. Nə qədər vəhşilik etsələr də, fakt faktlığında qalır. Həmin ərazilər Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Bunu Zabux kəndinin sakinləri də təsdiqləyirlər. Zabux kəndinin sakini Məhər Quliyevin dediklərindən: “Baxıram, erməni deyir ki, 30 ildir burda ya­şamışıq, hara gedək? 30 il orda yaşamaq o torpağın sahibi olmaq demək deyil. Bəzi mənbələrdən oxudum ki, ermənilər Zabux­dan çıxarkən evləri yandırırlar. Onsuz da onlar dağıtdığını dağıdıblar. İndi yandırdıq­ları bizə elə də böyük təsir etmir”.

32 yaşında doğma Zabux kəndini tərk etmək məcburiyyətində qalan Tahir Hüsey­novun hazırda 62 yaşı var. O, 30 ildir ki, Zabuxdakı evinin açarlarını hələ də saxla­yır. Tahir kişi deyir: “Bu günə qədər ümidimi itirməmişəm. Əmin idim ki, nə vaxtsa doğma kəndimizə qayıdacağam. Şükürlər olsun Allaha ki, möhtərəm Prezidentimiz şanlı ordumuzun gücü ilə həmin günü bizə nəsib etdi”.

Tahir kişi Zabuxun erməni kəndi oldu­ğunu iddia edənlərə də öz sözünü dedi: “Ümumiyyətlə, o ərazidə erməni olmayıb. Zəngəzurda da heç vaxt erməni olmayıb. Kəndimizdə VII- VIII əsrlərə aid məscid var idi. Həmin məscidin arxitekturasına, fasadına baxanda bizim milliliyimizin əksini görürdük”.

Hazırda zabuxlular Böyük Qayıdışı gözləyirlər. Tahir kişi deyir ki, qızım müəllimdir və səbirsizliklə gözləyir ki, Zabuxda müəllim işləsin. Uşaqlarımız bu ümidlə yaşayırlar. Kəndimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik.

Kəndi tərk edən ermənilər bununla ba­rışmaq istəmirlər və evlərə benzin tökərək od vururlar. Xislətini hər hərəkətində bəlli edən ermənilər əzəli və əbədi Azərbaycan torpağını belə tərk edirlər. ZabuxSus kəndlərini tərk edən ermənilər geridə salamat heç nəyi buraxmaq istəmirlər. Heç onların zir-zibillərinə ehtiyac da yoxdur. Əslində, ermənilər bir gün bu kəndləri tərk edəcəklərini bilməli idilər. Çünki bu torpaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Onların kəndləri tərk edərkən geridə buraxdıqları isə sadəcə, barbarlıqdı. Faşizm xislətlilər tərk edtikləri kəndləri nə qədər dağıtsalar da, tezliklə həmin ərazilər yenidən dirçəldiləcək və əsl sahibləri öz yurd-yuvalarına qayıdacaqlar.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2022.- 20 avqust.- S. 4.