“Enerji effektivliyi müqaviləsinin
nümunəvi forması və şərtləri, habelə
enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 311
“Enerji
resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul
tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli
Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2022-ci il
1 iyul tarixindən tətbiq edilir.
Bakı şəhəri, 17 avqust
2022-ci il
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 4.