“Ədliyyə
orqanları işçilərinin, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının, Penitensiar Xidmətinin
və Tibb Baş
İdarəsinin dövlət qulluqçusu
olmayan mülki
işçilərinin, Penitensiar Xidmətinin
müddətli həqiqi hərbi xidmət keçən hərbi
qulluqçularının vəzifə maaşlarının məbləğlərinin
müəyyən edilməsi və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarının
və onların struktur elementlərinin ləğv
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 315
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1163, ¹ 9, maddələr 1562, 1576; 2021, ¹ 4, maddə 389) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur, dərc edilmir).
2. Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Bakı şəhəri,
18 avqust 2022-ci il
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2022.- 20 avqust.- S. 7.