“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində
ümumi istifadədə olan
respublika və yerli əhəmiyyətli
avtomobil yollarının saxlanması və
təmiri üçün xərclənməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli
13 nömrəli Qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 318
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 57; 2008, ¹ 2, maddə 125; 2013, ¹ 8, maddə 1024; 2016, ¹ 10, maddə 1724, ¹ 11, maddə 1972; 2017, ¹ 6, maddə 1238, ¹ 11, maddə 2140; 2018, ¹ 1, maddə 139; 2020, ¹ 6, maddə 795, ¹ 12 (V kitab), maddə 1615; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 may tarixli 204 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəsinə “təmiri” sözündən sonra “,habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi” sözləri əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. adına “təmiri” sözündən sonra “,habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi” sözləri əlavə edilsin;
2.2. 1.2-ci bəndə “təmirini” sözündən sonra “,habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsini” sözləri əlavə edilsin;
2.3. 3.1-ci bəndə “təmiri” sözündən sonra “,habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi” sözləri əlavə edilsin;
2.4. 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.4-cü yarımbənd əlavə edilsin:
“3.1.4.avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsinə.”;
2.5. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Bu Qaydaların 3.1.1-3.1.4-cü yarımbəndlərində nəzərdə tutulan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasına əsasən həyata keçirilir.”.
Bakı şəhəri,
19 avqust 2022-ci il
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 4.