Azərbaycanın
Qarabağda həyata keçirdiyi
işlər ölkəmizin verdiyi vədlərə
sadiqliyinin göstəricisidir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə avqustun sonunadək Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin ölkəmizin nəzarəti altına keçəcəyini bildirdi. Bu, bir daha onu göstərir ki, Vətən müharibəsində qələbədən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə prosesləri öz maraqlarına uyğun idarə edir və dövlətimizin başçısının dediyi kimi: “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ağalar Vəliyevin “Azərbaycanın Qarabağda həyata keçirdiyi işlər ölkəmizin verdiyi vədlərə sadiqliyinin göstəricisidir” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, keçmiş məcburi köçkünlərin Laçına qayıdışı artıq reallaşmaq üzrədir və bu proses 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq həyata keçiriləcək. Çünki həmin Bəyanatda üç il müddətində Laçın dəhlizinə alternativ yolun inşası nəzərdə tutulmuşdu. Sonradan yeni yolun marşrutu Rusiya tərəfinin vasitəçiliyi ilə müəyyən edildi və razılaşdırıldı. Yeni yolun Azərbaycan ərazisindəki hissəsinin qısa müddətdə yüksək keyfiyyətlə və inşası ölkəmizin üzərinə götürdüyü öhdəlikləri və verdiyi sözləri daim yerinə yetirməsinin növbəti bariz nümunəsidir.
Yeni yolun tikintisi ilə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli qayıdışını təmin edəcək ki, bu da ümumilikdə münaqişədən sonrakı normallaşma prosesi istiqamətində növbəti mühüm addım olacaq. Lakin bu məsələdə də Ermənistan tərəfindən bəzi dekonstruktiv addımlar atılıb. Məsələn, ölkəmiz yolun Azərbaycandan keçən hissəsinin inşasını qısa müddətdə tamamladığı halda, Ermənistan öz tərəfindən götürdüyü öhdəliyi yerinə yetirməyib, yolun inşası ilə bağlı heç bir addım atmayıb. Bu da onu göstərir ki, Ermənistan hakimiyyəti öz vətəndaşlarının rifahına da etinasız yanaşır. Çünki bu yol Qarabağda yaşayan ermənilərin Ermənistana rahat gediş-gəlişini təmin etmək üçün nəzərdə tutulub.
Buradan yenə də görünür ki, Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirir, hətta Qarabağda yaşayan erməni əhalinin xahişi ilə Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolun tikilməsinə də razılaşıb. Lakin Azərbaycanın öz öhdəliklərinə belə məsuliyyətlə yanaşması, bu qədər tikinti-quruculuq işləri həyata keçirməsi fonunda Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinin icrasına laqeyd yanaşır, o cümlədən, ölkəmizin qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin olunması üçün açılması nəzərdə tutulan Zəngəzur dəhlizi məsələsindən boyun qaçırmağa cəhd göstərir. Bununla belə, bölgədə baş verən proseslər, dövlətimizin başçısının qətiyyətli mövqeyi, ölkəmizin artan gücü Azərbaycanın Zəngəzur dəhlizi məsələsində də öz istəyinə çatacağını deməyə əsas verir.
Azərbaycanın Qarabağda həyata keçirdiyi işlər ölkəmizin verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqliyinin nümayişidir.
Ümumiyyətlə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb və şərtləri özü diktə edir. Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.
Bu gün
Laçın şəhəri, Zabux və
Sus kəndlərində yaşayan
bəzi ermənilər tərəfindən ziddiyyətli fikirlər
səsləndirilir. Onlardan bəziləri
buranı özlərinə doğma yurd hesab edirlər. Lakin düşünmürlər ki, işğal edilmiş torpaqlarda məskunlaşdırma
aparılması qanunsuzdur və bu, Ermənistanın müharibə cinayətlərinin
növbəti təzahürüdür. Bu,
eyni zamanda, Cenevrə
konvensiyalarının ciddi pozuntusu,
müharibə cinayəti olmaqla, Ermənistan
üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Qanunsuz məskunlaşdırmaya görə isə
bütün məsuliyyət Ermənistan
hakimiyyətinin üzərinə düşür.
Bu ərazilərdə məskunlaşanların
mütləq əksəriyyətinin Ermənistana
köçmək istəməsi də onu
göstərir ki, onların bölgəyə
heç bir aidiyyəti
yoxdur. Hətta ermənilərin gedərkən
evlərini, meşələri yandırmaları onların buralara bir daha
qayıtmaq ümidinin olmamasını,
xislətini, barbarlığını göstərir. Halbuki o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə
vaxtsa oraya yenidən
qayıdacaqlarını bildikləri üçün
heç bir
yanğın və ya dağıntı
törətməmişdilər. Çünki
bölgənin əsl sahibləri azərbaycanlılardır və
biz bilirdik ki, tez-gec doğma
yurda qayıdacağıq.
Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri doğma yurda
qayıdışı səbirsizliklə gözləyirlər.
Bütün bunlar Azərbaycanın
öhdəliklərə sadiq olduğunu, Ermənistanın isə ölkəmizə
qarşı ərazi iddialarından əl çəkmədiyini
və vaxt uzatmağa
çalışdığını nümayiş
etdirir. Amma Ermənistan hakimiyyəti unudur ki, vaxt uzatmaq
onların əleyhinə işləyir. Çünki
Azərbaycanın artan iqtisadi
qüdrəti, hərbi gücü, beynəlxalq
arenadakı nüfuzu qarşısında
Ermənistanın düşdüyü bugünkü acınacaqlı vəziyyət onlar üçün
yaxşı heç nə vəd etmir. Ona görə də Ermənistan mövcud
reallığı dərk etməli, yaxın keçmişdən
dərs çıxarmalı, azərbaycanlıların doğma yurda qayıdışına
maneə törətməməli, Zəngəzur dəhlizi ilə
bağlı məsələdəki mövqeyində tezliklə
dönüş yaratmalı və sülh müqaviləsi
ilə bağlı proseslərə başlamalıdır.
Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 2.