Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 310

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarix­li 359-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Enerji menecment sisteminə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisa­diyyat Nazirliyi Azərbaycan Respublika­sının Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartın (İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiqi ilə bağlı müvafiq tədbirlər görsün.

3. Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

 

Bakı şəhəri, 17 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 20 avqust.- S. 6.