Regionların inkişafında yeni mərhələ

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir yanaşmalarmilli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində ölkəmiz son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasında yer alıb. Dövlət başçımızın həyata keçirdiyi sosial-iqtisadi siyasət alternativsizdir və aparılan islahatlar cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirir. Möhtərəm Prezidentimizin bölgələrə hər səfəri regionların inkişafında, vətəndaşların rifahının, firavan həyatının təminatında mühüm əhəmiyyət kəsb edir. Bugünlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, Ağsu və İsmayıllı rayonlarına səfərləri bunun daha bir nümunəsidir.

Bu gün regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, sosial obyektlər inşa edilir. Qarabağda aparılan bərpa-tikinti işləri də bundan xəbər verir. Hətta dünyanı koronavirus pandemiyası bürüsə də, Azərbaycanda heç bir layihə təxirə salınmadı. Bu onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və xoş güzəranı dayanır. Bu səfərlər bölgələrin sosial-iqtisadi inkişa­fına da müsbət təsirini göstərir. Hazırda rayonların siması tamamilə dəyişdirilib, yeni yerləri açılıb, işsizliyin səviyyəsi aşağı düşüb.

Həyata keçirilən tədbirlər rayon­ların sosial-iqtisadi inkişafına böyük töhfə verib. Elektrik enerjisi və içməli su təchizatı, qazlaşdırma, yol infrast­rukturu, suvarma, sosial infrastruktur layihələri uğurla icra olunur, hər rayonda müasir səhiyyə müəsissələri, tibb ocaqları, çoxlu sayda məktəb inşa edilib. Bu tərəqqi Ağsu və İsmayıllı rayonlarında da özünü göstərir.

Prezident İlham Əliyev bir neçə gün əvvəl İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həyata keçirilən tədbirlərə diqqət yönəldib, görüləcək işlərlə bağlı fikirlərini ifadə edib. Dövlət başçımız hər iki rayonda böyük infrast­ruktur layihələrinin icra edildiyini, həmin layihələrin əsas hissəsinin başa çatdığını bildirərək, istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük planların icra edildiyini vurğulayıb: “Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir”.

Sosial infrastrukturla bağlı böyük layihələr icra olunmasına gəlincə isə Ağsu və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikildiyini, 100-ə yaxın məktəb inşa edildiyini, ya da əsaslı şəkildə təmir olunduğunu qeyd edən cənab Prezident yeni yerlərinin yaradılması ilə bağlı böyük layihələrin icra olunduğunu da diqqətə çatdırıb. Görülən işlər və səslənən fikirlər bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradıldığını göstərir və Prezidentin qeyd etdiyi kimi, “infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qobustan rayonuna səfərləri zamanı ölkə rəhbərlərinin burada yerləşən “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmaları dini abidələrimizə dövlətimiz tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Dövlət başçımız bu tarixi abidənin bərpa edilməsi, konservasiya olunması və ətrafında turizm infrastruk­turunun yaradılması ilə bağlı tapşırıq vermişdir. “Bu gün isə yolüstüDiri Baba” türbəsində gedən işlərlə tanış oldum”, – deyən Prezident qeyd etdi ki, “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir: “Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim bor­cumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şəraitmüasir standartlara cavab verməlidir”.

İsmayıllıda sosial obyekt olanBasqal Resort & Spaotelinin açılışı Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellərin inşa edilməsindən xəbər verir. Ölkənin hər bölgəsində turistləri qarşılamaq üçün müasir tələblərə cavab verən otellər vardır ki, bu da qeyri-neft sahəsində əldə etdiyimiz uğurlarımız sırasındadır. Vurğulamaq yerinə düşər ki, turizm sahəsi xidmət sektoru olmaqla bərabər, həm də iqtisadiyyatın mühüm maliyyə mənbəyidir. Cənab Prezident müsahibəsində “Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu”, – deyərək bu­nun, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirdiyini bildirdi.

“Təkcə Basqaldakı oteldə 300-ə yaxın yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır, – deyən Prezident Ağsu rayonunda böyük aqroparkın fəaliyyətinin də bölgə iqtisadiyyatına töhfə verdiyini bildirdi: “Orada da 200-ə yaxın yeri açılıb. Yəni yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni yerlərinin açılmasına böyük dəstək olur.”

Göründüyü kimi, dünyada pande­miyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, dövlət başçımızın rəhbərliyi ilə ölkədə islahatlar, sosial-iqtisadi infrastruktur layihələri davamlı olaraq icra edilir.

 

Azər SÜLEYMANOV,

 

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri,

 

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2022.- 20 avqust.- S. 4.