“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 319       

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarına 2 nömrəli əlavə - “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar olduqda, həkim-məsləhət komissiyaları tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilir. Həkim-məsləhət komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial eksperti­za müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadı­lır.”.

 

Bakı şəhəri, 19 avqust 2022-ci il

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 4.