“Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 308        

 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ətraf mü­hitin çirkləndirilməsinə görə ödəniş normativlərini yeni iqtisadi şəraitə uyğun­laşdırmaq, təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətini tənzimləmək və onların məsuliyyətini artırmaq məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atıl­masına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

1. Adı aşağıdakı redaksiyada verilsin:

 

“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında”.

 

2. 1-ci hissədə “Təbii ehtiyatlardan və obyektlərdən istifadəyə və çirkləndirici maddələrin təbii mühitə atılmasına” sözləri “Ətraf mühitin çirkləndirilməsinə” sözləri ilə və “ödəmə” sözü “ödəniş” sözü ilə əvəz edilsin.

 

3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

“2. “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).”.

 

4. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

 

“3. Ətraf mühitin çirklənməsinə görə ödəniş normativləri təsdiq edilsin (əlavə 3-6).”.

 

5. Həmin Qərarla təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları” üzrə:

 

5.1. adı aşağıdakı redaksiyada verilsin:

 

“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları”;

 

5.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

“1. Bu Qaydalar ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.”;

 

5.3. 2-ci hissədə “pullusözü “ödənişli” sözü ilə əvəz edilsin;

 

5.4. 3-cü hissədə “tabeliyindən asılı olmayaraq bütün nazirliklər, birliklər, müəssisələr, dövlət, ictimai koopera­tiv və digər təşkilatlar, vətəndaşlar, xarici hüquqifiziki şəxslər, bütün müştərək müəssisələr tərəfindən tətbiq edilməlidir” sözləri “hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla), dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilərə şamil olunur” sözləri ilə əvəz edilsin;

 

5.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

 

“4. Ətraf mühitə zərərli maddələrin atıl­masına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəniş normativlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətbiq edir.”;

 

5.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

“5. Təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantılarının yerləşdirilməsinin yol verilən həcmləri Azərbaycan Respub­likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoyulan limitlərlə müəyyənləşdirilir.”.

 

5.7. 6-cı hissə üzrə:

 

5.7.1. birinci abzas aşağıdakı redaksi­yada verilsin:

 

“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərə aşağıdakılar daxildir:”;

 

5.7.2. ikinciüçüncü abzaslarda “ödəmələr” sözü “ödənişlər” sözü ilə əvəz edilsin;

 

5.7.3. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

 

Bu Qaydanın 5-ci hissəsinə uyğun müəyyən edilmiş limitdən (normativdən) çox çirkləndirici maddələrin atılmasına (axıdılmasına) görə ödənişlər 5 qat artıq məbləğdə tətbiq edilir.”;

 

5.8. 7-ci, 10-cu, 12-ci, 14-16-cı, 18-ci hissələr ləğv edilsin;

 

5.9. 8-ci hissənin birinci cümləsində “Təbiət istifadəçilərinin günahı” sözləri “Təbiətdən istifadəçilərin təqsiri” sözləri ilə, “sənaye” sözüistehsalatsözü ilə, “normativ ödəmələrə nisbətən on dəfə artıq tarif müəyyən edilir” sözləri “ödənişlər 10 qat artıq məbləğdə tətbiq edilir” sözləri ilə əvəz edilsin;

 

5.10. 9-cu hissə üzrə:

 

5.10.1. birinci abzas aşağıdakı redaksi­yada verilsin:

 

Bu Qaydaların 6-cı və 8-ci hissələrində göstərilən ödənişlərin tətbiqi təbiətdən istifadəçiləri aşağıdakılardan azad etmir:”;

 

5.10.2. ikinci abzasda “ehtiyatların” sözü “resursların (ehtiyatların)” sözləri ilə, “müəssisələrin (təşkilatların) və vətəndaşların” sözləri “istifadəçilərin” sözü ilə və “ödəmələrindən” sözü “ödənişlərindən” sözü ilə əvəz edilsin;

 

5.10.3. üçüncü abzasdan “təbii ehtiyatlardan səmərəsiz istifadə,” sözləri çıxarılsın;

 

5.10.4. dördüncü abzas ləğv edilsin.

 

5.11. 11-ci hissə üzrə:

 

5.11.1. birinci abzasda “təbiət istifadəçilərinin” sözləri “təbiətdən istifadəçilərin” sözləri ilə əvəz edilsin;

 

5.11.2. ikinci abzas ləğv edilsin;

 

5.12. 17-ci hissə üzrə:

 

5.12.1. birinci abzas ləğv edilsin;

 

5.12.2. ikinci abzasda “Təbiət istifadəçiləri” sözləri “Təbiətdən istifadəçilər” sözləri ilə, “yerli təbiəti mühafizə orqanlarının müəyyən etdiyi vaxtda ilin hər rübündə hesaba keçirirlər” sözləri “hər ayın 10-dan gec olmayaraq ödəyirlər” sözləri ilə əvəz edilsin;

 

5.12.3. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

 

“Təbiətdən istifadəçilər ödənişləri 2 ay ardıcıl olaraq ödəmədikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə müraciət edir.”;

 

5.13. 19-cu hissədə “ödəmələr təbiət istifadəçilərinin” sözləri “ödənişlər təbiətdən istifadəçilərin” sözləri ilə, “ehti­yatlardansözüresurslardan (ehtiyatlar­dan)” sözləri ilə, “təbiəti mühafizə qanun­vericiliyi aktlarına” sözləri “ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə” sözləri ilə əvəz edilsin.

 

6. Həmin Qərarın 3-6 nömrəli əlavələri yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

7. Həmin Qərarın 7 nömrəli əlavəsi ləğv edilsin.

 

Bakı şəhəri, 17 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 20 avqust.- S. 6.