Tamam Cəfərova: Azərbaycanlıların doğma yurda – Laçına qayıtmaları haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir

 

Laçın rayonunun ZabuxSus kəndlərində qeyri-qanuni olaraq məskunlaşdırılmış ermənilərin yaşadıqları yeri tərk edərkən evləri yandırmaları, ərazinin ekosisteminə zərər vurmaları ilə əlaqədar görüntülər hamıya məlumdur. Bunlar ermənilərin nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir. Təəssüf ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilərin bu vandallığına məruz qalıb. Bütün bunlara baxmayaraq, Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə sülhpərvər, humanist mövqe nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, üçtərəfli Bəyanatın 6-cı maddəsində tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən, La­çın dəhlizindən yan keçən yeni hərəkət marşrutunun inşası planı və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti­nin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi nəzərdə tutul­muşdu. Həmişə olduğu kimi, bu məsələdə də Azərbaycan verdiyi vədə əməl edərək, öz öhdəliyini yerinə yetirib. Qarabağda yaşayan etnik ermənilər üçün müasir stan­dartlara uyğun yeni yol artıq inşa olunub. Buradan belə aydın olur ki, Bəyanatın müvafiq bəndinə əsasən, yerdəyişmənin həyata keçirilməsi üçün heç bir maneə qalmayıb. Bu yeni yolun Azərbaycan Respubli­kasının ərazisindəki hissəsinin bu qədər qısa müddətdə və belə yüksək keyfiyyətlə inşa olunması bir daha onu göstərir ki, Azərbaycan verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqdir. Azərbaycan hər zaman olduğu kimi, yenə də humanist mövqe nümayiş etdirir. Buna baxma­yaraq, son günlər Ermənistan tərəfi bölgədə vəziyyəti gərginləşdirərək, prosesə süni maneələr yaratmağa çalışır. Əlbəttə, bu, qəbulolunmazdır. Azərbaycan tərəfi isə həmişə olduğu kimi, qarşı tərəfin bütün cəhdlərinə cavab verməyə hazırdır. Bunun ən bariz örnəyini avqust ayının 4-də qəhrəman ordumuzun həyata keçir­diyiQisasantiterror əməliyyatında gördük. “Qisas” əməliyyatı düşmənə çox ciddi xəbərdarlıq idi.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, Qara­bağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşa­ya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə yaşayacaqlar.

“Xüsusilə qeyd etməliyik ki, Laçın rayonunun ZabuxSus kəndlərində yaşayan ermənilər oraya qanunsuz olaraq yerləşdiriliblər. Bu, qeyri-qanuni məskunlaşmadır və beynəlxalq hüquqa tamamilə ziddir. Vaxtilə bura­da yaşayan minlərlə azərbaycanlı öz doğma ata-baba yurdundan didərgin düşüb. Onların doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquq və eləcə də haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir. Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını tərk edərkən törədikləri vəhşilikləri indi də Laçın şəhərində, ZabuxSus kəndlərində edirlər.

Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili stan­dartlar dünyanın gözünü bağlasa da, reallığı inkar etmək mümkün deyil. Azərbaycanlılarla ermənilər arasındakı fərq göz qabağındadır. Azərbaycanlılar qurucu, yaradıcı, ermənilər isə dağıdıcı, vəhşi, vandal xalqdır, – deyə Tamam Cəfərova diqqətə çatdırıb.

 

Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 2.